top
Ayxan Abbasov: Nəticələr qane etmir Sport24.az
02 noyabr 2024, 18:00
- ↺ +

Ayxan Abbasov: "Nəticələr qane etmir"

Azərbaycan Premyer Liqasının XII turunun "Şamaxı" – "Zirə" oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

 

– Güclü komandaya qarşı oynayırdıq. Bu gün onlarla matç həqiqətən, çətin idi. Oyuna pis başlamadıq. Bəlkə də, ilk dəqiqələrdə olan epizodları dəyərləndirə bilmirik. Son matçlarda bu, narahat edir. Rəqibin hücumda usta oyunçuları var və səhvimizdən istifadə etdilər. İkinci hissədə tempi yüksək tutub, hücumlar etsək də alınmadı. Nəticələr qane etmir. İlk dövrəni yaxşı keçirdik, amma sonra itkilər problemlərə yol açdı. Mövsümün əvvəlində bunu təxmin etmişdik. Bizə ruhdan düşməmək lazımdır. Sona qədər mübarizə davam edəcək hədəfə çatmaq üçün çox çalışmalıyıq. Qışa qədər xallar yığmalıyıq.

 

– Müdafiədə problemlər hiss olunur… 

– Mövsümün əvvəlindəki müdafiədən çox dəyişiklik etdik. Heyətdə itkilərimiz var. Mikrozədəsi olanlar da məcburiyyətdən oynayır.

 

– "Neftçi" ilə matçı həlledici hesab etmək olar?

– 10 komanda var. Təqvimi nəzərə almaq lazımdır. "Neftçi" ilə oyundan sonra kritik matçlar olacaq. Bu görüşlər bizimçün vacibdir. Lakin baxsaq, bizdən üstün olan komandalar da 4 oyundur, qələbə qazana bilmir.

 

– Qış fasiləsində heyətlə bağlı dəyişikliklər düşünürsünüz?

– Düşünürük, imkan da önəmlidir. Güclənməyimizə ehtiyac var. Bəzi mövqelərə həm rəqabət, həm alternativ axtarırıq. İndi çempionata köklənmişik. Qışda transferlərlə bağlı düşünəcəyik. Digər komandalar dayanmır. Məsələn, "Kəpəz"də yeni transferlər var. Hamı bilir ki, çempionat çətinləşəcək. Alternativ olmazsa, çətin olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Oxşar xəbərlər