top
Ayxan Abbasov: Bu söhbətlərin hamısı oyunçulara təsir etdi - Komanda ruhu və psixoloji hazırlığın təsiri Sport24.az
10 sentyabr 2025, 16:00
- ↺ +

Ayxan Abbasov: "Bu söhbətlərin hamısı oyunçulara təsir etdi" - Komanda ruhu və psixoloji hazırlığın təsiri

Azərbaycan millisinin baş məşqçi vəzifəsini müvəqqəti icra edən Ayxan Abbasov Sport24.az-a müsahibə verib.

 

- Mətbuat konfransında 2 gecədi yatmıramın ardı olaraq, 3-cü gecəni yata bildiniz?
- Bəli, gec də olsa, yata bildik (gülür). İki gecə yatmamaq tək mənə yox, U-21 və A millisinindəki məşqçilərə də aiddir. Çox fikirləşirdik və komandaya iki gündə maksimumu vermək istəyirdik. Ən azı istəyirdik layiqli mübarizə aparaq. Futbolçular bunu hiss etməli idi və məncə, ötən gün layiqli mübarizə apardıq.

 

- Meydanda komanda ruhu, 11 əsgər görə bildik. Futbolçular yerlə gedən topa başını qoyurdu. Necə olur ki, azərbaycanlı futbolçular 3 günün içində mental olaraq dəyişdi?
- Dünən futbolçulara demişdim ki, meydanda mübarizə aparsaq, nəticədən asılı olmayaraq, azarkeşlər də razı olacaq. Komandada ab-hava, ruh yüksəkliyi vacibdir. 3 gündə təcrübəli futbolçuların gənclərlə danışması... təcrübəlilərin meydançada fədakarlığı ümumi komandaya da sirayət edir. Gördük ki, ilk növbədə onlar yaxşı mübarizə apardılar. Sistemdə dəyişiklik etdik, rəqibə görə oyun qurduq, bunlar öz yerində. İlk olaraq psixoloji söhbətlər oldu və futbolçularla bir-birimizi yaxşı anladıq ki, vuruşmaq lazımdır. Çünki azarkeşlər bunu istəyir. Vuruşmasaq, nəticə əldə etmək mümkün deyil. Bu söhbətlərin hamısı oyunçulara təsir etdi. Dünən həqiqətən meydanda komanda var idi. Baxın, meydana sonradan girən futbolçular necə istəkli idi və oyunu gücləndirdilər. Hətta, oynamayan futbolçularda da istək hiss olunurdu. Bütün bu amillər olmasa, nəticə qazanmaq olmaz.

 

- Maraqlıdır, Toral Bayramovu İslandiyada Fernandu Santuşda ehtiyatda saxlamışdı. Yadıma millimizin Serbiya ilə oyunu düşdü. Əsgər Abdullayev Zaur Tağızadəni 75-ci dəqiqədə meydana buraxdı və dönüş yarandı. Bu əvəzetmə planlı idi, yoxsa?
- Məşqçilər arasında danışılan mövzu heyətlə bağlı idi. Toralı ilk olaraq əsas heyətdə oynatmaq istəyirdik, amma kimlər yorulacaq deyə, mövqelərə baxırdıq. Toral 3 mövqedə oynaya bilən futbolçudur. Bilirdik Elvin Cəfərquliyevə çətin olacaq. İslandiyaya qarşı ağır oyundan gəlib, "Qarabağ"da stabil meydana çıxıb. Digər tərəfdən Mahir Emreli və Rüstəm Əhmədzadənin mövqeyində dəyişiklik etmək lazım olacağını bilirdik. Ona görə də Toralı ikinci hissənin 55-60-cı dəqiqəsində meydana buraxmaq fikrimizdə var idi. Hətta, ikinci hissə başlayan kimi meydana çıxmasını istəyirdik, amma Rüstəmin daha 10 dəqiqə qalmasını düşündük. Sürətli futbolçularla başlamışdıq, rəqibin müdafiəçilərini yormaq lazım idi. Rüstəm son çempionat oyunlarında əks-hücumlarda rəqibə təhlükə yaradan futbolçulardandır. Məncə, Toral oyunu gücləndirə bildi. Ondan istədiyimiz həm sağ cinah, həm də sol cinahda aldıq. Sonda da Elvinlə yerini dəyişdik. Son dəqiqələrdə Elvin əvəzetmə istədi, amma Abdulla Xaybullayev zədələndiyindən sonra məcburi 5 dəyişiklik etmişdik. Həm Abbasın, həm də Toralın oyunun sonlarında cinahları bağlaması çox kömək oldu.

 

- Stabil olaraq bu tempi qorumaq nə dərəcədə realdır?
- Milli komandada bir sistem üzərində dayanıb çalışmaq lazımdır. Əsas odu futbolçular bilməlidir necə çalışırlar. Bilirsiz millidə vaxt az olur. Burada futbolçuların fiziki durumunu yaxşılaşdırmaqdan söhbət gedə bilməz. Futbolçuları psixoloji hazırlamaq lazımdır. Onlar yığmanın düşərgəsinə klublarında ağır oyunlardan sonra gəlirlər. Digər millilər var ki, 6-7 ildir bu sistemdə çalışırlar. Baxırsan ki, ildən-ilə uğurlu olurlar. U-21-də 5-ci ayımızdır, Portuqaliyaya 0:5 məğlub olduq, amma oyun baxımdan futbolçular çəkinmədi. Rəqib imkan vedikcə, istədiklərimizi edə bildik. Moldovaya qalib gəldik, amma həmin görüşdən istədiklərimizin çox az hissəsini ala bildik. Bolqarıstanla matça kənardan baxdım. Futbolçularda istək var idi. Bu, davamlı olmalıdır. Millimizin potensialı var.

 

- Ayxan müəllim, U-21 və əsas yığma. Sizdən hansını istəyirsiz soruşsalar, cavab necə olacaq?
- Çətin sualdı (gülür). İnanın ki, U-21-də gördüyümüz işinin sonunu çox görmək istəyərdim. Addığımız addımlarda tək bu ili yox, növbəti ili də düşünürük. Futbolda hər şey ola bilər. Fərqi yoxdur, U-21, U-19, əsas yığma... Orada Azərbaycan varsa, hər şey ikinci plana keçir. Nə vaxt ehtiyac olarsa, bacardığımızı kömək eetməyə məcburuq. Bu tək mənə yox, bütün yerli məşqçilərə şamil olunur. Dünənki nəticə Ayxanın yox, Azərbaycan futbolunda bütün yerli məşqçilərin nəticəsi idi. Bizdə yetərincə məşqçi var, kimə güvənsələr, canla-başla çalışacaq. Bu gün U-21-in baş məşqçisiyəm. Nə qərar olarsa, hazırıq.

 

- Bu cür cavabı gözləyirdim. Ona görə ikinci sualım da hazırdı. Ayxan Abbasov İcraiyyə Komitəsində olsa, baş məşqçi kimi Ayxan Abbasovu təklif edər?
- Çətin sual oldu. İcraiyyə Komitəsində olsaydım, yəqin ki, bu oyundan sonra namizədlərdən biri olardım.

 

- Dünən U-21-in oyununu 65 dəqiqə izləyə bilmisiniz. Bolqarıstanla oyunda pozitiv siqnalları aldığınızı qeyd etdiniz. Nə qədər müddət lazımdır ki, U-21 ən azı qrupdan çıxmaq uğrunda mübarizə aparsın?
- Ötən gün U-21-in oyundan əvvəl hazırlığını dəyişmədik. Yəni, oyun öncəsi iclası və məşqi. İstəmədim ki, futbolçulara mənfi təsiri olsun. Neçə illərdir Elnur Çovdarovla birlikdə çalışırıq. Oradakı köməkçilərim oyunu yüksək səviyyədə idarə etdilər. Həmişə deyirəm ki, püşk önəmlidir. 2006, 2007, 2008-ci il doğumlu futbolçuları izləyirik. Bəzi məqamlar var, AFFA rəhbərliyi ilə müzakirə etmişik. Mütləq U-20 yaradılmalıdır. U-21-in uğurlu olmasını istəyiriksə, U-20-də olmalıdır ki, futbolçular beynəlxalq təcrübə sarıdan əziyyət çəkməsinlər. Bu, zəncirvari prossesdir. Bunu növbəti ilin yanvarından sonra planlaşdırırıq. Bu prosesləri edə bilsək və növbəti il püşkdə münasib rəqiblər olsa, daha inamlı, daha hazırlıqlı olacağıq. Heyətdə gələn il də oynaya biləcək 2006-cı il təvəllüdlü Səlim Həşimov, Nihad Əhmədzadə, Sənan Muradlı var. Siyahını artırmaq olar. Bu mövsüm bizim əsas məqsədlərimizdən biri odur ki, oynayan futbolçular A millimizə hazır olsunlar. Buna uyğun Emin Rüstəmov, Ayxan Süleymanlı və Xəyal Əliyev, Ağadadaş Salyanski kimi adları qeyd etmək olar. Edqar Adilxanov və Rüfət Abbasovu unutmayaq. Rüfət artıq rəqabət aparmağa hazırdı. Adlarını saydığım futbolçuların Portuqaliya, Bolqarıstan və Çexiya kimi yığmalara qarşı oynamaq təcrübəsi var. Bu yöndə iş görüb, səbrli olmaq lazımdır. İnanin nəticə olacaq. Amma onların komandalarında daimi oynaması, rəqabətdə uduzmaması vacibdir. Dünən Ayxan zədələndi, mənə görə ən potensiallı müdafiəçi İbrahim Ramazanov onu layiqli əvəz etdi. Təəssüf ki, klubunda oynamaq şansı qazanmır. Futbolçular çempionatda oynamasa, inkişaf etməyəcəklər.

