top
Ayxan Abbasov: Futbolçular meydanda maksimum nəticəyə köklənməlidirlər Sport24.az
02 iyun 2025, 11:09
- ↺ +

Ayxan Abbasov: "Futbolçular meydanda maksimum nəticəyə köklənməlidirlər"

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov təlim-məşq toplanışı barədə fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, AFFA-nın mətbuat xidmətinə açıqlama verən 43 yaşlı mütəxəssis əvvəlcə A milli komanda ilə keçirilən yoxlama oyunu (0:3) ilə bağlı danışıb.

 

O, məşq xarakterli matçın baş tutduğunu xatırladıb:

"Əsas millinin baş məşqçisi Fernandu Santuşa təşəkkür edirəm. Biz tam heyətlə olsaq da, əsas millinin bəzi üzvləri Azərbaycan Kubokunun final oyununda iştirak etdikləri üçün düşərgədə deyildilər. Hərəsi 35 dəqiqə olmaqla iki hissə oynanıldı, hər iki komanda bütün futbolçuları sınaqdan keçirdi. A millinin oyunçuları ilə meydanda olmaq futbolçularımız üçün əlavə motivasiya idi. Belə yoxlama matçlarının baş tutması futbolçuların xeyrinədir".

 

U-21 millimiz hazırlıq çərçivəsində iyunun 4-də Baranoviçi şəhər stadionunda Belarusun, iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq görüşü keçirəcək.

 

Baş məşqçi həmin qarşılaşmalarda məqsədin qələbə qazanmaq olacağını deyib:

 

"Bu, bizim U-21 millisində ikinci hazırlığımızdır. İlk təlim-məşq toplanışımız Antalyada təşkil olunmuşdu. Heyətdə bəzi yeni oyunçular var. Hər toplanışda komanda olaraq daha da artırmaq istəyir. Yoldaşlıq görüşlərində üz-üzə gələcəyimiz rəqiblərin reytinqdə öndə olması bizim üçün yaxşıdır. Güclü komandalara qarşı çıxış etməyin yalnız müsbət təsiri olur. Belarusla səfərdə, Monteneqro ilə evdə qarşılaşacağıq. Seçmə mərhələdə ev-səfər oyunlarının olacağını nəzərə alsaq, buna öyrəşməliyik. Hər iki görüşdə qələbə qazanmaq üçün mübarizə aparacağıq. Futbolçular meydanda maksimum nəticəyə köklənməlidirlər. Bu matçlar həm də oyunçuların beynəlxalq təcrübə qazanmalarına kömək olacaq".

 

Ayxan Abbasov Belarus və Monteneqro yığmalarını təhlil etdiklərini vurğulayıb: "Rəqiblər barədə yalnız xoş sözlər deyə bilərəm. Belarusun son iki yoldaşlıq görüşünü izləmişəm. Antalyada Şimali Makedoniya, İstanbulda isə Türkiyə yığmasına qalib gəliblər. Onların, xüsusən də, U-21 komandası son illər çox inkişaf edib. Monteneqronun futbolçuları isə əsasən digər ölkələrdə legioner həyatı yaşayırlar. Bir sözlə, maraqlı rəqiblərdir. Belə komandalarla qarşılaşmaq bizim inkişafımıza yardım edəcək".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:30

"Napoli" qış transfer pəncərəsində yeni mərkəz müdafiəçisi və hücumçu edəcək

Qarabağ FK
Bu gün, 15:28

Almaniyada yaşayan azərbaycanlı futbolçu Nihat İsgəndərov: “Milli komandaya qayıtmaq şərəf olar”

Basketbol
Bu gün, 15:20

Sabahı məğlub edən Trabzonspor FIBA Çempionlar Liqasında qrup liderliyini hədəfləyir

Futbol
Bu gün, 15:08

Chelsea və Manchester United Sportinqin vingeri Flavio Qonsalveyi tutmaq üçün mübarizə aparır

Futbol
Bu gün, 15:06

Antonela Rokusuo azyaşlı Messi fanatına kömək etdi

Şahmat
Bu gün, 14:56

Azərbaycan şahmatçıları Monteneqroda keçirilən klublararası Avropa Kubokunda medallar qazanıb

Futbol
Bu gün, 14:48

Barselona – Real Madrid: Muskimin el-Klasiko dəyirmi niyyətilə - Mourinyo ilk dəfə "Kamp Nou"ya qayıdır

Futbol
Bu gün, 14:30

Tottenham baş məşqçisi Roberto De Zerbi Harry Kane-i Ballon d'Or namizədi hesab edir

Futbol
Bu gün, 14:28

Beşiktaş futbolçu Kartal Yılmazın matçdan əvvəl Counter-Strike oynadığı iddiası

Futbol
Bu gün, 14:08

Real akademiyasında 150-dən çox qol vurduğu Enso Alveş

Futbol
Bu gün, 14:00

Şimalın Qələbəsi: Tural Cəlilov Baku Sportinqlə Mükəmməl Şərh Yapar

Futbol
Bu gün, 13:48

Bakıda keçirilən FIFA U-15 dünya çempionatı sensasiya ilə başladı: Argentina Əlcəzairə məğlub oldu

Futbol
Bu gün, 13:30

Arsenalın ulduz hücumçısı Bukayo Saka 6 həftə sahədən uzaq qalacaq

Futbol
Bu gün, 13:20

Bavariya klubunun baş məşqçisi Vensan Kompani məşq zamanı huşunu itirərək xəstəxanaya yerləşdirilib

Futbol
Bu gün, 13:00

1 milyon manatlıq büdcəsinə baxmayaraq "Səbail" 6 turdan sonra 4-cü yerdədir və nəzərdə tutulan nəticələri verə bilmir

Digər
Bu gün, 12:48

UFC 333 Əbu-Dabi: İki titul döyüşü və Azərbaycanlı döyüşçü Asəf Çopurovun debütü

Futbol
Bu gün, 12:30

Trabzonspor qapıçısı Andre Onana ailəsi ilə qəzaya düşdü, xəsarət almadı

Basketbol
Bu gün, 12:28

Georgi Kondruseviç “Sabah”la qarşılaşmanı dəyərləndirdi

Futbol
Bu gün, 12:12

Qattuzo Interlə Qələbə Qazandı: İtaliya Milli Komandadan Qurtuldu

Futbol
Bu gün, 12:08

İPL: Manchester City liderliyini qoruyur, Liverpul Braytonu qarşılayır

Futbol
Bu gün, 11:56

Baku'da Tarixdə İlk FIFA U-15 Dünya Çempionatı və Festivalı

Futbol
Bu gün, 11:30

Rafael van der Vaart 'Qızıl top' favoritini Mbappe kimi seçdi

Futbol
Bu gün, 11:12

Barselona, Bavariya və Çelsi "Brayton"un müdafiəçisi Luka Vuşkoviçin transferinə maraqlıdır

Futbol
Bu gün, 11:00

Leqbo: 3-2 qələbəsində oyundan qopmadıq

Oxşar xəbərlər