top
Ayxan Abbasov hakimlərin simpatiyasının rəqib tərəfdə olduğunu dedi Sport24.az
24 avqust 2025, 19:38
- ↺ +

Ayxan Abbasov hakimlərin simpatiyasının rəqib tərəfdə olduğunu dedi

Misli Premyer Liqasının II turunun "Şamaxı" – "Sabah" oyunundan (1:2) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– Çətin oyun olacağını bilirdik. Bizdən daha yaxşı formadadırlar. Bizim hələ ikinci rəsmi oyunumuz idi. Matça pis başladıq. İlk 10-15 dəqiqəni çıxsaq, qalan müddətdə komandamın oyunundan razıyam. Epizodlarımız oldu, dəyərləndirə bilmədik. Bərabərlik qolundan sonra da şansımızdan istifadə edə bilmədik. "Sabah"a qarşı inamlı oynadıq. Bu gün azı bir xal qazanmaq istəyirdik. Buna layiq idik. Çempionat uzun marafondur. Gələcək oyuna baxacağıq. Qarşıda "Sumqayıt" səfəri var. Bu matça tam köklənməliyik.

 

– İlk qolda qapıçınız Rikardonun topa çıxmamasını qınayırsınız?


– Çətin top idi. Böyük bir epizod deyildi. Sadəcə ani diqqətsizlik qola səbəb oldu. Bəlkə də bu qol məğlubiyyətə səbəb oldu.

 

– "Sabah" neçə il idi, burda qələbə qazanmırdı…


– Oyun şansı "Sabah"da idi. Biz standartdan fərqlənə bilmirik, onlar fərqlənir. Rossi iki epizodu dəyərləndirə bilmədi. Qarşılıqlı epizodlar oldu. Futbolçularımızın zəif çıxış etdiyini demək olmaz. Futbol şansı "Sabah"dan tərəf idi.

 

– Edqar Ədilxanov əvvəlki səviyyəsində deyil. Ona nə olub?


– Edqar ötən oyunda əsas heyətdə olmadığı üçün çox suallar olmuşdu. Həmişə deyirəm, oyunçuların keçid dövrü var. Hər oyunçu təzyiqlərlə bacarmalıdır. Edqardan tam razı deyildik. Bu gün nələrsə etmək istəyirdi. İnşallah, o da formaya düşəcək. Onunla təkbətək danışıq. Cavanlara dəstək lazımdır.

 

– İkinci hissədə Rossiyə qarşı çəkmə var idi. Epizoda baxdınız?


– Bütün foullar biz tərəfə idi. Zarafatca dedim ki, əvvəl səfər oyunlarında top göydə oyunu dayandırırdılar. İki oyundur, hakimlərin simpatiyası rəqib tərəfdədir. Sanki onların adlarına görədir. Bu gün elə bil səfərdə oynayırdıq. Bir tərəfdən yaxşıdır ki, hakimlər bizi öyrədir ki, daha möhkəm olaq.

 

– Ötən il Azərbaycan Kubokunda "Neftçi" – "Sabah" oyununda Rauf Allahverdiyev səhv etmişdi və hakimlikdən uzaqlaşdırıldı. Sizcə, indi digər hakimlər üzərində də təzyiq var?


– Onlardan soruşmaq lazımdır. Hakimlərimiz zəif deyil. Onlara beynəlxalq təyinatlar da gəlir. İstəyirik ki, hər kiçik foula görə oyun dayanmasın. Rossinin epizodunda qayda pozuntusu var idi, amma hakim dayandırmadı. Heç epizoddan sonra da rəqibə vərəqə vermədi. Onsuz da hakimlərə nəsə sübut etmək olmur. Nə etsək də, səhvik. Hakimlərin üstünə getməyək.

 

– Yayda düşərgənizdə Raul Hacıyev baxışda olub. Gürcüstan vətəndaşı idi, amma sonra qaldı. AFFA bu məsələdə sizə nəsə köməklik edir?


– Bir az məsələlər var. Proseslər üçün vaxt lazımdır. Raufla bağlı nəsə müraciətimiz olmayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər