top
Ayxan Abbasov: “Ola bilər gələcəkdə mən haqlı çıxacam” İdman.biz
20 iyun 2024, 18:28
- ↺ +

Ayxan Abbasov: “Ola bilər gələcəkdə mən haqlı çıxacam”

"Hər işdə bir xeyir var".

Bunu "İdman Bizdə"nin qonağı olan "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.

42 yaşlı mütəxəssis bildirib ki, "Turan Tovuz" dəftərini artıq bağlayıb və geriyə boylanmır: "Gördüyüm işin davamını sona gətirmək istəyərdim. "Sumqayıt" başqadır. Orda sonluqlar oldu. Çünki bu kluba gedəndə fikirlər var idi ki, yerli oyunçularla nəticə qazanmaq olmaz. Baş məşqçi təyin oldunduğum zaman komandanın iddiası artdı, avrokuboklara vəsiqə qazandı, kubokun finalında oynadıq. "Neftçi", "Qarabağ" kimi klubları məğlub etdik. Ondan sonra ayrıldıq. Komandaya legionerlərin transfer olunmasına icazə verildi. Bu gün görürük ki, yeni bir stadionları var. Onlar üçün sevinirəm. "Turan Tovuz"da isə hər şey başqa idi. Kluba dəvət olunanda çətin durum idi. Komandanın büdcə bilinmirdi. Buna risk etdik. Əsas məqsədimiz yaxşı bünövrə qoymaq idi. Bunu artıqlaması ilə etdik. Qışda artıq komanda Premyer Liqada qalmağı təmin etmişdi. Hətta Avropa zonası uğrunda mübarizə aparırdıq. Sonradan kluba qarşı olan hakim haqsızlıqları, zədəlilərin artması nəticələrimizə təsir etdi. Belə çətinliklərlə klubu yaxşı duruma gətirmişdik. Ayrılığımız qismətdir. Tovuz dəftərini bağlamışıq və tam olaraq "Şamaxı"dakı işə köklənmişik".

Abbasov "Şamaxı"ya özünü sübut etmək üçün gəlmədiyini də vurğulayıb: "Deyirlər ki, yeni komandadır, Ayxan Abbasov özünü yenidən sübut etməlidir. Bu fikirlərlə razı deyiləm. Belə çıxır ki, yerli məşqçilər karyeralarının sonuna qədər özünü sübut etməlidir? Təəssüf ki, çempionatımızda özünü sübut etməyən çoxlu sayda əcnəbi məşqçilər var. Biz "Turan Tvuz"da işə tamam başqa cür yanaşırdıq. Əsas komandanın nəticəsi ilə yanaşı, klubun formalaşmasına fikir verirdik. Proyektlər var idi. Addım-addım irəliləyirdik. Klub rəhbərliyi tərəfindən 3 illik plan hazırlanmışdı. Buna mən də razı oldum. Məqsəd 3 ildə güclü komanda yaratmaq və ildən-ilə inkişaf etmək idi. Buna nail olduq. 1-ci ildə hansısa əcnəbini çətinliklə gətirirdiksə, ötən mövsüm həm İspaniyadan, həm Braziliyadan transferlər etdik. O futbolçular klubun 1 il əvvəlki oyunlarına baxıb rahat gəlirdilər. Bu il "Şamaxı"ya gəlmək üçün bir çox oyunçuya təklif göndərmişik, amma onlar tərəddüd edirlər. Tovuzda artıq bu belə deyildi. Həm əsas komanda, həm də klubun formalaşdırılması üçün işlər görürdüm. Amma sonu belə oldu. İnciklik yoxdur, peşəkar kimi klubdan ayrıldım. Ola bilər gələcəkdə onlar, yaxud da mən haqlı çıxacam. Bunu zaman göstərəcək".

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Dünən, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Dünən, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Dünən, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Dünən, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Oxşar xəbərlər