top
Ayxan Abbasov: Futbolçularım bütün güclərini meydanda qoyacaqlar Sport24.az
09 oktyabr 2025, 22:02
- ↺ +

Ayxan Abbasov: "Futbolçularım bütün güclərini meydanda qoyacaqlar"

"Sabah bizi çox önəmli və gərgin oyun gözləyir. Rəqibimiz bəllidir. Son illərin ən güclü komandalarından biridir. Bilirik ki, bu komandada ulduzlar oynayır. Biz də oyuna ciddi hazırlaşmışıq. Son matçdan sonra futbolçularımızın böyük komandalara qarşı mübarizəsi önəmlidir. Sabah da rəqibə azarkeş dəstəyi olacaq. Futbolçularım mübarizədən çəkinməyəcəklər. Bütün güclərini meydanda qoyacaqlar. Fransa illərdir bir məşqçinin rəhbərliyi altında çıxış edir. Bu cür komandalara qarşı oynamağın özü motivasiyadır".

 

Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Fransa ilə oyundan öncə təşkil edilən mətbuat konfransında deyib.

 

Təcrübəli məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb. 

 

- Matçla bağlı düşüncəniz necədir?


- İlk gündən futbolçuların məşqə yanaşması yaxşı idi. Belə oyunlarda gərginlik olur, futbolçularda təzyiq də olur. Çalışırıq ki, bunu çox da oyuna yansıtmayaq. Çox fikirləşəndə bu da mənfi təsir edir. Futbolçuların əhval-ruhiyyəsini yüksəltmək üçün gəzinti də oldu. İnanıram ki, oyunçular o stresdən çıxıb, oyuna tam hazırlaşacağıq.

 

- Mbappe bildirib ki, sabah Jirunun rekordunu qırmağa çalışacaq. Bu, sizin futbolçuların motivasiyasını artırıb?


- Bu futbolular statistikları daha yaxşı etmək üçün qol vurmaq, rekordlar qırmaq istəyirlər. Normaldır. Rəqibin son oyunlarını da təhlil etmişik. Mbappenin belə deməsi futbolçularımızda bir az hirsi çoxaltmalıdır. Biz daha soyuqqanlı, daha sakit bu oyuna yanaşmalıyıq. Reallıq da var. Bu gün rəqiblə bizi eyni səviyyəyə qoymaq olmaz. Biz də gələcəkdə nələrsə qazanmaq istəyiriksə, bu oyunlardan qazanmalıyıq. Futbolçularımız özlərini göstərməlidilər ki, gələcəkdə özümüzə yaxın rəqiblər başabaş ya üstün oynayaq Bu futbolçulara qarşı oynamaq motivasiyadır. Bəlkə də karyeralarında nadir hallarda olur. Fransa ilə son dəfə 20 il öncə qarşılaşmışıq. Güclü komandalarla oynamaq özü də möhkəmlik gətirir.

 

- Azərbaycan möcüzə üçün nə etməlidir?


- Müasir futbolu təhlil etsək, oyunda şansların kimin tərəfdə olması önəmlidir. Oyuna çox şeylərlə hazırlaşırsan, elə vəziyyətlər olur ki, hər şey alt-üst olur. İnanıram ki, şans bizim tərəfimizdə olacaq. FUtbolçualrdan istəyim odur ki, nə baş versə də, təslim olmasınlar. Bu, bizim üçün vacibdir.

 

- Heyəti müəyyənləşdirmisiz?

- Hazırdır. Son oyuna yaxın heyətdir. İki oyunu düşünüb addım atacağıq. Üç gündən sonra bizi daha çətin matç gözləyir. Ötən oyunlarda 4 günlük pauza var idi, bu dəfə 3 gün. Bəzi oyunçularımız ağır qrafikdən gəliblər. Onlar həm liqada, həm də ÇL-də oynayır. Bütün bunları nəzərə alacağıq. Bütün oyunçularımıza güvənirik, şans verə bilərik. Məşqlərdə də hər kəsin şansı gözlədiyini gördük. Millidə rəqabətin olması vacibdir. Sabah kim oynasa, inanıram ki, öhdəsindən gələcək.

 

- Özünüzü necə hiss edirsiz?


- Gözəl hissdir. mənim üçün də ilkdir. Nələrəsə nail olmaq istəyirsənsə, işlərdən keçirsən. Belə böyük oyun oynamaq biz məşqçilərin gələcəyi üçün şansdır. Avropa və dünya çempionuna qarşı oynamaq, onu təhlil etmək başqa hissdir. Məşqçi heyəti də futbolçuları oyuna hazırlaşdırmağa çalışdıq. Yaxşı hisslərdir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər