top
Ayxan Abbasov: İki işi icra etmək mənim üçün çətin olmayacaq Sport24.az
14 mart 2025, 22:12
- +

Ayxan Abbasov: "İki işi icra etmək mənim üçün çətin olmayacaq"

"Şamaxı" Misli Premyer Liqasının 27-ci turu çərçivəsində səfərdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edib. Sport24.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Qarşısına avrokubok hədəfi qoyan komandalara qarşı oynamaq çətindir. Çempionat sona yaxınlaşdıqca hər kəs oyunlara final kimi yanaşır. Azarkeşlərimizə təşəkkür edirəm. Ağır qrafikdə idik. Bizim üçün böyük dəyişikliklər etmək çətindir. Uzun müddətdir təbii örtüklü meydançada oynamırdıq. İlk dəqiqələrdə bunun çətinliyi hiss olunurdu. Rəqib üstün olsa da, real qol epizodu bizdə oldu. Təəssüf ki, istifadə edə bilmədik. Daha sonra kobud səhvdən qol buraxdıq. İkinci hissədə futbolçularımdan razı qaldım. Bəlkə də 3 xalı əldən verdik. Hər iki komanda 1 xal qazandı. Bizim üçün vacib xaldır. Bu stabilliyi qorumalıyıq.

 

- U 21 millisinin baş məşqçisi təyin olundunuz"Şamaxı"dakı işinizə davam edəcəksiz?

- Millidə çalışmaq mənim üçün şərəfdir. Bu vəzifəni daşımağa canla-başla razı oldum. AFFA rəhbərliyinə təşəkkür edirəm. Mövsümün sonuna qədər "Şamaxı"dayam. "Şamaxı" rəhbərliyi gənclərin oynaması üçün alışıb-yanır. Biz yayda gənc oyunçuların çox olmasını istəyirdik. Təəssüf ki, hamısını gətirə bilmədik. Qarşıdakı aylarda müzakirə edəcəyik. Gələn il gənc futbolçuların oynaması çətin olacaq. Artıq Premyer Liqada legioner limiti ləğv olunub. Klubla, federasiya ilə müzakirə edib ən yaxşı qərarı verəcəyik.

 

- İki işi icra etmək çətin olmayacaq?

- Yox. U-21-in təlim-məşq toplanışı olacaq. Vaxtımız azdır. Köməkçilərimlə bu işin öhdəsindən gələcəyik. Elnur Çodarovla Kamil Qafarov bu təlim-məşq toplanışında mənimlə birlikdə olacaq. "Şamaxı"da 6-7 məşqdə iştirak etməyəcəm. Bu da problem olmayacaq. Növbəti toplanışlarda yeni köməkçilər olacaq.

 

- Milli fasilə "Şamaxı"nın işinə yarayacaq?

- Bu suala cavab vermək çox çətindir. Nəticələrdən sonra biləcəyik. Ağır qrafikdə oynadıq. Məncə, 3-cü dövrə bizim üçün pis keçmədi. Futbolçuların istirahətə ehtiyacı var. İnanıram ki, fasilə xeyrimizə olacaq.

 

- Belə iddialar var ki, "Şamaxı" U-21 millisinin bazası olacaqKlub rəhbərliyi buna razıdır?

- Klubun mənafeyini qoruyacağıq. Mütləq şəkildə komandada legionerlər olacaq. Elə bir fikir yoxdur ki, "Şamaxı"da yalnız gənc futbolçular oynasın. Amma istəyərdim ki, U-21 millisinə namizəd bir çox futbolçular mənimlə işləsin. I Liqada və ya Əvəzedicilər liqasında məşq edib oynamaqla Premyer Liqa klubunda məşq edib oynamaq eyni deyil. Gənc futbolçuların oynaması önəmlidir. Amma onların yanında kimlərin olması da vacibdir. Sintez eləmək istəyirik.

 

- Fernandu Santuşla görüşmüsüz?

- Yox, görüşüm olmayıb. Təyinatım bu gün rəsmiləşib. A milli ilə mütəmadi əlaqədə olmalıyıq. Çox istəyirəm ki, Santuşla görüşüm, əlaqəmiz olsun. Bu, məncə, millinin xeyrinə olar.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:08

"Barselona"nın "Atletiko" ilə oyununda itkiləri: Arauxo və Bernalın zədələri açıqlandı

Futbol
Bu gün, 08:08

"Bavariya" Noyerin potensial əvəzedicisi kimi Verbruggeni nəzərdən keçirir

Formula 1
Bu gün, 07:15

Red Bull RB22: 2026-cı il mövsümündə çəki limiti problemi

Futbol
Bu gün, 06:13

"Bayern" - "Real" oyunu: Harri Keyn meydana çıxacaqmı?

Futbol
Bu gün, 05:48

Bernardo Silva "Mançester Siti"dən ayrılır

Futbol
Bu gün, 05:20

PSV Çempionluğu Bitməyə Beş Tur Qalmış Təmin Etdi

Futbol
Bu gün, 04:29

"Real" Rüdigerlə müqaviləni uzadır

Futbol
Bu gün, 03:31

Klinsmanndan İtaliya futboluna tənqid: Gənclərə etimadsızlıq və müdafiəyə meyilli taktika

Futbol
Bu gün, 02:20

Tyeri Anrinin karyerası bitməsinə baxmayaraq, gəlirləri bir çox ulduz futbolçunu geridə qoyur

Boks
Bu gün, 01:49

Dana Uayt UFC döyüşçülərinin müqavilə danışıqlarından uzaqlaşdığını açıqladı

Futbol
Bu gün, 01:32

La Liqa: "Alaves" son dəqiqə qolu ilə heç-heçəyə nail oldu, "Valensiya" məğlub oldu

Futbol
Bu gün, 01:19

Dani Olmo Səudiyyə Ərəbistanının milyonluq təklifini rədd edərək "Barselona"da qalıb

Futbol
Bu gün, 01:10

Liqa 1: "Monako" "Marsel" üzərində qələbə qazandı, digər oyunlarda heç-heçə qeydə alındı

Futbol
Bu gün, 00:58

"İnter" "Roma"nı darmadağın etdi: 5-2

Futbol
Bu gün, 00:55

"İnter" "Roma"nı darmadağın etdi: Seriya A-da 5:2 hesablı qələbə

Futbol
Bu gün, 00:45

İngiltərə Kuboku 2025/2026: Yarımfinal Cütlükləri Müəyyənləşdi

Basketbol
Bu gün, 00:26

"Çikaqo Bullz"da baş məşqçi dəyişikliyi: Ues Anseld namizəd kimi

Futbol
Bu gün, 00:17

Saşa İliçin istefası: Qərar rəhbərliyin ixtiyarındadır

Futbol
Dünən, 23:59

"Fənərbağça" - "Beşiktaş" derbisində "Beşiktaş" azarkeşləri arasında dava: Səbəbi məlum deyil

Boks
Dünən, 23:57

"Böyük İpək Yolu": Azərbaycan boksçuları yarımfinalda 19 yerə sahib çıxdı!

Futbol
Dünən, 23:41

Superliqa: Dramatik Derbi, Penalti Xətası və Qələbələr - YENİLƏNİB + VİDEO

Futbol
Dünən, 23:40

"Fənərbağça" İstanbul derbisində qalib gəldi

Minifutbol
Dünən, 23:37

Futzal millimiz təlim-məşq toplanışına başladı, Gürcüstanla oyunlar planlaşdırılır

Voleybol
Dünən, 23:27

18 yaşadək voleybolçular arasında Azərbaycan çempionatına yekun vuruldu

Oxşar xəbərlər