top
Ayxan Abbasov: Müvəqqəti baş məşqçi postuna qədərki yol Idman.biz
08 sentyabr 2025, 16:55
- ↺ +

Ayxan Abbasov: Müvəqqəti baş məşqçi postuna qədərki yol

"Şamaxı" klubunun və Azərbaycanın U-21 yığmasının baş məşqçisi Ayxan Abbasov karyerasında daha bir ilk yaşayacaq.

İdman.biz xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə qarşılaşmada əsas millini baş məşqçi kimi meydana çıxaracaq.

Bu post 44 yaşlı mütəxəssisə ilkin olaraq 1 oyunluq həvalə edilib. Abbasov sabah Ukrayna ilə görüşdə İslandiyaya 0:5 hesablı biabırçı məğlubiyyəti unutdurmağa çalışacaq.

Müvəqqəti baş məşqçinin karyerasına nəzər yetirsək, həm futbolçu, həm də məşqçi kimi böyük yol keçib. Ayxan Abbasov futbola 7 yaşında Buzovna qəsəbəsində idman məktəbində başlayıb. İlk məşqçisi Böyükağa Abbasov olub. Azərbaycanın aşağı yaş (U-17 və U-19) və gənclər yığmalarında oynayıb.

Böyük futbola Buzovna "Xəzri"si ilə gəlib. 1997/98 mövsümündə U-18 komandasında əsas liqada çıxış edib. Sonra 6 ilini "Şəfa" klubunda keçirib, 2002-ci ildə MOİK-də icarədə olub.

2004-2005-ci illərdə "Turan"da, 2006-2007-ci illərdə "İnter"də oynayıb. Növbəti mövsümə "MKT-Araz"da başlayıb. İmişli təmsilçisinin UEFA Kubokunda uğursuzluğundan sonra klub prezidenti komandanı buraxıb, Abbasov "Qarabağ"a keçib. Ağdam klubunda 4 il çıxış edən futbolçu 2011/12 mövsümündə "Turan"a qayıdıb və burada karyerasını başa vurub.

O, futbolçu kimi 2 dəfə Azərbaycan kubokunun qalibi (2001-ci ildə "Şəfa", 2009-cu ildə "Qarabağ"la-red) olub.

Abbasov məşqçiliyə "Zirə"də başlayıb. 2015/2016 mövsümündə burada köməkçi kimi çalışan gənc mütəxəssis növbəti 2 ildə komandanın baş məşqçisi olub. O, 2018-2021-ci illərdə "Sumqayıt"ın, 2022-2024-cü illərdə "Turan Tovuz"un "sükanı arxası"nda olub.

Abbasov 2024-cü ildən "Şamaxı"nın baş məşqçisidir və bu mövsümün sonunadək anlaşması var. Eyni zamanda, bu il martın 14-də Azərbaycan U-21 millisinin baş məşqçisi təyin edilib. AFFA onunla 2 illik razılıq əldə edib.

Qeyd edək ki, o, bu postda Fernandu Santuşu əvəzləyəcək. Bu gün portuqaliyalı mütəxəssis AFFA rəhbərliyi ilə qarşılıqlı razılaşma əsasında istefaya göndərilib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Qarabağ FK
Dünən, 22:15

Aleksey Kaşuk: Ukrayna Milli Komandanı çağırışı – həyatımın arzuladığı an

Qarabağ FK
Dünən, 22:06

Mourinyo Vinisiusa əzab etdi: Güclü futbolçuların da bad günü olur

Voleybol
Dünən, 21:56

Azərbaycan Qadın Voleybol Super Liqası 2026/2027 mövsümünün açılış matçları

Qarabağ FK
Dünən, 21:55

Bədavi, Qurbanlı və Şahruddin Məhəmmədəliyev Azərbaycan Milli Komandasına dəvət edildi

Qarabağ FK
Dünən, 21:55

Qarabağın 7 futbolçusu milli yığmalara çağırıldı

Oxşar xəbərlər