top
Ayxan Abbasov: Nəticə üçün səbr etməliyik, vaxt lazımdır Sport24.az
17 noyabr 2025, 00:15
- ↺ +

Ayxan Abbasov: Nəticə üçün səbr etməliyik, vaxt lazımdır

DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan – Fransa oyunundan (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– Azarkeşlərə təşəkkür edirəm. Çoxdan idi, millinin oyununda belə atmosfer olmurdu. Onlara təşəkkür edirəm. Dəstəkləri futbolçulara ruh verdi. İstəyirdik ki, evdə inamlı, istəkli oynayaq. İslandiya ilə matçda çox da alınmadı. Bu gün daha rahat oynadıq. Fransaya qol vurmağın özü də çətinlikdir. Qoldan sonra üstümüzə gəldilər. Standart vəziyyətlərdə güclü olduqlarını bilirdik. Şahruddinin zədələnməsi də üçüncü qolda təsir etdi. Buna baxmayaraq, son oyunlarda futbolçular əzmkarlıq göstərir, onlara təşəkkür edirəm. Nəticə istəyiriksə, səbr etməliyik. Vaxt önəmlidir. Bu gün meydançada yavaş-yavaş irəliləyiş hiss edilir. İtkilərimiz var idi. Əsas heyətin 5-6 üzvü oynamırdı. Tsikl bitdi, irəli baxacağıq.

 

– Mustafa Əhmədzadə debüt etdi. Fransa kimi rəqibə qarşı onu oynatmaq qazanmaq üçün idi?


– İnanın ki, İslandiya ilə matçda Mustafanı əsas heyətdə düşünürdük. Emin oynamasaydı, startda olacaqdı. Onun böyük potensialı var. Soyuqqanlı biridir.

 

– Xəyal Əliyev iki oyunda da startda oynadı. Ondan razı qaldınız?


– Xəyal iki oyunda da yaxşı performans göstərdi. Ona oyun lazımdır. Məncə, Xəyal millinin əsas oyunçularından birinə çevrilib.

 

– Bu tsiklda milli nələrə nail oldu?


– Qrup çətin idi. Reallığa baxaq. Fransanın bizim qrupda olması rezonans doğurmuşdu. Tez-tez "Oser faciəsi"ni xatırladırdılar, deyirdilər, oyuna getməyək. İnam az idi, amma futbolçular gələcək üçün inam verdi. Hər kəsə qarşı oynaya bilərik. Futbol inkişaf edir. İstək, əzm vacibdir. Komandamızda son 4 oyunda inam, irəliləyiş var.

 

– Abbas Hüseynov ikinci hissədə meydana daxil olub, cinahda irəlidə oynadı. Onu sırf təcrübəsinə görə bu mövqedə oynatdınız?


– Oyundan öncə belə fikirlərimiz var idi. Ancaq Şahruddinin əvəzlənməsi plansız oldu. Renat Dadaşov, Xəyal Əliyev yorulmuşdu. Renat oyundan çox düşdüyü üçün Nərimanı hücuma atdıq, Qismət Alıyevə kömək üçün isə Abbası meydana daxil etdik. Taktiki gediş idi. Abbasın sağ yarımmüdafiəçi kimi oynamasından problem yoxdur.

 

– Futbolçu yetişməsi problemi var. Sizin müqaviləniz də hələ açıqlanmayıb. Qalsanız, hansı müddətə hansı planları düşünəcəksiniz? Əsas millini Millətlər Liqasında C Liqasına qaldırmaq, ya aşağıdan nələrəsə nail olmaq?


