top
Ayxan Abbasov Portuqaliya məğlubiyyəti və gələcək oyunlar haqqında danışdı Sport24.az
07 sentyabr 2025, 09:00
- ↺ +

Ayxan Abbasov Portuqaliya məğlubiyyəti və gələcək oyunlar haqqında danışdı

Azərbaycanın U-21 yığmasının baş məşqçisi Ayxan Abbasov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Portuqaliyaya 0:5 hesablı məğlubiyyətdən sonra müsahibə verib. Sport24.az müsahibəni təqdim edir.

 

- Oyun və matçın gedişatı gözlədiyiniz kimi oldu?

- Rəqibin gücü bəlli idi. Oyundan əvvəl də bildirmişdim ki, bu matçlar bizim üçün vacibdir. İlk hissədə taktiki səhv etmədik. Bəlkə də, yaranan qol epizodları zamanı daha da inamlı olmalıydıq. Çünki Portuqaliya kimi komandalarla qol epizodları az olur. Təəssüf edirəm ki, ikinci hissədə ucuz və erkən qol buraxdıq. Həmin epizodda rəqib heç nə etmədi, top bizim futbolçumuzun ayağında idi. Qoldan sonra da futbolçularımız toparlanmalı idi. Həqiqətən də mübarizə apardılar, epizodlar oldu. Uşaqların mübarizəsindən narazı deyiləm. Düzdür, hesab böyük fərqli alındı. Oyuna baxmayan bəlkə də fikirləşər ki, rahat təslim oldular. Amma məncə, rahat təslim olmadıq. Ağadadaş Salyanskinin iki epizodu, Edqar Adilxanovun yaratdığı epizod, Rüfət Abbasovun vurduğu zərbə... Portuqaliya ilə səfər görüşündə bu epizodlardan mütləq istifadə etmək lazımdır. Amma ümumilikdə yaxşı məqamlar çoxdur. Bu gün 2006 və 2007-ci il təvəllüdlü futbolçular meydançadadır. Onlar bizim gələcəyimizdir. Mən gələcəyə nikbin baxıram, ruhdan düşmək lazım deyil. Onsuz da, bizim istəyimiz bu tsikldə özümüzə yaxın rəqiblərlə xal qazanmaqdır. Xallar da qazanacağıq. İşimizə davam edirik. Əsas odur ki, oyun var. Üçüncü toplanışımız idi. İki yoxlama görüşü və bir rəsmi oyun keçirmişik. Amma bu gün Portuqaliya bizə asan qalib gəlmədi, əziyyət çəkdilər. Bu komandanın heyətində ulduzlar oynayır. Fərq odur ki, onların Superliqasında oynayan, "Porto"da, "Benfika"da, "Sportinq"də çıxış edirlər, legionerləri də var. A komandasına getmirlər, bu cür oyunlarda böyümək istəyirlər. Yeni baş məşqçi gəlib, hədəfləri var. Bizim üçün bir az çətin idi. Lakin istənilən halda, komandama inanıram. İstəyərdik ki, heyətimiz geniş olsun, futbolçularımız oynasın. Portuqaliya ilə görüşdə Rüfət Abbasov digərlərindən seçildi. Çünki Premyer Liqada stabil oynayan bir futbolçumuz var, o da Rüfətdir. Amma bunlar bəhanə olmalı deyil. Bununla mübarizə aparmalıyıq və futbolçular başa düşməlidir ki, öz klublarında əsas heyətdəki yeri uduzmamalıdırlar. Futbolçularıma da dedim, tez bir zamanda bərpa olmalıyıq. Bolqarıstanla oyunumuz var. İşimizə davam.

 

- Çətin olmayacaq?

- Çətin olacaq. Amma rotasiyalara baxmalıyıq. Bütün günü yolda olacağıq. Bütün komandalar üçün belədir. Bolqarıstan da oynayıb, Bakıya gələcək.

 

- Şahin Şahniyarovla Xəyal Əliyevi U-21 yığmasına cəlb etmək mümkün olacaq?

- O, mənim verəcəyim qərar deyil. Çox istəyərdim. Real danışaq, bu oyunlar onlara da lazımdır. Məndən çox o uşaqlara lazımdır. Oyundakı atmosferi, azarkeşi, həvəsi gördünüz. Tam başqa səviyyədir. Həqiqətən futbolçularımıza lazımdır. Bəlkə də üzdə olan oyunçularımız Portuqaliya ilə görüşdə maraq dairəsinə düşə bilərdi.

 

- Bununla bağlı A millinin qapısını döymək imkanınız yoxdur?

- Əgər A milliyə dəvət edilibsə... Görək də. Orada da çətindir. A millinin də üç gündən sonra oyunu var. Bizdə də oyunçularımız var. Portuqaliya ilə görüşdə meydana çıxan futbolçularımız istəkli idilər, dərhal oyuna atıldılar. Epizod var idi ki, birəbirdə canlarını qoydular. Sadəcə ucuz qollar buraxdıq. O səhvləri etməməliydik. Ona da hazırlaşmışdıq. 47-ci dəqiqədə buraxdığımız qol bizi sındırdı. Bəlkə də 10-15 dəqiqə dözə bilsəydik, sürətli hücumlarımız olacaqdı. Vaxt lazımdır. Birdən-birə bu gün Portuqaliyadan xal almaq istəyiriksə, bunun üçün vaxt lazımdır (sportal.az).

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Qarabağ FK
Dünən, 22:15

Aleksey Kaşuk: Ukrayna Milli Komandanı çağırışı – həyatımın arzuladığı an

Qarabağ FK
Dünən, 22:06

Mourinyo Vinisiusa əzab etdi: Güclü futbolçuların da bad günü olur

Voleybol
Dünən, 21:56

Azərbaycan Qadın Voleybol Super Liqası 2026/2027 mövsümünün açılış matçları

Oxşar xəbərlər