top
Ayxan Abbasov: Cütün taleyi ikinci oyuna qaldı Sport24.az
05 fevral 2026, 17:26
- ↺ +

Ayxan Abbasov: "Cütün taleyi ikinci oyuna qaldı"

"Şamaxı" Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Hava şəraiti hər iki komandaya çətinlik yaradırdı. Futbolçular döyüşdülər. "Qarabağ" kimi rəqiblə iki oyunda mübarizə aparmaq nə qədər çətin olsa da, amma futbolçumuz, komandamız və gələcəyimiz üçün yaxşı güc verir. Demək olar ki, cütün taleyi ikinci oyuna qaldı. "Qarabağ" sıx qrafikdə oynayır, bəzi oyunçuları yox idi. Amam futbolçularım ilk hissədə tapşırıqları daha yaxşı etdilər. Çünki sonradan yorğunluq oldu. Biz də sıx qrafikdə oynayırıq, çətin matçlardır. Davam edəcəyik. Beş gündən sonra yenidən "Qarabağ"la oynayacağıq. Yaxşı bərpa keçib, ona hazır olacağıq".

 

- "Şamaxı"nın yəqin ki, hədəfi Premyer Liqada qalmaqdır. Kubokda "Qarabağ"a qarşı əsas heyətlə oynadız. Bu, fiziki gücün zəifləməsinə gətirib çıxara bilər?

- Bizim heyətimiz geniş deyil, çox da rotasiya edə bilmirik. Beş gündən bir oyunlar olur. Təbii ki, tam gümrahlıq olmayacaq, yorğunluq olacaq. Amma heyəti qorumaq, oyun keyfiyyətini artırmaq üçün də oyun lazımdır. "Qarabağ" kimi komandalarla oyunda hər şey görünür. Bu tip rəqiblərlə mübarizə aparmaq bizim üçün yaxşı şansdır. Çempionatda hədəfimiz bəllidir. Amma həm yerimizi qorumalıyıq, bir az da üstə yüksəlmək istəyirik.

 

- Komandanın kubokda hansısa bəlli hədəfi var?

- Bu gün həyat mübarizədir. Hamı istəyir ki, hansı sahədə olursa-olsun imkanları daxilində irəli getsin, inkişaf etsin. Əlbəttə, niyə də istəməyək? Amma "Qarabağ"la qarşılaşırıq, bundan sonra kimlərlə qarşılaşa biləcəyimiz də bəllidir. Futboldur da. Mübarizə aparacağıq. Bu gün oyundan qabaq təslim olaq, filan, belə şey yoxdur. Rəqib nə qədər güclü olsa da, hamı mübarizə aparır.

 

- "Sumqayıt"ın baş məşqçisi olduğunuz dövrdə "Qarabağ"ı kubokda keçə bilmişdiz. Bu gün də qələbə qazandınız. Cavab görüşündə şanslarınız nə qədərdir?

- Yenə də favorit "Qarabağ"dır.

 

- Dumanlı hava şəraitində taktika hansısa mənada işə yarayır? 

- Ona görə dedim ki, ilk hissədə daha yaxşı bağlandıq. 60-cı dəqiqədən sonra digər cinahı görməyə çətinlik çəkirdik. Ola bilər ki, tribunadan baxanlar çətinlik çəkirdi. Amma biz tərəfdən görünürdü. 

 

- Növbəti həftədə də "Qarabağ"la oynayırsız. Eyni hava şəraiti olsa, siz və ya "Qarabağ" matçın təxirə salınmasıüçün müraciət etmək istəyərsiz?

- Burada bundan da çətin hava şəraiti olub. "Səbail"lə görüşdən əvvəl Şamaxıda stadionun meydançası qar idi, təxirə salınmadı matç. Həmin vaxtı deyildi ki, qaydalara görə, bu gün oynamasaz, sabah oynamalısız. Vəziyyət lap da pis olsa, onsuz da bizdən asılı olmayacaq, təxirə düşəcək. Amma hava durumu daha yaxşıya doğru getməlidir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Olimpiada
Bu gün, 02:03

Abbas Hüseynov Dakar-2026 Yay Olimpiya Oyunlarında qılıncoynatma sabre üzrə mübarizəyə çıxır

Futbol
Bu gün, 01:34

Zədə səbəbindən Azərbaycan millisinə qoşulamayan Lorenzo Mezzotero zal məşqlərinə qatıldı

Futbol
Bu gün, 01:03

Ayxan Abbasov Lorenzo Mezzotero’nun milli komandadakı gələcəyini izah etdi

Futbol
Bu gün, 00:47

Özbəkistan Rusiya ilə 3:2 məğlubiyyət, ‘Sabah’ın futbolçusu son dəqiqədə iştirak etdi

Futbol
Bu gün, 00:22

Messi üçüncü dəfə Lendon Donovan mükafatına namizəd, Qrizmann isə ilk dəfə namizəd

Futbol
Bu gün, 00:03

De Bruyne: "Arda Gülərin oyununa bütün məsuliyyəti verdik"

Digər
Dünən, 23:47

Yaponiyanın Miyadzaki şəhərində 14 noyabrda triatlon Dünya Kuboku mərhələsi baş tutacaq

Şahmat
Dünən, 23:33

Şahmatçılarımız Avropa çempionatında qızıl, gümüş və bürünc medalları qazandı

Futbol
Dünən, 23:26

Andorra qapıçısı Xesus Ovono’nun futbola qayıdışı qərarı özünə bağlıdır

Futbol
Dünən, 23:11

Harri Keyn İngiltərə millisində 36 illik Şilton rekordunu qırmağa hazırlaşır

Basketbol
Dünən, 22:55

İki həftəlik fasilədən sonra əsl gücümüzü göstərəcəyik

Futbol
Dünən, 22:35

Argentina Millisinin Baş Məşqçisi Lionel Scaloni 2030-cu İlədək Müqaviləni Uzatdı;

Şahmat
Dünən, 22:27

Vüqar Rəsulovun Prezident Kubokundan şəxsi səbəblərlə imtina edəcəyi təsdiq olundu

Futbol
Dünən, 22:25

Gəncə Avropa Kuboku C qrupunda Türkiyə klubu 'Esenler Erokspor' ilə uduzdu

Futbol
Dünən, 22:17

Lixtenşteynə qalib gəlməklə qrup lideri olacağıq

Futbol
Dünən, 22:13

Xalilu Fadiqa Bakı U-15 Dünya Kuboku və Festivalına dair fikirlərini paylaşdı

Futbol
Dünən, 22:03

Milan Ramuşun transferi 86 milyon avroya qədər gələ bilər

Futbol
Dünən, 21:50

Ayxan Abbasov: Azərbaycan futbolçuları hazırkı mərhələdə yaxşı formadadır;

Boks
Dünən, 21:41

Macarıstan Boks Federasiyası Abdullayevin üstünlüklərini vurğuladı

Futbol
Dünən, 21:39

Toral Bayramov: "Səfərdə Lixtenşteyn yığmasına qalib gəlməyimizi istəyirik"

Futbol
Dünən, 21:32

PSJ, Arda Güleri'ni yüksək maaşla cəlb etməyi planlaşdırır

Basketbol
Dünən, 21:31

Gəncə Basketbolu: Azarkeşlərə Daha Yaxşı Oyun Göstərmək İstəyir

Digər
Dünən, 21:26

Futsal 2026/2027 mövsümünün açılış tarixi təyin edildi

Futbol
Dünən, 21:17

Flik Pedrinin oyun müddətini tənzimləyərək zədələrdən qoruyur

Oxşar xəbərlər