- Millimizi qarşıda Fransa və Ukrayna ilə səfər oyunları gözləyir. Bu səfərlərdən Azərbaycanın xalla qayıtması realdır?
- Kim baş məşqçi olarsa, çətin olacaq. İki ağır səfər, iki güclü rəqib. Bu gün futbolda mümkünsüz şey yoxdur. Fransa İslandiya oyununun qısa icmalına baxdım. Qonaqlar göstərdi ki, mübarizə aparmaq olar. Çoxları Fransanın İslandiya və Ukraynanı matçda böyükhesabla qələbəsini gözləyirdi. Fransa Ukrayna oyununda Ukraynanın ikinci hissədə 3 real qol epizodu oldu ki, hesabı bərabərləşdirə bilərdilər. Avropada futbol daha sürətli inkişaf edir. Digər millilərin futbolçuları yaxşı klublarda oynayır. Avropada güclü akademiyalar qurulub. Mübarizə aparmaq lazımdır. Dünənki oyundan sonra futbolçular inandı ki, təslim olmasalar, hər bir nəticə əldə etmək olar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 22:09

Azərbaycan cüdo komandası Zaqrebdə Grand-Prixdə iştirak edəcək

Futbol
Bu gün, 21:59

İnfantino: Ronaldo'nun milli karyerası sona çatdı – “irsi qollardan daha böyük”

Futbol
Bu gün, 21:56

Kriştiano Ronaldo milli futbol karyerasını başa vurdu: "Bu 23 il üçün təşəkkür edirəm"

Qarabağ FK
Bu gün, 21:52

Bakıda Riçard Almeyda və keçmiş komanda yoldaşı Elvin Cəfərquliyev görüşdü - FOTO

Minifutbol
Bu gün, 21:44

Star Bakı minifutbol çempionatında 5:2 hesabla qalib gəldi

Digər
Bu gün, 21:36

Azərbaycan karateçiləri Batumi yarışına hazırlıq üçün görüş keçirdi

Futbol
Bu gün, 21:28

Real Madriddə oktyabr ayının ən yaxşı futbolçusu namizədləri müəyyənləşdirilib

Voleybol
Bu gün, 21:26

Bakı klubu "DH Volley" CEV Kubokunda Holte'yi 3:0 məğlub etdi

Cüdo
Bu gün, 21:14

Azərbaycan 14 cüdoçunu Zaqrebdəki Qran-Pri turnirində təqdim edəcək

Digər
Bu gün, 21:01

AMADA güləş, taekvondo, qılıncoynatma və üzgüçülük federasiyalarının idmançıları üçün antidopinq seminarı keçirdi

Digər
Bu gün, 20:57

Kastello Lükeb Barçaya transfer olmaq üçün agentini dəyişdi

Cüdo
Bu gün, 20:51

Abşeronda 302 cüdoçu kəmər imtahanında iştirak edib

Futbol
Bu gün, 20:45

Camal Musiala yarımmüdafiəçi beş həftəlik fasilədən sonra “Bavariya”nın ümumi məşqinə qayıtdı

Futbol
Bu gün, 20:08

Kançelskis: Ronaldunun milli komandaya xidmətinin sonu təbii idi və o, 50 yaşına qədər oynaya bilməzdi

Digər
Bu gün, 19:59

Okan Buruk və Ayris Kurteş arasında romantik münasibət iddiaları

Futbol
Bu gün, 19:58

Ayven Touni Manchester United'ə transfer oluna bilər

Futbol
Bu gün, 19:45

Neftçi, Kəpəzlə qarşılaşmaya hazırdır - FOTO

Futbol
Bu gün, 19:41

Cob Bellinghem: Azarkeşlərin dəstəyi ilə Betisə qarşı qalib gəldik

Digər
Bu gün, 19:19

Fərid Qayıbov və Rəşad İsmayılov Bakıda 1300 ağac əkdi - FOTO

Qarabağ FK
Bu gün, 19:12

İlham Zəkiyev: “Hərbi xidmətdə güllə yarasından sonra görmə qabiliyyətimi itirsəm də, həyata və idmana inamımı itirmədim” - VİDEO

Futbol
Bu gün, 19:07

Qalatasarayın Ştutqart üzərindəki qaləbəsi: Oyunçular klubda əyləncə arxasından qaçdı

Futbol
Bu gün, 19:01

Yaponiyalı Kozo Taşima və Ramon Veqa, 2027-ci il FIFA prezidentliyi seçkilərinə İnfantino rəqibi kimi qoşuldu

Futbol
Bu gün, 18:59

Unay Emeri ilə müqavilə uzadılması üçün danışıqlar başladı

Futbol
Bu gün, 18:46

İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı futbolçusu mükafatına 8 namizəd müəyyən oldu

Oxşar xəbərlər