top
Ayxan Abbasov: Premyer Liqada müntəzəm oynayan gənclərimizin sayı olduqca azdır - MÜSAHİBƏ Idman.biz
25 aprel 2025, 10:27
- ↺ +

Ayxan Abbasov: "Premyer Liqada müntəzəm oynayan gənclərimizin sayı olduqca azdır" - MÜSAHİBƏ

U-21 millimizin və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasovun Qol.az-a müsahibəsi

- Ayxan bəy, əvvəlcə 1-ci liqada və Əvəzedicilər liqasında çıxış edən futblçuları izləməyinizdən danışaq...

- Həm Əvəzedicilər Liqasının, həm də 1-ci liqanın da matçlarını diqqətdə saxlayırıq. Əlbəttə, Premyer Liqada futbolçular daha çox meydançada olurlar. Çalışıram ki, onları da izləyim. Əvəzedici komandaların heyətlərində daha çox futbolçu var. Yalnız 2004-cü və 2005-ci il təvəllüdlü oyunçulara yox, 2006-cı və 2007-ci il təvəllüdlü futbolçulara da baxırıq. Onlar bizim gələcəyimizdir. İstəyirik ki, potensiallı gəncləri U-21 yığmamıza dəvət edək. Çünki yaya qədər vaxtımız var. Son 5 turda həm Premyer Liqanın, həm də 1-ci liqanın oyunlarını izləyəcəyik. Hətta deyərdim ki, 2-ci liqada da bəzi maçtlara baxmışıq. Köməkçilərim izləyiblər. Çünki elə futbolçular var ki, ötən mövsüm 1-ci liqada çıxış ediblər, bu il isə 2-ci liqadadırlar. Əlbəttə, seleksiya aparılacaq. Sentyabr ayınadək davam edəcəyik. Çünki sentyabr ayında rəsmi oyunlarımız başlayır. Həmin vaxtadək də oyunlarımız olacaq.

- İzlədiyiniz çempionatlarda U-21 millimizdə çıxış edə biləcək yeni futbolçular varmı?

- Bəli, əvəzedici heyətlərdə U-21 millimizə namizəd futbolçular var. Növbəti toplanışda da millidə yeni adlar olacaq. Elə futbolçular var ki, onları hər tur izləyirik, siyahımızdadırlar. İnanıram ki, yeni futbolçular üzə çıxara biləcəyik. Bütün namizədləri nəzarətdə saxlamağa çalışırıq. U-21 millimizin formasını geyinmək üçün buna layiq olmaq lazımdır. Biz də istəyirik ki, futbolçular bunu başa düşsünlər, sağlam rəqabət olsun.

- Millimizin hazırkı heyəti sizi qane edirmi?

- İstəyərdim ki, hazırkı heyətimizdəki futbolçuların daha çoxu Premyer Liqada forma geyinsin. Baxanda görürük ki, daim oynayanların sayı çox azdır. "Şamaxı"da Rüfət Abbasov və Edqar Adilxanovdur. "Sumqayıt"da isə Ayxan Süleymanlıdır. Digərləri mütəmadi oynamırlar. 1-ci liqada da vəziyyət belədir. Belə deyək, futbolçular Premyer Liqa heyətləri ilə məşq edirlər. amma əvəzedici komandada praktika keçirlər. Çox istəyirik ki, futbolçuların oyun praktikası olsun. Əvəzedici heyətdə olsa belə... Bəzi futbolçular var ki, böyük potensialları var, amma ayda cəmi 5-10 dəqiqə meydana çıxırlar. Bu da bizi düşündürür. Belə davam edərsə, məcburuq ki, onların əvəzinə daha gənc futbolçuları sınayaq. Çünki 1 il oynamayan futbolçu əlbəttə ki, inkişaf edə bilməz. Futbolçular da çox fikirləşməlidirlər. 1-ci liqada vəziyyət daha çətin olur. Çünki həmin klubların əvəzedici heyətləri yoxdur. Futbolçu əsas heyətə düşməyəndə demək olar ki, oyun təcrübəsi olmur. Premyer Liqada daha yaxşıdır ki, əsas heyətə düşməyəndə əvəzedici heyətə gedirlər. Bəzən də görürük ki, məşqçilər nə əsas heyətdə şans verirlər, nə də əvəzedici heyətə göndərirlər. Təbii ki, futbolçuların inkişafını da fikirləşməliyik. Mən də Premyer Liqada çalışıram. Amma inanın ki, futbolçular sırf oyun praktikaları olsun deyə, heç olmasa, ayda 2 dəfə əvəzedici heyətdə meydana çıxırlar. Bəlkə də daha çox oynayırlar. Bu yöndə bəzi məşqçilərdən kömək istəyəcəyik.

- Bəs gənc futbolçuların az oyun şansı almasının səbəbi nədir?

