top
Ayxan Abbasov: Portuqaliya və Bolqarıstan yığmaları ilə oyunlar gənc futbolçular üçün təcrübə olacaq Report.az
01 sentyabr 2025, 17:04
- ↺ +

Ayxan Abbasov: Portuqaliya və Bolqarıstan yığmaları ilə oyunlar gənc futbolçular üçün təcrübə olacaq

Portuqaliya və Bolqarıstan yığmalarına qarşı matçlar Azərbaycanın gənc futbolçuları üçün təcrübə olacaq.

Bunu "Report"a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov deyib.

O, U-21-in Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlardan danışıb:

"Bizi səfərdə Portuqaliya, evdə Bolqarıstan yığmalarına qarşı çətin oyunlar gözləyir. Hər iki rəqibin təqdimata ehtiyacı yoxdur. Portuqaliya 21 yaşadək futbolçular arasında son Avropa çempionatının iştirakçısı olub. UEFA Konfrans Liqasında "Sabah"la qarşılaşan "Levski" komandasının futbolçusu var ki, Bolqarıstanın U-21 yığmasında Azərbaycana qarşı görüşdə meydana çıxa bilər. Demək istəyirəm ki, hər iki millinin yaxşı futbolçulardan təşkil olunmuş heyəti var. Belə yığmalara qarşı oyunlar Azərbaycanın gənc futbolçuları üçün təcrübə olacaq. Bildiyiniz kimi, gənc futbolçularımızın beynəlxalq təcrübələri azdır. Lakin biz də nəyəsə nail olmaq istəyirik və bunun üçün bir yerdən başlamalıyıq".

A.Abbasov yığmanın düşərgəsinə daha gənc oyunçuların cəlb olunduğunu söyləyib:

"Bu gün heyətimizə baxanda 2007-ci il təvəllüdlü futbolçulara rast gəlmək olar. Təəssüf ki, seçim şansımız elə də çox deyil. Lakin çağırılan oyunçuların hər birinə güvənirəm. İnanıram ki, cari mövsüm Premyer Liqada və ya I Liqada özlərini yaxşı tərəfdən göstərən gənc futbolçulara rast gələcəyik və onlar yığmaya faydalı olacaqlar".

Qeyd edək ki, U-21 sentyabrın 1-də təlim-məşq toplanışına yığışacaq. Komanda sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:30-da Barseluşda Portuqaliya, sentyabrın 9-da, saat 18:00-da isə Bakıda Bolqarıstan yığması ilə qarşılaşacaq.

B qrupunda yer alan milli sentyabrın 2-dən 3-nə keçən gecə Portuqaliyaya yola düşəcək.

Azərbaycan U-21   Futbol   Azərbaycan futbolu   Azərbaycan millisi   ayxan abbasov   Avropa çempionatı  
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:20

Bayern Münich 18 yaşlı Polşalı sol cinah oyunçusu Oskar Pituşevskiyi transfer radarına aldı

Qarabağ FK
Bu gün, 09:00

Zirə Qəbələ'yi 11-ci Turda Qonaq Eder

Futbol
Bu gün, 08:41

Portuqaliya milli komandası məşqçisi Ronaldo ilə ayrılmağı şərh etdi;

Futbol
Bu gün, 08:40

Ronaldo, Portuqaliya millisinin vida matçına dəvəti rədd etdi

Qarabağ FK
Bu gün, 08:20

“SOCAR Polymer Arena”da Şəfa ilə Araz‑Naxçıvanın dueli

Futbol
Bu gün, 08:12

Messi Argentina klubuna qayıtmaq şansını rədd edir

Futbol
Bu gün, 08:00

Neymarın atası Santos klubunun baş meneceri təyin edildi

Futbol
Bu gün, 07:18

“Barselona” Xulian Alvaresi üçün 100 milyon avroluq transferdən imtina etdi

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Futbol
Bu gün, 05:21

Ronaldo: Sir Alex Ferguson məni əsl kişiyə çevirdi

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Oxşar xəbərlər