top
Ayxan Abbasov: Bizim üçün xoşdur ki, Sumqayıt da bizdən qabaqda olduğu üçün sevinir Sport24.az
09 fevral 2025, 17:18
- +

Ayxan Abbasov: "Bizim üçün xoşdur ki, "Sumqayıt" da bizdən qabaqda olduğu üçün sevinir"

"Azarkeşlərimizə təşəkkür edirəm. Çoxdandır ki, qələbə qazanmaq istəyirdik. Önəmli oyun idi. "Sumqayıt" son 6 oyundur qol vurmurdu. Amma bilirdik ki, möhkəm komandadır. "Sumqayıt"da iki məşqçinin əl işi var. Çətin oyun idi. Futbolçularımda qələbə istəyini görürdüm. İlk hissə rəqibin, ikinci hissə isə bizim üstünlüyümüz şəraitində keçdi. Belə matçda qələbə qazanmaq önəmlidir. Çünki turnir cədvəli gərgindir. Çempionat davam edir. Qarşıda "Kəpəz"lə çətin səfər oyunumuz var".

 

Sport24.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 22-ci turunun "Sumqaytı"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

 

O, jurnalistlərin suallarını cavablandırıb.

 

- İlk hissədə sanki topu rəqibə vermişdiz. Taktiki gediş idi, yoxsa rəqib sizi buna məcbur etdi?

- Bilirdik ki, "Sumqayıt"a imkan versək, hücum edəcək.  Birinci hissədə onlar bizə imkan vermədilər. Futboçularım soyuqqanlılığı itirdilər. Fasilədə fərqli söhbətlərimiz oldu. Premyer Liqada bir komandadan başqa heç kim hər iki hissəni eyni tempdə oynamır. Səbəblər rəqibdən asılıdır.

 

- Vaqif Cavadov bildirdi ki, "Şamaxı" qələbəni xüsusi qeyd etdi, amma hələ bizi keçməyiblər. Rəqib həmkarınızın sözlərini necə şərh edərdiniz?

- Vaqif gənc məşqçidir. Mən "Sumqayıt"da olanda orada akademiyada çalışırdı. Mən həmişə deyirdim ki, Vaqifdə böyük postensial var. Bizim sevinməyimiz qıcıq vermək üçün deyildi. "Sumqayıt"da bizi məğlub edəndə sevinir. Kimin kimi keçəcəyi mövsümün sonunda bilinəcək. Bizim üçün xoşdur ki, "Sumqayıt" da bizdən qabaqda olduğu üçün sevinir...

 

Nuh Tarverdiyev

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:29

"Real" Rüdigerlə müqaviləni uzadır

Futbol
Bu gün, 03:31

Klinsmanndan İtaliya futboluna tənqid: Gənclərə etimadsızlıq və müdafiəyə meyilli taktika

Futbol
Bu gün, 02:20

Tyeri Anrinin karyerası bitməsinə baxmayaraq, gəlirləri bir çox ulduz futbolçunu geridə qoyur

Boks
Bu gün, 01:49

Dana Uayt UFC döyüşçülərinin müqavilə danışıqlarından uzaqlaşdığını açıqladı

Futbol
Bu gün, 01:32

La Liqa: "Alaves" son dəqiqə qolu ilə heç-heçəyə nail oldu, "Valensiya" məğlub oldu

Futbol
Bu gün, 01:19

Dani Olmo Səudiyyə Ərəbistanının milyonluq təklifini rədd edərək "Barselona"da qalıb

Futbol
Bu gün, 01:10

Liqa 1: "Monako" "Marsel" üzərində qələbə qazandı, digər oyunlarda heç-heçə qeydə alındı

Futbol
Bu gün, 00:58

"İnter" "Roma"nı darmadağın etdi: 5-2

Futbol
Bu gün, 00:55

"İnter" "Roma"nı darmadağın etdi: Seriya A-da 5:2 hesablı qələbə

Futbol
Bu gün, 00:45

İngiltərə Kuboku 2025/2026: Yarımfinal Cütlükləri Müəyyənləşdi

Basketbol
Bu gün, 00:26

"Çikaqo Bullz"da baş məşqçi dəyişikliyi: Ues Anseld namizəd kimi

Futbol
Bu gün, 00:17

Saşa İliçin istefası: Qərar rəhbərliyin ixtiyarındadır

Futbol
Dünən, 23:59

"Fənərbağça" - "Beşiktaş" derbisində "Beşiktaş" azarkeşləri arasında dava: Səbəbi məlum deyil

Boks
Dünən, 23:57

"Böyük İpək Yolu": Azərbaycan boksçuları yarımfinalda 19 yerə sahib çıxdı!

Futbol
Dünən, 23:41

Superliqa: Dramatik Derbi, Penalti Xətası və Qələbələr - YENİLƏNİB + VİDEO

Futbol
Dünən, 23:40

"Fənərbağça" İstanbul derbisində qalib gəldi

Minifutbol
Dünən, 23:37

Futzal millimiz təlim-məşq toplanışına başladı, Gürcüstanla oyunlar planlaşdırılır

Voleybol
Dünən, 23:27

18 yaşadək voleybolçular arasında Azərbaycan çempionatına yekun vuruldu

Minifutbol
Dünən, 23:09

Futzal millisi təlim-məşq toplanışına başladı: Bakıda hazırlıq, səfər və Gürcüstanla oyunlar

Gimnastika
Dünən, 22:58

Azərbaycan gimnastları "AGF Trophy"də 6 medal qazanıblar: 1 qızıl, 3 gümüş, 2 bürünc

Futbol
Dünən, 22:55

İngiltərə Kuboku: "Lids" "Vest Hem"i penaltilərlə məğlub edərək yarımfinala yüksəlib

Futbol
Dünən, 22:41

La Liqa: "Xetafe"dən "Atletik" üzərində qələbə - YENİLƏNİR + VİDEO

Cüdo
Dünən, 22:28

Azərbaycan yeniyetmələrdən ibarət cüdo yığması Avropa Kubokunu 24 medalla başa vurdu

Futbol
Dünən, 22:19

Seriya A: “Torino” səfərdə “Piza”nı, “Bolonya” isə “Kremoneze”ni məğlub etdi

Oxşar xəbərlər