top
Ayxan Abbasov PFL-in etika ilə bağlı iradlarına cavab verdi Sport24.az
28 fevral 2026, 16:58
- ↺ +

Ayxan Abbasov PFL-in etika ilə bağlı iradlarına cavab verdi

Misli Premyer Liqasının XXII turunun "Şamaxı" – "Neftçi" oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

 

– Azarkeşlər üçün maraqlı oyun oldu. "Neftçi" kimi komandadan xal almaq yaxşıdır. Rəqib yaxşı formadadır. Məncə, bir xala layiq idik. Bəzi anlarda biz, bəzi anlarda onlar üstün oldu.

 

– Abubakarın birinci qolu müdafiənin səhvinin olduğunu düşünürsünüz?


– Hücumda olanda top itirdik və rəqib əks-hücumda bizi yaxaladı. Futbolçular da çox yorulmuşdu. Son ayda 4 gündən bir oyundayıq. Eyni heyət olur demək olar. Ən problem o oldu ki, hücuma çıxanda topu itirdik.

 

– Qarşıda "Qarabağ"la kubok oyunu var. Bu matç görüşə necə təsir edəcək?


– Çətin olacaq. Futbolçularıma inanıram. Belə sıx qrafikdə oynamağa öyrəşməliyik. Bütün dünyada belə hal var. Süni örtüklü meydançada məşq edir, futbol oynayırıq. Buna görə bərpa məsələsi çətindir. İtirəcəyimiz nəsə yoxdur, qazana bilərik. Buna görə mübarizə aparacağıq.

 

– Qubada "İmişli" ilə oyunda qapıların hündürlüyü ilə bağlı fikir bildirmişdiniz. Lakin PFL açıqlama verdi və bir növ sizi qınadı…


– Təəssüf edirəm ki, PFL mənə cavab verdi. Məndən əvvəl o meydançada oynayan məşqçilər sərt açıqlamalar vermişdilər, amma PFL-dən reaksiya gəlməmişdi. Səhv etmirəmsə, deyirlər ki, danışığım etik olmayıb. Bu etik məsələsini tapa bilmədim, bilmədim etik olmayan nədir. Həmin matçda top iki dəfə qapı dirəyinə dəydi. Qapıçı ilə danışdım, dedi qapını hiss edirdim. İkinci hissədə 12 sm torpaq töküb, problemi aradan qaldırırlarsa, hara gedirik? Məsələn, Bəhlul Mustafazadə o arenada zədələndi. Çox arqumentlər var. Meydançamızı təmizləməyə minnət edirlər. PFL nə vaxt gəlib meydança təmizləyib? Reqlament var. Bu gün olmayacaqdı, sabah olacaqdı. Biz nə demişik? "İmişli" ilə səfərdə oynayan bütün komandalar qapıyla bağlı etirazlarını bildiriblər. Mən öz komandamdan da danışıram, meydançanın örtüyü dəyişməlidi, işıqlandırma olmalıdır. Biz nəyəsə don geyindirmirik. PFL-dən xahiş edirəm, desinlər, etikanı harda pozmuşam? Məndən əvvəl danışan məşqçilərin cavabını niyə vermədilər bəs?

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 12:45

"Flamenqo"nun 2025-ci ilin çempionu Juninyo "Pumas"dakı uğurlu performansı ilə mövqeyini möhkəmləndirib

Futbol
Bu gün, 12:40

Qalatasarayın portuqaliyalı vingeri Rafael Leao əzələ zədəsi səbəbindən Portuqaliya millisinin qarşısını verə bilməyəcək

Formula 1
Bu gün, 12:33

Ferrari içində gərginlik yüksəlir: Hamilton və Leclerc arasında anlaşmazlıq

Digər
Bu gün, 12:25

Conni Uoker 3-cü raundda Valdo Kortes-Akostanı nokautla məğlub etdi

Şahmat
Bu gün, 12:15

Şahmatçımız Nicat Abasov Almaniyadakı Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini aldı

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Oxşar xəbərlər