- Burada məsələni təkcə futbolçuların üzərinə atmaq olmaz. Biz akademiyalarda işi möhkəmləndirməliyik, daha geniş yanaşmalıyıq. Akademiyaların şəraiti yaxşılaşmalıdır. Çünki biz hər şeyi futbolçuların üzərinə atırıq, amma onların inkişaf etdikləri vaxtda lazım olan hər şeyi verə bilmirik. Bu gün sevinirəm ki, bəzi akademiyalarımızın aşağı yaş qrupları turnirlərə qatılırlar. Bu yaxınlarda "Qarabağ" və "Sabah"ın komandalarının beynəlxalq turnirə qatıldıqlarını gördüm. Bu, daha çox olmalıdır. Çünki futbolçular təkcə milli komanda ilə səfərlərə getməməlidirlər. Klublar da belə səfərləri təşkil etməlidirlər. Bu futbolçular ildə ən az 4-5 turnirə qatılsalar, həqiqətən də başqa cür olacaqlar. Ən böyük problemimiz uşaqların keçid dövrü olan vaxtlardır. Çox futbolçu itiririk. Sırf bu baxımdan mütəxəssislər yetişməlidir. Məşqçi yalnız məşq keçməklə kifayətlənməməlidir. Aşağı yaş qruplarındakı məşqçilərin pedaqoq olmaqları daha vacibdir. Bəzi şeylərlə razılaşmalıyıq, əlimizdə olanların maksimumunu istifadə etməliyik. Mən inanıram ki, klublar qarşıdakı 4-5 ildə akademiyalara fikir versələr, daha çox istedadlı futbolçular yetişəcək.

- U-21 millimizin baş məşqçisi olaraq qarşıya hansı hədəfləri qoymusunuz?

- Hədəfimiz hər oyun mübarizə aparmaq, gənc futbolçuları əsas milliyə hazırlamaqdır. Gəlin düzünü danışaq, futbolçularımızın beynəlxalq təcrübəsi çox azdır. Həm yoldaşlıq görüşlərindəki, həm də beynəlxalq matçlardakı rəqiblərimiz bəllidir. İnanıram ki, bu oyunlarda bir neçə gənc futbolçu A milli üçün hazır olacaq. Rəqiblərlə başabaş vuruşmaq, qalib gəlmək istəyirik. Məğlub olmamağa çalışacağıq. Bununla yanaşı, növbəti seçmə mərhələdə 2006-cı və 2007-ci il təvəllüdlü futbolçuları da sınaqdan keçirmək niyyətidəyik. Çünki bu futbolçuları itirməməliyik. İndi U-21 millimizin təməlini qurmaq istəyirik. Yığmanın öz oyunu olmalıdır. Futbolçular milliyə gələndə bilməlidirlər ki, nə edəcək. Bunun üçün də vaxt lazımdır. Toplanışdan-toplanışa artırmalıyıq. Gənclərimizdə milli ruh olmalıdır, formanı, bayrağımızı sevməliyik. Biz bu ölkənin vətəndaşıyıq və əlimizdən gələni etməliyik.

- Hazırda U-21 millimizin heyətində yaxın gələcəkdə əsas millimizin formasını geyinə biləcək futbolçular mövcuddurmu?

- Əlbəttə! İnanıram ki, millimizə layiq futbolçular ortaya çıxacaq. Fernandu Santuşla da söhbətimiz olub. Sevindirici haldır ki, son çağırışda U-21 millimizin 4 futbolçusu əsas milliyə çağırıldı. Əsas milliyə hazır halda getmək lazımdır. Fikrimcə, qarşıdakı seçmə mərhələdən sonra bəzi futbolçular A millimizin oyunçuları olacaqlar. Bunun üçün onlar həm U-21-də, həm də öz klublarında mütəmadi oyun şansı almalıdırlar. Biz həmin gənclərə inanmalıyıq.

- Son olaraq həm millini, həm də "Şamaxı"nı çalışdırmağınıza toxunaq. İki komandaya rəhbərlik etməyin çətinlikləri varmı?

- Əlbəttə ki, işi qəbul edəndə çətinlikləri bilirdim. Köməkçilərimlə birlikdə işi elə qurmağa çalışacağıq ki, çox çətinlik çəkməyək. Onsuz da 1 yerdə işləyəndə də çətinlik olur, 2 yerdə də. Hər iş çətindir. Amma biz işimizi sevirik. Sevə-sevə işləyirik. Yeni köməkçilər olacaq. Onlar yalnız U-21 millimizdə işləyəcəklər. Çalışacağıq ki, "Şamaxı"da gənc futbolçular transfer edək. Onlar bizimlə olanda daha çox oyun şansı verə biləcəyik. Danışıqlar gedir. İnanıram ki, atdığımız addımlarda ən çox faydanı Azərbaycan futbolu görəcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Oxşar xəbərlər