top
Ayxan Abbasov gənc futbolçulara maliyyə təşviqini müsbət qiymətləndirir Idman.biz
21 avqust 2025, 16:41
- +

Ayxan Abbasov gənc futbolçulara maliyyə təşviqini müsbət qiymətləndirir

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasında çıxış edən klubların heyətində yerli futbolçuların meydana çıxmasına görə maliyyə təşviqi mexanizminin tətbiq edilməsi ilə bağlı qərarı müsbət qarşılayır.

İdman.biz xəbər verir ki, mütəxəssis bu barədə "Report"a açıqlama verib.

O, belə məsələlərin yaxşı hal olduğunu bildirib: "Böyük məbləğlərdən söz gedirsə, bu, klublara maraqlı gələcək. Komandaların yarısından çoxunun maliyyəsi digərlərindən azdır. Bəlkə də gələcəkdə klublar buna daha çox meyil edərlər. Amma hər şey məbləğin miqdarından asılıdır. Digər tərəfdən, bu gün güclü olan gənclər öz klublarında onsuz da oynayacaqlar. Hansısa istedadlı futbolçunu oynatmaq istəyiriksə, maliyyə maraqlı deyil. Ona şans verəcəyik. Amma əlbəttə, belə şeylərin olması üstünlükdür və yaxşı haldır".

Abbasovun sözlərinə görə, klublar bəzən maliyyəyə görə gənc oyunçulara çempionatda şans verə bilərlər: "Məsələn, "Şamaxı"da mövsüm ərzində 3 gənc oyunçunu meydana buraxdığımıza görə maliyyə əldə etmək bizim üçün də maraqlı olacaq. Amma yenə vurğulayıram, məbləğ çox önəmlidir. İstənilən halda, bu qərarın verilməsini müsbət qarşılayıram. Legioner limiti ləğv olunub. Rüsum qalxıb, hamı çox əcnəbi cəlb etməyəcək. Əlavə vəsait ödəməyə məcbur qalacaqlar".

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi fevralın 3-də maliyyə təşviq mexanizmi tətbiq edib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 19:45

Donald Tramp 2026 FIFA Dünya Çempionatının ABŞ-ə gətirdiyi 18 milyard dollarlıq gəliri və 160 mindən çox iş yerini açıqladı

Futbol
Dünən, 19:15

Hansi Flik “Barselona”nın yeni kapitanlarını təyin etdi

Futbol
Dünən, 19:15

Hansi Flik Barselona üçün yeni kapitan və köməkçi kapitanları təyin etdi

Basketbol
Dünən, 18:56

ABF Milan Kotaraç ilə əməkdaşlığı bitirdi

Futbol
Dünən, 18:26

“Sabah” Futbol Klubu “Scorpio Group” ilə sponsorluq müqaviləsi imzaladı

Futbol
Dünən, 18:26

“Sabah” Futbol Klubu “Scorpio Group” ilə sponsorluq müqaviləsi imzaladı

Futbol
Dünən, 18:26

"Sabah" Futbol Klubu "Scorpio Group" ilə sponsorluq müqaviləsi imzaladı

Futbol
Dünən, 18:26

“Sabah” Futbol Klubu “Scorpio Group” ilə sponsorluq müqaviləsi imzaladı

Futbol
Dünən, 18:26

Sabah Futbol Klubu Scorpio Group ilə sponsorluq müqaviləsi imzaladı

Futbol
Dünən, 18:26

Sabah Futbol Klubu "Scorpio Group" ilə sponsorluq müqaviləsi imzalayıb

Futbol
Dünən, 18:26

“Sabah” Futbol Klubu “Scorpio Group” ilə sponsorluq müqaviləsi imzaladı

Futbol
Dünən, 18:26

“Sabah” Futbol Klubu “Scorpio Group” ilə sponsorluq müqaviləsi imzaladı

Futbol
Dünən, 18:26

Sabah FK "Scorpio Group" ilə sponsorluq müqaviləsi imzaladı

Futbol
Dünən, 17:48

Erzurumspor üç yeni futbolçu ilə gücləndi

Futbol
Dünən, 17:27

Liverpoolda direktorun ayrılığı

Futbol
Dünən, 17:27

Liverpoolda ayrılıq: Direktor Richard Hages “Əl Hilal” ilə razılaşdı

Futbol
Dünən, 17:27

Liverpul direktoru Riçard Hages “Əl Hilal”la anlaşdı

Futbol
Dünən, 17:27

Ricard Hages “Əl Hilal”la ayrılıq barədə razılaşdı

Futbol
Dünən, 17:27

Liverpoolda ayrılıq baş verdi

Futbol
Dünən, 17:27

Liverpoolda ayrılıq həyata keçirildi

Futbol
Dünən, 17:27

“Liverpul”da direktor Ricard Hagesin ayrılığı

Futbol
Dünən, 17:27

‘Liverpul’dakı ayrılıq: Ricard Hages və “Əl Hilal” arasında anlaşma

Futbol
Dünən, 17:27

Liverpoolda ayrılıq baş verdi

Futbol
Dünən, 17:27

Ricard Hages “Liverpul”da işdən ayrıldı

Oxşar xəbərlər