top
Ayxan Abbasov Fransaya məğlubiyyətdən sonra: Futbolumuzun müəyyən bir səviyyəyə çatmasını istəyiriksə... Sport24.az
11 oktyabr 2025, 01:32
- ↺ +

Ayxan Abbasov Fransaya məğlubiyyətdən sonra: "Futbolumuzun müəyyən bir səviyyəyə çatmasını istəyiriksə..."

Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Fransaya 0:3 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

"Oyunun çətin keçəcəyini dünən də bilirdik. Rəqibin necə ciddi hazrlaşdığını da gördük. Azarkeş dəstəyi də var idi, ilk dqiqələrdən pressinq etdilər. Briinci hissənin son dəqiqəsində qol buraxdıq. Bəlkə dözə biləsydik, rəqib ikinci hissə daha da üstümüzə gələcəkdi. Rəqibin ustalığı yüksək səviyyədə idi. Oyunçularım əzmkarlıq göstərdi. Bu da vacibdir. İstək və vacib olduqdan sonra gələcəkdə daha rahat olacaq. Bu komandalarla oynayaraq, təcrübə yığmaq lazımdır. Futbolçularıma əzmkarlığa görə təşəkkür edirəm. Üç gündən sonra daha çətin oyun gözləyir bizi. Ukrayna ilə oyuna hazırlaşacağıq. Allah qoysa, davam edəcəyik".

 

- Mahir Emrelinin oyununu necə qiymətləndirərdiniz?


- Mahir mənim fikrimcə, son vaxtların ən yaxşı oyunlarından birini keçirdi. Əzmkar idi. Hücumlarımızın alınmaması rəqibin təzyiqi ilə bağlı idi – imkan vermirdilər. Tək qaldığı üçün çətinlik çəkirdi. Amma pis təsir bağışlamadı. Ona da dəstək olmalıyıq. Gələn oyunda rotasiya da mümkündür. Mahir maksimum səviyyədə kömək etməyə çalışdı.

 

- Bu məğlubiyyət komandanın psixoloji durumuna təsir edəcək?


- Fiziki baxımdan çətinlik olacaq, amma heyətimiz genişdir. Qarşıdakı iki gün bərpa üçün vaxtımız var. Digər futbolçular da oynamağa hazırdır. Milli komandada qısa müddətdə oyuna uyğunlaşmaq vacibdir. İkinci qolda standart vəziyyətdə daha diqqətli ola bilərdik. Əgər diqqətli olsaydıq, hesab bu qədər böyük olmazdı. Bu səhvlərdən nəticə çıxaracağıq.

 

- 45+1-ci dəqiqədə buraxılan qolu necə dəyərləndirirsiniz?


- O qolu, məncə, yalnız Mbappe vura bilərdi. Ustalıq səviyyəsi və sürəti ilə uzaq küncə dəqiq zərbə endirdi. Futbolçularım maksimum çalışdılar ki, qarşısını alsınlar, amma belə oyunçulara qarşı oynamaq çətindir. Ola bilərdi ki, fasiləyə 0:0 getsəydik, ikinci hissə daha çətin keçərdi. Komanda inanırdı ki, mübarizə apara bilərik, bu da bizim üçün vacib idi.

 

- Mahirin meydanda qalması məcburiyyətdən idi?

 
Fikrimcə, ilk əvəzetməni bir qədər gec edə bilərdik. Rüstəm Əhmədzadə əvəzetmə istədi, eyni anda iki oyunçu dəyişikliyi etməyi məqsədəuyğun saymadıq. Toral Bayramov çoxmövqeli futbolçudur, amma istədiyimiz dəqiqəni saxlaya bilmədik. Standart vəziyyətlərdə çətinlik yaşadığımızı hiss edirdim və həmin dəqiqələrdə qol buraxdıq. Rəqibin hücumlarına hazırlaşmışdıq. 90 dəqiqə hücumun qarşısını almaq olmur.

 

- Oyunun ən yaxşılarından biri Abdulah Xaybulayev idi..


- Məncə də, o, ən yaxşılardan idi. Sevinirəm ki, əsas heyətdə yerini yavaş-yavaş qazanır. Yoruldu. İkinci qolda daha sadə oynayıb, hücuma çıxmalıydıq. Əzmkardır.

 

- Əvvəl də eyni futbolçular idi, indi də. Görünən budur ki, əvvəlki millilərimizdə çatışmayan sistemsizlik idi?


- Əvvəlkindən danışmaq çətin olar. Düz olmazdı. Millidə olmayanda da suallar olurdu. Önəm verəcəyimiz mövzudur. A Futbolumuzun müəyyən bir səviyyəyə çatmasını istəyiriksə, yığmalarımızın sistemi və fəlsəfəsi olmalıdır. Rəhbərliklə bu haqda danışırıq. Yəqin ki, alınar. Səmimi deyirəm, futbolçularla 3 məşq 1 oyun olmuşam. böyük potensialı olan oyunçularımız var. İnanıram ki, özümüzə yaxın rəqiblərlə başabaş oynamaq iqtidarındayıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Oxşar xəbərlər