top
Ayxan Abbasov Fransa matçı öncəsi fikirlərini bölüşdü: Məqsəd mübarizə aparmaqdır Lent.az
15 noyabr 2025, 20:31
- +

Ayxan Abbasov Fransa matçı öncəsi fikirlərini bölüşdü: Məqsəd mübarizə aparmaqdır

Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində millimiz Bakıda Fransa ilə qarşılaşacaq.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov qarşılaşmadan əvvəl mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb:

"Çətin rəqibə qarşı oynayacağıq. Səfərdə də onlara qarşı ağır oyun keçirmişdik. Futbolçularım həmin görüşdə mübarizə aparmışdı. 70 dəqiqəyə qarşı yaxşı oynamışdıq, sonra rəqib təzyiqi artırıb, çətinlik yaşatmışdı. Sabah heyətdə dəyişikliklər ola bilər. Rəqibdə yaxşı gənc oyunçular var. Onlar da şans qazansa, özlərini göstərməyə çalışacaqlar. Bizim də itkilərimiz var. Təəssüf ki, dünən də Toral Bayramov da zədələndi. Lakin meydana çıxacaq futbolçulara inanırıq. Azarkeş dəstəyi olacaq. İnanıram ki, futbolçular yaxşı mübarizə aparacaq. Belə komandayla mübarizə aparmaq özü bir yaxşılığa doğru bir şeydir".

– Seçmə mərhələnin son oyunudur. Sabah nədənsə qorxmamalıyıq. "Avtobus"u kənara qoyub, hücum futbolu oynamağı düşünmürsünüz?
– Fransaya qarşı bütün komandalar çətinlik çəkir. Yanaşmağımıza baxaq, İslandiya ilə iki matç arasında çox fərq var. Ən çox hücum etdiyimiz bundan öncəki İslandiyaya qarşı oyun idi. Qol epizodları da yaratmışdıq. Əvvəl 1-2 epizoda sevinirdiksə, bu matçda 6 real şansımız olmuşdu. Futbolçular da hücum etmək istəyir, rəqibdən çox şey asılıdır. Sabah əsas məqam mübarizə aparmaqdır. Ancaq hücum etmək deyə bir şey yoxdur. Çempionlar Liqasında olan komandalar da həm hücum edir, həm müdafiə olunur. Təəssüf ki, indi biz ancaq müdafiə üzərində dayanırıq. Sabah öz yanaşmamız olacaq.

– Heyətdə itkilər artır. Hazırda sol cinah müdafiəçisi oynaya biləcək tək oyunçu Rüfət Abbasov qalıb. Sabah onun 90 dəqiqə mübarizə aparmağa gücü çatacaq?
– Sol müdafiəçilərin zədələnməsi bizi çətinə saldı. Amma Rüfət debüt oyununda yaxşı çıxış etdi. Axşam heyətlə bağlı qərarımızı verəcəyik.

– Yunis Hüseynov bildirib ki, Ayxan Abbasov "Turan Tovuz" haqda danışmasın…
– Bu mövzulara toxunmayaq. Burda oturmuşamsa, bütün klublar mənimçün eynidir, hamısına hörmətlə yanaşıram. Heç bir kluba hörmətsizlik etməmişəm.

– İlqar Qurbanov köməkçilərinizin sırasında əyləşməsi nə ilə bağlıdır?
– Bütün dünyada belədir. Təəssüf ki, indi nələrsə axtarışındayıq. Qurbanovun öz işi, mənim öz işim var.

– Şahruddin Məhəməddəliyevin cəzası bitib. Sabah ona şans veriləcək?
– Şahruddin birinci qapıçımızdır. Sabah da qapıda o olacaq.

– Toralın durumu necədir?
– Birinci dərəcəli dartılma var. 5-6 gün bərpa keçməlidir.

– Didye Deşam dedi ki, sabah qarşımızda inadkar komanda olacaq. İbrahima Konate də millimizin oyununun onları təəccübləndirdiyini dedi. Sabah nəticə ilə onları təəccübləndirə bilərik?
– Niyə də yox? Futbolda indi hər nəticə olur. Futbolçularımız da inanır. İslandiya ilə matçda qələbəyə köklənmişdik. Qrupumuzda həm İslandiya, həm Ukraynanın şansı var. Başqa qruplara baxanda, demək olar, hər birində zəif kollektivlər var. Bizim qrupda isə daha güclü komandalardır.

– Stadionun dolu olması gözlənilir. Azarkeşlər də ulduz futbolçular görmək istəyir. Sabah fanatlar üçün hansısa sürpriziniz var?
– Klublarımızla da böyük komandalar oynayanda tribunalarda fərq olur. Mübarizə aparmağa çalışacağıq. İnşallah, onları sevindirə bilərik.

– Fransa yığmasında çox dəyişiklik olacaq. Sizinçün prestijli səfər qazanmaq adına fürsət ola bilər…
– Rəqib mundiala vəsiqəni təmin edib. Bilirik ki, gənclərə şans veriləcək. Amma o gənclər də Avropanın top klublarında oynayanlardır. Bizimçün rəqibin fərqi yoxdur, eyni mübarizəmizi aparacağıq.

– Deşam qrupu maksimum nəticə ilə bitirmək istədiklərini deyib. Bəs sizin əsas motivasiyanız nədir?
– Bu komandalar həmişə meydana qələbə üçün çıxır. Motivasiyamız böyük komandalara qarşı mübarizə aparmaq, xalımızı artırmaqdır. Futbolçular belə oyunlarla bərkiyir, böyüyür.

– Əvvəl yerli məşqçi davası edirdik, gəldi. İslandiya ilə oyundan sonra isə hamı deyir ki, material yoxdur, limit ləğv olunub. Millinin məşqçisi kimi materialı necə dəyişəcəksiniz?
– Heyətlə bağlı problemlər yaşayırıq. Millətlər Liqasında itkilərimiz olmasa, yaxşı mübarizə apara bilərik. Qarşıda vaxt var. Futbolçular formada olmalıdır. Formada olmaq üçün də oynamalıdırlar. Milliyə oyunçu hazır gəlməlidir. Onu 3-4 günə hazır etmək olmur. Eyni zamanda seçimlərimiz də olmalıdır. Limitə baxmadan, yerli oyunçular mübarizəni udmalıdırlar. Bu gün 4 hücumçumuz da formada olsa, seçim edə, daha yaxşı ola bilərik. Potensialımız var, amma tam formada deyilik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
Dünən, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
Dünən, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
Dünən, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
Dünən, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
Dünən, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
Dünən, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
Dünən, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
Dünən, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
Dünən, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
Dünən, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
Dünən, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
Dünən, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
Dünən, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
Dünən, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
Dünən, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
Dünən, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
Dünən, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
Dünən, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
Dünən, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
Dünən, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
Dünən, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
Dünən, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər