top
Ayxan Abbasov: Gənc futbolçuların Birinci Liqa klublarında çıxış etməsinin lehinəyəm - MÜSAHİBƏ Report.az
27 may 2025, 12:27
- ↺ +

Ayxan Abbasov: "Gənc futbolçuların Birinci Liqa klublarında çıxış etməsinin lehinəyəm" - MÜSAHİBƏ

Azərbaycan U-21 millisinin, eyni zamanda "Şamaxı" klubunun baş məşqçisi Ayxan Abbasov "Report"a müsahibə verib. Mütəxəssis yığmanın hazırlıqları ilə yanaşı, Azərbaycan Kuboku, Misli Premyer Liqası və çalşdırdığı "Şamaxı" barədə danışıb. O, həmçinin aşağı liqalardan yığmaya futbolçu dəvət etmək perspektivinə toxunub. Abbasov növbəti mövsümdən ölkə çempionatında legioner limitinin ləğv edilməsinin təsirləri haqqında düşüncələrini də bölüşüb.

- U-21-in ilkin heyəti açıqlanıb. Hazırlıqları hansı formada keçməyi planlaşdırırsınız?

- Bu ikinci, ümumilikdə isə Avropa çempionatının seçmə mərhələsindən öncə son toplanışdır. Bu dəfə bəzi futbolçular çağırılmadı, əvəzində başqalarını dəvət etdik. Hər birini yaxından tanımaq və iş başında görmək istəyirik. Daha çox Premyer Liqa klublarında şans qazanan, məşq edən futbolçular bizim üçün önəmlidir. Həmçinin I Liqadan, əvəzedicilərdən, U-19 və U-17 komandalarının çempionatlarından futbolçular dəvət etmişik. İstəyirik ki, futbolçularda gələcək üçün motivasiya olsun. İki yoldaşlıq görüşü olacaq, oyunçuların hər birini sınayacağıq.

- Heyətdə xarici ölkələrdən dəvət alan bir neçə futbolçu da var. Bu mənada xaricdən daha çox oyunçu dəvət etmək imkanı var idi?

- Bu gün bizə sırf azərbaycanlı futbolçular lazımdır. Digər ölkələrin futbol məktəblərindən çıxanların dəvət edilməsi pis olmazdı. Önəmli olan odur ki, özləri millidə oynamaq istəsinlər. Belə siyahımız da var. Rusiyanın "Baltika" klubunda çıxış edən Elcat Məmmədovun oyununu məşqçimiz Elnur Çodarov yerində izləmişdi. Türkiyənin "Ankaragücü" klubundan Həsən Nəzərlini ötən toplanışda da dəvət etmişdik. Daha əvvəl U-19 millisində oynamış, hazırda Rusiya təmsilçisi "SKA Xabarovsk"un üzvü olan Sadiq Baqiyevi də görmək istəyirik. Növbəti toplanışlarda başqa futbolçuları dəvət edə bilərik.

Ayxan Abbasov Ayxan Abbasov

- Belarus və Monteneqro yığmalarına qarşı yoldaşlıq görüşləri keçirəcəksiniz...

- Bu rəqiblər ilk iki matçda yoldaşlıq görüşü keçirdiyimiz komandalardan daha güclüdürlər. Belarus son vaxtlar inkişaf etməkdə olan yığmalardandır. Son oyunlarında həm Makedoniya, həm də Türkiyəni məğlub etmişdilər. Bu, onların gücündən xəbər verir. Komandaları şəxsən izləmişdik. Matçın səfərdə keçirilməsini özüm istəmişdim. Biri səfər, digəri ev matçı olsun. Çünki qarşıdakı tsikldə oyunların hamısı, demək olar ki, eyni şəkildə keçiriləcək. Futbolçular 6-7 gün ərzində yol yorğunluğuna və iki matç keçirməyə öyrəşməlidirlər. Məncə, yaxşı rəqibdirlər. Avropa çempionatının seçmə mərhələsində ilk oyunumuz səfərdə Portuqaliya millisinə qarşı olacaq. Daha sonra evdə Bolqarıstan yığması ilə görüşəcəyik. Ona görə də yoldaşlıq görüşlərində rəqiblərimiz nə qədər güclü olsalar, o qədər yaxşıdır. Çünki özünəinamı qaytarmaq,nəticədən daha önəmlidir. Oyun sistemimizi qurmaq istəyirik.

- Oyun üslubunda dəyişikliklər gözlənilir?

- Oyundan-oyuna rəqiblərə görə nələrisə dəyişəcəyik. Gerçəkləri demək lazımdır, Portuqaliya və Cəbəllütariq millilərinə qarşı səfərdə eyni oyun göstərə bilmərik. Futbolçular buna alışmalıdır. Daha əvvəlki yoldaşlıq görüşlərində Moldova və Makedoniyaya qarşı fərqli oynadıq. Hər rəqibə uyğun oynamağı bacarmalıyıq. Bununla yanaşı, öz oyunumuzu da ortaya qoymalıyıq.

- Avropa çempionatın seçmə mərhələsində U-21-in heç də asan qrupa düşmədiyi görünür. Siz necə fikirləşirsiniz?

- Həqiqəti söyləmək lazımdır, bu gün reytinqə baxsaq, görərik ki, Cəbəllütariqdən başqa, digər yığmalar bizdən daha yuxarıdadırlar. Barışmasaq da, qəbul etmək lazımdır. Bacardığımız qədər xal yığmaq lazımdır. Amma o demək deyil ki, bu gün əlimizi aşağı salıb təslim olmalıyıq. Mübarizə aparacağıq.

- Heyətə dəvət etdiyiniz futbolçuların hazırkı durumunu və klubların onlara yanaşmasını necə qiymətləndirirsiniz?

- Desək ki, bu gün klublar gənclərə inanmır, yalan olar. Son oyunlarda baxdıq ki, bir çox gənclər debüt etdilər. Baxmayaraq ki, həmin matçlar komandalara heç nə vermirdi. Bu, sevindirici haldır. Nəticəyə oynayan klublar tam başqa yanaşır. Çünki onların məqsədləri bəllidir - avrokuboklara vəsiqə qazanmaq. Lakin gerçəklik də var ki, son matçlarda "Qarabağ"da iki, "Sumqayıt"da 5-6 gənc futbolçu oynadı. Həmçinin "Sabah"da və "Şamaxı"da da oynayanlar oldu. "Kəpəz" də bir neçə gənc futbolçuya şans verdi. "Səbail"də iki futbolçu şans qazanırdı. Onlar artıq Premyer Liqa oyunlarını hiss edirlər və gələcəkdə rəqabət aparmağa çalışacaqlar. U-21 aşağı yaş qrupları ilə əsas yığma arasında bir körpüdür. Futbolçuların beynəlxalq təcrübəsi olmalıdır. Bu gün gileylənmək də düzgün deyil.

Ayxan Abbasov Ayxan Abbasov

- Heyətə I Liqadan yalnız "Qəbələ" və "Mingəçevir"in futbolçularını dəvət etmisiniz. "Qəbələ"nin durumu aydındır, artıq Misli Premyer Liqası təmsilçisidir. Necə oldu ki, "Mingəçevir"dən də futbolçu seçdiz? Ümumiyyətlə, bu çempionatda durum necədir?

- Bütün liqaları izləyirik. II Liqada pley-off oyunları olacaq. Məsələn, "Şəfa"da, "Hypers Guba"da elə futbolçular var ki, əvvəllər U-19-da oynayıblar, sonra eniş yaşayıblar. Hər birinin durumunu izləyirik. Eyni şəkildə I Liqada da bütün oyunçuları nəzarətdə saxlayırıq. "Cəbrayıl"da U-21-ə namizəd futbolçular var. Həmçinin "Mingəçevir"dən Raul Məmmədovu qeyd edərdim. Lakin gəlin gerçəyi danışaq, bu gün Premyer Liqada Ağadadaş Salyanski, Sadiq Şəfiyev kimi futbolçular oynayır. Hansı ki, I Liqa futbolçularından üstündürlər. Amma I Liqada sabit oynayan futbolçulara gələcəkdə üstünlük verə bilərik. Bizi narahat edən məqam odur ki, adını çəkdiyim futbolçular növbəti mövsüm Premyer Liqada çox az şans qazana və rəqabətdə uduza bilərlər. Heyətə dəvət etdiyimiz futbolçuların 99 faizi daim meydana çıxanlardır. Mövsüm boyunca az şans qazanan futbolçular da var. Onlara daha çox oynaya biləcəkləri kluba getmələrini məsləhət görürük. Bütün liqalar məşqçilərimiz tərəfindən izlənilir, futbolçuların hər biri nəzarətdədir. Təlim-məşq toplanışında baxışdan keçirəcəyimiz futbolçuların sayını 60-a, 70-ə çatdırmaq istəyirik.

- Növbəti mövsümdən limitin ləğv edilməsi Azərbaycan futboluna hansı şəkildə təsir edə bilər?

- Çempionatımız neçə illər ərzində bir çox sınaqlardan keçib. Gerçəklik budur ki, limit klublarımıza zərər verir. Mən klubda işləyirəm, həm də yığmanın baş məşqçisi kimi danışıram. Limit var idi, hər klubda ən azı bir gənc futbolçu məcburi şəkildə meydana çıxırdı. Bunun elə də böyük effekti, həm də nəticəsi olmadı. Düzdür, bir çox futbolçular üzə çıxdılar. Son iki mövsümdür yaş limit yoxdur, yenə də üzə çıxanlar var. Hətta daha çoxdur. Limit də çıxış yolu deyil. Önəmlisi odur ki, klublar məcburiyyətdən deyil, səmimi olaraq gənclərə inanıb, şans verməlidirlər. Ümumiyyətlə, məcburiyyətləri yığışdırmaq lazımdır. Gənclər rəqabət üçün alışıb-yanmalıdırlar.

- Əsas narahatlıq doğuran məqam da budur ki, klublar legioner limitinin ləğvindən sonra yerlilərə daha az şans verəcəklər. Bu barədə nə düşünürsünüz?

- Bəzi klublar öz futbolçularının qədrini bilir, onları icarəyə verirlər. Klubların yanaşması çox önəmlidir. Sən hansısa potensialı olan futbolçunu heyətdə 24-25-ci adam kimi görürsənsə, onun karyerasına zərbə vurursan. Məsələn, "Sabah" bu mövsüm Rauf Rüstəmlini "Şamaxı"ya icarəyə verdi. O, bizə qoşulanda U-21-ə namizəd idi və cəlb olundu. Halbuki "Sabah"da qalsaydı, belə şansı olmayacaqdı. Çünki "Sabah"da rəqabət çox böyükdür və ondan daha üstün oyunçuları var. Nəticədə həm "Sabah", həm də Rauf qazandı. Digər klublar da oxşar addımlar atsalar, heç bir problem olmaz. Təəssüf ki, bu gün bəziləri belə etmir. I Liqa klubları şəraitlərini düzəldərsə, əlbəttə, belə futbolçular çempionatda oynamalıdırlar. Gənc futbolçuların I Liqa klublarında oynamalarının tərəfdarıyam.

- Azərbaycan Kubokunun finalı ilə bağlı fikirləriniz necədir?

- Şansları bərabər hesab edirəm. "Sabah"ın bu mövsüm avrokuboklara getmək üçün sonuncu şansıdır. Çünki çempionatda istədiyi nəticəni qazana bilməyib. "Qarabağ" isə çempion olduğu üçün daha rahatdır. Ümumiyyətlə, bu mövsüm "Qarabağ"a qarşı ən yaxşı mübarizə aparan komanda "Sabah"dır. "Qarabağ" bu rəqiblə oyunlarda rahat qələbə qazana bilmir. Yaxşı final olacağını gözləyirəm.

- Baş məşqçisi olduğunuz "Şamaxı"nın qarşıdakı planları bəllidir?

- Bilirsiniz ki, büdcəmiz o qədər də böyük deyil. Ötən mövsümə baxanda, bu il bəzi futbolçuları heyətdə saxlaya bildik. Təxminən 7-8 əsas futbolçumuz var və komandanı onların ətrafında qurmaq istəyirik. Bəzi perspektivli gənclər üçün klublara müraciət etmişik. Hansı ki, onları icarə əsasında əldə edə bilsək, sevinərik. İnanıram ki, növbəti mövsüm üçün döyüşkən komanda formalaşdıracağıq. İnkişaf etmək istəyirsənsə, Premyer Liqada qalmalısan.

- Heyətə legioner dəvət edəcəksiniz?

- Bu gün 4 legionerimizin klubla müqaviləsi davam edir. Digərləri ilə sağollaşmışıq. Bəzi mövqelərə legioner dəvət etməyə ehtiyac var. Yerlilər də oynaya bilər. Futbolçularla danışıqlar gedir.

- Anlaşılan budur ki, növbəti mövsüm də turnir cədvəlinin ortalarında qalmaq üçün mübarizə aparacaqsınız.

- Turnir cədvəlinin ortalarında qalsaq, bu, bizim üçün sevindirici olar. Çünki "Qəbələ" iddialı gələcək. "İmişli"nin sponsoru var. Klub sayı artacaq, rəqabət də fərqli olacaq. "Kəpəz"ə sponsor tapılıb. "Sumqayıt"da dəyişiklik olacaq. Biz təkcə Premyer Liqada qalmadıq, bir neçə gənc oyunçunu da üzə çıxardıq. Azərbaycan çempionatında statistikaya görə ən çox gənc futbolçu məhz "Şamaxı"da oynayıb. Bu yöndə işlərimiz davam edəcək.

- Büdcənin artırılması ilə bağlı müzakirələriniz olub?

- Hazırda əlavə heç nə yoxdur. Ancaq dövlətin ayırdığı pulla yolla davam edirik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:13

Toral Bayramovun Bursaspor komandası 4:2 qalib gəldi

Futbol
Bu gün, 21:59

İmişli, Şamaxını 2:1 hesabına məğlub etdi - Video icmalı

Qarabağ FK
Bu gün, 21:59

Kadi Borges: “Sabah” komandası son bir ildə gördüyüm ən yaxşı komandalar arasındadır

Güləş
Bu gün, 21:35

Sənan Süleymanov 15 illik gözləntini bitirdi: Azərbaycan olimpiya çəkisində qızıl medal qazanır

Futbol
Bu gün, 21:10

Azər Bağırov: "İmişli"yə məğlubiyyətdə penalti qərarı təssüf doğurduq, amma dərin təhlil etməkdən çəkinirik

Qarabağ FK
Bu gün, 21:01

Dambrauskas: Çempionluq mübarizəsi ötən mövsümdən daha ağır olacaq

Qarabağ FK
Bu gün, 20:59

Dambrauskas: 0:0 nəticəni ədalətli hesab edir, futbolçuları Avropa transferlərinə sevinclidir

Cüdo
Bu gün, 20:55

Gənc cüdoçularımız Düşəbədə keçirilən Qran-pri turnirində 5 medal qazandı

Qarabağ FK
Bu gün, 20:48

Qurbanov: “Texniki səhvlərimiz çox, fiziki hazırlığı artırmalıyıq”

Futbol
Bu gün, 20:41

FIFA U-15 Dünya Çempionatında Azərbaycan millisi Avstraliyaya 1:3 hesabı ilə məğlub oldu

Futbol
Bu gün, 20:39

Hoffenheim 3-0 Bayer: Üç qol ilə Bundesligada qalib

Qarabağ FK
Bu gün, 20:34

Qurban Qurbanov: "Sabah"la 0:0 hesablı heç-heçə edən "Qarabağ"da texniki səhvlərə baxmayaraq mübarizədən qopmadıq"

Güləş
Bu gün, 20:27

Sənan Süleymanov: Bir ay əvvəl dünya çempionu olacağımı yazmışdım, indi qızıl medal qazanmışam

Futbol
Bu gün, 20:19

Monako, Lillə 1:1 tarazlıqda bitirdi

Qarabağ FK
Bu gün, 20:15

Sabah vs Qarabağ 0‑0: Mərkəzi oyunda bərabərlik

Futbol
Bu gün, 20:02

Premyer Liqa: Manchester United evində 0:3 məğlub oldu, Liverpool isə 2:0 qalib gəldi

Cüdo
Bu gün, 19:45

U-17 ne‑vaza ACF Kubokunun ilk günündə 198 cüdoçu yarışdı

Cüdo
Bu gün, 19:33

Azərbaycan millisi Düşənbədə Qran-Pri cüdo turnirində beş medal qazanıb

Cüdo
Bu gün, 19:27

U-17 cüdoçuların ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri ACF-də elan edildi

Futbol
Bu gün, 19:04

Atletik 4-0 Xetafe: La Liqada dörd qol

Futbol
Bu gün, 18:59

Konyaspor Gənclərbirliyi 2-0 məğlub etdi

Güləş
Bu gün, 18:40

Ukraynada təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibov bürünc medal uğrunda mübarizə aparacaq

Futbol
Bu gün, 18:13

Real Madrid El‑Klasiko öncəsi qapıçısı Kurtua qrip səbəbiylə oyun verməyəcək

Futbol
Bu gün, 18:05

Azər Bağırov: "Rəqib heç nə yaratmadı, qolları öz səhvlərimizdən buraxdıq"

Oxşar xəbərlər