top
Ayxan Abbasov: Hər xal bizim üçün qızıl olacaq Sport24.az
25 avqust 2024, 23:35
- ↺ +

Ayxan Abbasov: "Hər xal bizim üçün qızıl olacaq"

"Şamaxı" səfərdə "Zirə" üzərində qələbə qazandı. Gərgin keçən 90 dəqiqə sonra "şirlər"in baş məşqçisi Ayxan Abbasov oyun haqqında bunları dedi: 

 

- Komandamı təbrik edirəm. İlk qələbəmiz idi. Rəhbərliyi, futbolçuları, azarkeşləri təbrik edirəm. Bilirdik ki, "Zirə" üçün çətin olacaq. Çünki ağır oyundan gəlmişdilər. Avrokuboklarda oynayan komandalarımız hələ ki, çempionatda çətinlik çəkirlər. Normaldır. Bu fürsətdən yararlanmaq lazım idi. Yeni futbolçularımız var. Sevindim. Hesab nə olursa-olsun futbolçularım əzmkarlıq göstərdilər, xal qazanmaq üçün mübarizə apardılar. Bu oyunlar bizə lazımdır. Çox oyun olacaq. Hər xal bizim üçün qızıl olacaq. Bu xal da elədir.


-Qələbənizdə "Zirə"nin yorğunluğu rol oynadımı?

- Əzmkarlıq göstərməsəydik işimiz çətin olacaqdı. "Zirə" ustalıq sarıdan bizi üstələyir. Peşəkarlıq təcrübəsindən istifadə etməklə bizə rahat qalib gələ bilərdilər. Sadəcə buna imkan vermədik. İlk yarıdan yaxşı keçirdik. Fasilədən sonra dəyişikliklərdən sonra üstünlük rəqibə keçdi. 

- "Şamaxı"nın bu il məqsədi nədi?

- Bu suala hər dəfə geniş cavab verməyə ehtiyac var.  Digər komandalarda işləyəndə də, bizdə sanki məqsəd istəyirlər ki, nəyisə tez bir zamanda nəticə verəsən, harasa gedəsən. Hədəfimiz çempionatda qalmaq və maksimum yuxarı yerlərdə qərarlaşmaq və ölkə futboluna yeni oyunçular çıxarmaqdı. Bizdə U-21-dən üç futbolçu çıxış edir. 

- Transferlər gözlənilir?

- Pulumuz yoxdur (gülür). Bəzən birdə pul gəlir. Amma hazırda pulsuzuq. 

- "Turan Tovuz"un hazırkı uğurunda nə qədər pay sahibiniz görürsüz?

- Ötən il nə qədər xalımız var idi? Yaxşı başlayıblar. "Turan tovuz" bizim üçün rəqibdir. Bu barədə nəsə demək yersiz olar.  Çempionat hələ qabaqdadır. 

- Qələbə sizin özünüzə stimul verdimi, həmçinin "Qarabağ" – "Turan Tovuz" oyunu barədə nə deyərdiz?

- Klublar iki cəbhədə çətinlik çəkir. Bunu  "Sabah"a da aid etmək olar. "Sumqayıt" da əziyyət çəkdi, sonra toparlandı. Bura inanıb gəlmişəm. Yenidən komanda qurmaq çox çətindir. Məncə, məşqçilikdə ən çətin işlərdən biri seleksiyadır. Daha sonra komandanı inandırmaq lazımdır. Hər qələbə bütün komanda və mənim üçün böyük stimuldur. "Zirə"ni səfərdə məğlub etmək asan  məsələ deyil. "Zirə" keçən il çox möhkəm komanda idi. Həm Kubokun finalında oynadı, həm də gümüş medallara yiyələndi. Avrokuboklarda son oyunu çıxsaq, məncə, təcrübə çatmadı. Amma bu il "Zirə" çox yaxşı çıxış etdi. "Zirə"nin seleksiyasına baxsaq, "Qarabağ"a başağrısı olacaq. Məğlubiyyətlər bəzən qaçılmazdır. Belə komandanı məğlubiyyət bizim üçün stimuldur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:45

Van Deyk Liverpulda qalma və yeni klubda davam etmə ehtimallarından narahat olmadığını bildirib

Futbol
Bu gün, 18:38

Lorenzo Mezzoteronun topuğunda burxulma şübası yarandığı açıqlanıb

Futbol
Bu gün, 18:29

“Barselona” Conatay Ta-nı transfer etmək istəyir

Basketbol
Bu gün, 18:25

Frenki Fidler FIBA Çempionlar Liqasının tarixində nadir başlanğıc göstərərək seçilmiş üçlüyə daxil oldu

Futbol
Bu gün, 18:19

Kəpəz altı futbolçusuz məşqlərini bərpa etdi

Futbol
Bu gün, 18:16

Emin Abbasov yeni müşavir təyin edildi

Futbol
Bu gün, 18:15

Mançester Yunayted baş məşqçisi Maykl Kerrikdən ayrılacaq

Futbol
Bu gün, 18:08

Argentina millisi 10 nömrəli formanın yeni sahibləri üçün iki namizəd

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Oxşar xəbərlər