top
Ayxan Abbasov: Nəriman Axundzadəni bir zəif oyuna görə silmək yanlışdır Idman.biz
12 dekabr 2025, 14:51
- ↺ +

Ayxan Abbasov: Nəriman Axundzadəni bir zəif oyuna görə silmək yanlışdır

Nəriman Axundzadəni bir zəif oyuna görə silmək tamamilə yanlış fikirdir.

Bunu Azərbaycan millisinin və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.

O, UEFA Çempionlar Liqasının altıncı turunda "Ayaks"la (Niderland) qarşılaşan "Qarabağ"ın tənqidlərə məruz qalan 21 yaşlı hücumçusunun gənc olduğunu xatırladaraq, müəyyən səhvlər etməsinin normal olduğunu bildirib.

"Azarkeşlərin Nəriman Axundzadə ilə bağlı fikirlərini başa düşmək lazımdır. Çünki hər kəs "Qarabağ"dan qələbə gözləyirdi. Lakin gəlin unutmayaq ki, bəzi matçlarda Nəriman Axundzadə meydana daxil olub, görüşün taleyini həll edib. Yaxud Aleksey Kaşuk əvəzetmədən oyuna girib, komandaya xeyir verib. Bu dəfə isə təəssüf ki, alınmadı. Hər şey, hər zaman bizim arzuladığımız kimi ola bilməz. Futbolçu bir oyun zəif çıxış edir deyə, bu qədər neqativə köklənməyə ehtiyac yoxdur. "Qarabağ" uzun illərdir fasiləsiz Avropa turnirlərinin qrup mərhələlərində mübarizə aparır, Azərbaycanı təmsil edir. Qitənin ən nüfuzlu klub turnirinin himnini bizim üçün "Qarabağ" səsləndirir. Gəlin bu amilləri nəzərə alaq. Azarkeşlərin bu məsələləri anlayışla qarşıladığına əminəm", - deyə o, "Report"a açıqlamasında deyib.

44 yaşlı mütəxəssis azarkeşləri səbrli olmağa çağırıb:

"Nəriman Axundzadə gəncdir, arada zəif çıxş etməsi normaldır. Lakin gəlin etiraf edək ki, o, millimizin əsas futbolçularından biridir. Çünki bizim heyətlə bağlı elə də geniş seçimimiz yoxdur. Düşünürəm ki, Nəriman zəif oyunlarından nəticə çıxarmalıdır. Təbii ki, "Qarabağ"dakı bütün məşqçilər onunla lazımi söhbətləri aparırlar. Dediyim kimi, 1 oyuna görə futbolçunu silmək tamamilə yanlış fikirdir. Azərbaycan futbolunun azarkeşlərini səbrli olmağa çağırıram. İnanıram ki, "Qarabağ" qarşıdakı iki oyundan birində qələbə qazanacaq və pley-offa adlayacaq".

A.Abbasov sonda "Ayaks" komandasının ustalıq səviyyəsinin yüksək olduğunu vurğulayıb:

"Həmin gün qələbə qazanmaq üçün ən uyğun axşamlardan biri idi. Azərbaycan təmsilçisi bunu bacarmağa çox yaxın olsa da, təəssüf ki, son dəqiqələr bizim üçün uğursuz alındı. Lakin gəlin "Qarabağ"ı da başa düşək. Rəqibin bu mövsüm Çempionlar Liqasında xalı olmasa da, hər kəs onların adlı-sanlı komanda olduğunu bilirdi. "Ayaks"ın ustalıq səviyyəsi, heyətində yer alan futbolçuların bacarıqları və gənclərinin gücü bizdən üstündür. "Qarabağ"ın heyətində meydana sonradan daxil olan futbolçular oyuna qoşula bilmədilər. Futbolda hər şey ola bilər".

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" görüşü Niderland təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Ağdam təmsilçisinin heyətində 59-cu dəqiqədə Leandro Andradenin əvəzinə Nəriman Axundzadə, Kamilo Duranın yerinə isə 70-ci dəqiqədə Aleksey Kaşuk meydana çıxıb.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

"Kristal Pelas" Pyer Saji istefadan sonra Şon Dayçın baş məşqçi namizədliyini dəyərləndirir

Futbol
Bu gün, 08:00

Brayton və RB Leypsiq 19 yaşlı Adin Liçinanı əldə etmək üçün mübarizə aparır

Formula 1
Bu gün, 07:33

Williams sürücüsü Albon: Bolidin əsas problemlərini hələ həll edə bilmədik

Futbol
Bu gün, 06:42

“Napoli”də mövsümün əvvəlində 12 zədə, 7‑si əzələ problemi

Futbol
Bu gün, 05:35

Mbappe və Dembele 2026 Qızıl Top təqdimat mərasimində iştirak edəcəklər

Futbol
Bu gün, 04:48

Trabzondakı “Salah təpəsi” adı qoyuldu

Futbol
Bu gün, 04:13

Mbappe “El Clasico”da dubl vuruşla Real Madrid üçün 100‑cü qolunu qeyd etdi

Digər
Bu gün, 03:45

2027-ci ildə "Dakar" rallisi Səudiyyə Ərəbistanından başqa ölkəyə köçürüləcək

Futbol
Bu gün, 03:22

Flik Barselona komandasının Real Madrid qarşısındakı 1-2 məğlubiyyəti haqqında şərh etdi

Futbol
Bu gün, 03:05

Mourinyo Real Madrid-in Barcelona qarşısındakı qələbəsindən sonra VAR-ı sərt tənqid etdi

Futbol
Bu gün, 02:48

Arturo Vidal “Juventus”a məşqçi kimi qayıdacağını açıqladı

Futbol
Bu gün, 01:48

“Çelsi”də futbolçunun zədəsi barədə məlumat sızması müzakirə edilir

Futbol
Bu gün, 01:25

Leonel Xayme rəqibinə kömək edərək ağladı, komanda yoldaşları və azarkeşlər tərəfindən tənqid edildi

Futbol
Bu gün, 01:04

Roma yıldızının yaralanmasından müsbət xəbər

Futbol
Bu gün, 00:49

Real Madrid və Barselona futbolçuları üçün El-Klasiko xüsusi butslar hazırlanıb

Digər
Bu gün, 00:32

Baku Flames Batumi'de Batumi Sharks'a 13-4 üstünlük qazandı

Futbol
Bu gün, 00:18

Fiorentina müdafiəçisi Dodo-nun gələcək transferi barədə açıqlama

Qarabağ FK
Bu gün, 00:05

Canni İnfantino və Arsenal məşqçisi Arsen Venger ‘Sabah – Qarabağ’ matçı izləyiblər

Futbol
Dünən, 23:52

“Qalatasaray”ın yeni transferləri “Fənərbağça” derbisində debutə hazırlaşır

Qarabağ FK
Dünən, 23:30

"Qarabağ" Sabaha qonaq gələrək çempionu müəyyən edəcək: Həsi Fotolar

Futbol
Dünən, 23:30

Real Madrid TV “El-klasiko” öncəsi La Liqa hakimlərini təəssübkeşliklə ittiham edib

Tennis
Dünən, 23:24

Çində Ninqbo WTA 500-də Yelena Rıbakina Şampiyonluğunu Qoruyub

Güləş
Dünən, 23:05

Eldəniz Əzizli: Beşinci Dünya Çempionu Olarkən Himni Səslənəndə Gözümdən Yağış Çəkdi

Futbol
Dünən, 23:05

Qari Nevill Manchester United-un uğursuz performansına tənqid etdi

Oxşar xəbərlər