– İlk növbədə C Liqasına qalxmalıyıq. Düzdür, problemlər çoxdur. Öncə istəyirik ki, futbolçular tam formada olsun. Millidə ən az seçimin olan vaxtlardır. Bu oyundan qabaq desəydik, başqa cür başa düşülərdi. Bu gün sağ cinahla bağlı düşünürdük ki, nə edək? Abbas oynasa, effektiv olar. Hücum xəttində olanların klublarında oynaması da vacibdir. Futbolçular klublarında daimi oynasa, millidə çətinlik çəkməzlər. Fikrimiz var, bəzi detalları danışırıq. Bu gün bəzi klubların da üzərinə yük düşür. Futbolun inkişafı tək federasiyadan asılı deyil. Oyunçu klublarda inkişaf etməlidirlər. İndi addımlar yavaşdır.

 

– Millidəki taleyiniz necə olacaq? Millətlər Liqasında komandanın "sükanı arxasında" olacaqsınız?


– İnşallah, səbr edək. Həqiqətən, ağır oyunlar keçirdik. Mübarizə aparırıq. Oyundan-oyuna çalışırıq. Vaxta ehtiyac var. Nəyəsə nail olmaq istəyiriksə, zaman lazımdır.

 

– Həm "Şamaxı"da, həm millidə işləmək çətindir. Siz harda davam edəcəksiniz?


– İki komandada işləyib, uğurlu olan məşqçilər var. Bizdə müqayisələr düz aparılmır. Düzdür, yığmada davam edəcəyiksə, müzakirələr olacaq. Marta qədər millinin oyunu yoxdur. "Şamaxı"dakı işimi yaya qədər davam etdirməliyəm. Milli oldu-olmadı, davam etməliyəm, öhdəliklərim var. Bundan sonra müzakirələr aparılacaq.

 

– "Qarabağ"dan 5 futbolçu dəvət almışdı. Oyunlarını necə dəyərləndirirsiniz?


– Oyunçulardan narazı qaldığımız yoxdur. Heyətdə oyunçuları klublara görə ayırmırıq.

 

– Bəzi futbolçular klublarda oynamasa belə, qalırlar. Oynamayan hansısa futbolçunu "Şamaxı"ya gətirməyi düşünürsünüz?


– Gəlsələr, hamısını götürərəm. Futbolçularla söhbətimiz olub. Oynamağı çox istəyirlər. İndiki məqamda ən böyük çatışmazlıq budur. Oyunçular ideal formada olsa, millidə potensial çoxdur.

 

– Millətlər Liqasındakı rəqiblər "dişimizə" görədir. Onlarla hücum futbolu oynayacağıq, ya müdafiə?

– Biz bu söhbətləri çox edirik. Xahiş edirəm, futbollara diqqətlə baxın. Çempionlar Liqasında bəzi komandalar var ki, necə müdafiə futbolu oynayır. "Yuventus", "Milan" kimi komandaların müdafiəsinə baxın… Bizdə bu fikirlər dəyişilməlidi. Bu gün hər iki hissədə pressinq etməyə çalışdıq. Rəqib Fransadır, amma baxın, ən çox hücumu da bu gün etdik. Qələbə üçün hücuma getməlisən. Lakin müdafiədə də etibarlı oynamalısan.

 

– Oyundan əvvəl Sərxan Hacıyevlə ayaqüstə danışdınız. Gələcəyinizlə bağlı söhbət edirdiniz? 

– Bu məsələ ayaqüstü danışılmır (gülür). Fransa ilə oyun haqda danışırdıq.

 

– Həmişə mətbuata qarşı yaxşı olmusunuz. Lakin sizin futbolçularınız, xüsusilə də, Renat Dadaşov, Anton Krivotsyuk və digərləri mətbuata hörmətsizlik edir, medianın yanından düz keçir…


– Bu məsələni birinci dəfədir, eşidirəm. Nəzərimizdə olar, futbolçularla danışarıq. Həmişə deyirik, futbolçular mətbuatdan qaçmasın. Məncə, qaçmırlar.

 

– Klubunda oynamayan futbolçulardan biri də Rza Cəfərovdur. Onu "Şamaxı"ya gətirərsiniz?


– Yayda olsaydı, fikirləşərdik. Bəlkə, elə Rikardo Fernandesi milliləşdirək? (gülür)

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:21

İstanbulda “Fənərbağça” azarkeş lideri Cem Gölbaşına qarşı silahlı hücum planı aşkar edildi, beş nəfər həbs edildi

Formula 1
Bu gün, 02:33

Ferstappen qalib gəldi, Antonelli isə dünya çempionluğunu qazandı

Futbol
Bu gün, 01:35

Valdas Dambrauskas “Sabah” komandasını tərk edib “Fənərbağça” klubuna baş məşqçi ola bilər

Cüdo
Bu gün, 01:18

İbrahim Talıbov, Dakarda Azərbaycan üçün ilk qızıl medal qazandı

Futbol
Bu gün, 01:06

Unay Emeri, Barselona qarşısında oynamağından əvvəl Aston Villa futbolçularına xəbərdarlıq etdi

Futbol
Bu gün, 00:51

Jose Mourinho Real Madrid‑in 3‑0 qələbəsindən sonra açıqlama verdi

Digər
Bu gün, 00:31

Konor McGregor son döyüşünü planlayır, karyerasını bitirəcək

Formula 1
Bu gün, 00:18

FIA, Antonelli'nin Meksika Grand Prix'sində çempionluk kubokunu təqdim etmə xahişini rədd etdi

Tennis
Bu gün, 00:06

Karlos Alkaras Vyanada ATP 500 turnirini qazandı, karyerasının 28-ci titulunu əldə etdi

Futbol
Dünən, 23:32

“Qızıl top” mükafatının nəticələrini əvvəlcədən təxmin edənlər 200 min dollar qazandı

Cüdo
Dünən, 23:26

Dakar 2026-da Azərbaycan judoçusu İbrahim Talıbovun ilk qızıl medalı

Futbol
Dünən, 22:57

Zamiq Əliyev Qələbəni Qorudu

Cüdo
Dünən, 22:53

Cüdo millisinin baş məşqçisi: Olimpiya çempionu yetişdirmək mənim üçün böyük uğurdur

Futbol
Dünən, 22:31

Arsenal, Liverpul'u səfərdə 1-0 məğlub edərək Premyer Liqada liderliyini möhkəmləndirdi

Futbol
Dünən, 22:27

Malişeva 0:0-dan sonra birincilik mövqeyini qoruyur

Futbol
Dünən, 21:59

Eldar Tağızadə “Bistritsa”nın “Krşko”ya qarşı qələbəsində qapısını möhürlədi

Futbol
Dünən, 21:57

Premyer Liqada "Kəpəz" "İmişli"ni 1:0 hesabı ilə məğlub etdi - Videoicmal

Qarabağ FK
Dünən, 21:50

Azərbaycan Premyer Liqasının ilk üçdəbir hissəsində əsas beş iddiasının statusu: "Neftçi" liderliyə yüksəlsə də, "Sabah" temp və balansla öndədir

Futbol
Dünən, 21:35

Juventusun səkkiz futbolçusu Napoli ilə qarşılaşmadan məhrum olacaq

Güləş
Dünən, 21:27

Ali Tsokayev dünyəvi çempionatda bürünc medal qazandı

Futbol
Dünən, 21:05

İnter futbolçuları Pavar, Kons, Stounz, Martines və Luis Enrique-ne zədəsindən sağalma tarixi açıqlanıb

Güləş
Dünən, 20:58

İslam Bazarqanov dünya çempionatında medalsız qalır

Futbol
Dünən, 20:48

Zamiq Əliyevin komandası "Eqnatiya" səfərdə "Tiranayı" 2:1 hesabı ilə məğlub edib

Digər
Dünən, 20:43

Vüsal İsgəndərli "Malişeva"nın "Feronikeli-74" ilə 0:0 hesablı heç-heçəyə qalxdığı oyunda start heyətindədən yer alıb

Oxşar xəbərlər