top
Ayxan Abbasov: Bu cür yoxlama oyunları futbolçuların faydasına xidmət edir Report.az
02 iyun 2025, 11:05
- ↺ +

Ayxan Abbasov: "Bu cür yoxlama oyunları futbolçuların faydasına xidmət edir"

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov təlim-məşq toplanışı barədə fikirlərini bölüşüb.

"Report" xəbər verir ki, AFFA-nın mətbuat xidmətinə açıqlama verən 43 yaşlı mütəxəssis əvvəlcə A milli komanda ilə keçirilən yoxlama oyunu (0:3) ilə bağlı danışıb.

O, məşq xarakterli matçın baş tutduğunu xatırladıb:

"Əsas millinin baş məşqçisi Fernandu Santuşa təşəkkür edirəm. Biz tam heyətlə olsaq da, əsas millinin bəzi üzvləri Azərbaycan Kubokunun final oyununda iştirak etdikləri üçün düşərgədə deyildilər. Hərəsi 35 dəqiqə olmaqla iki hissə oynanıldı, hər iki komanda bütün futbolçuları sınaqdan keçirdi. A millinin oyunçuları ilə meydanda olmaq futbolçularımız üçün əlavə motivasiya idi. Belə yoxlama matçlarının baş tutması futbolçuların xeyrinədir".

U-21 millimiz hazırlıq çərçivəsində iyunun 4-də Baranoviçi şəhər stadionunda Belarusun, iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq görüşü keçirəcək.

Baş məşqçi həmin qarşılaşmalarda məqsədin qələbə qazanmaq olacağını deyib: "Bu, bizim U-21 millisində ikinci hazırlığımızdır. İlk təlim-məşq toplanışımız Antalyada təşkil olunmuşdu. Heyətdə bəzi yeni oyunçular var. Hər toplanışda komanda olaraq daha da artırmaq istəyir. Yoldaşlıq görüşlərində üz-üzə gələcəyimiz rəqiblərin reytinqdə öndə olması bizim üçün yaxşıdır. Güclü komandalara qarşı çıxış etməyin yalnız müsbət təsiri olur. Belarusla səfərdə, Monteneqro ilə evdə qarşılaşacağıq. Seçmə mərhələdə ev-səfər oyunlarının olacağını nəzərə alsaq, buna öyrəşməliyik. Hər iki görüşdə qələbə qazanmaq üçün mübarizə aparacağıq. Futbolçular meydanda maksimum nəticəyə köklənməlidirlər. Bu matçlar həm də oyunçuların beynəlxalq təcrübə qazanmalarına kömək olacaq".

Ayxan Abbasov Belarus və Monteneqro yığmalarını təhlil etdiklərini vurğulayıb: "Rəqiblər barədə yalnız xoş sözlər deyə bilərəm. Belarusun son iki yoldaşlıq görüşünü izləmişəm. Antalyada Şimali Makedoniya, İstanbulda isə Türkiyə yığmasına qalib gəliblər. Onların, xüsusən də, U-21 komandası son illər çox inkişaf edib. Monteneqronun futbolçuları isə əsasən digər ölkələrdə legioner həyatı yaşayırlar. Bir sözlə, maraqlı rəqiblərdir. Belə komandalarla qarşılaşmaq bizim inkişafımıza yardım edəcək".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Olimpiada
Bu gün, 10:54

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunları Afrika qitəsində ilk dəfə açıldı

Digər
Bu gün, 10:30

Azərbaycanlı Döyüşçülər UFC-də: Liderlik Dəyişir, Yeni Mövqe Mübarizəsi

Futbol
Bu gün, 10:30

Roma Qışda Portuqaliya Millili Futbolçusunu Transfer Etmək İstəyir

Futbol
Bu gün, 10:13

Avropa futbolunun günün ən vacib əyləc mərhələləri: Liverpul – Arsenal, Yuventus – Napoli

Futbol
Bu gün, 10:00

“Şamaxı” “Neftçi”yə qarşı qalib gəlmək üçün uzun müddətdir gözləyir

Cüdo
Bu gün, 09:58

Dakar-2026: Cüdoçumuz İbrahim Talıbov Yeniyetmələr Olimpiya Oyunlarında Mübarizəyə Başlayır

Digər
Bu gün, 09:40

Gürcüstanda keçiriləcək dünya MMA çempionatına Azərbaycan yeddi döyüşçüsü qatılacaq

Digər
Bu gün, 09:35

Bakıda Qələbə qaçışı keçiriləcək – topladığı vəsait YAŞAT fonduna verəcək

Futbol
Bu gün, 09:32

Şamaxı, Neftçi ilə 13 oyunluq qələbəsizliyə son qoymağa hazırdır

Futbol
Bu gün, 09:30

Markus Kreşe, Milan klubunun idman direktoru təyin edildi

Güləş
Bu gün, 09:24

Dörd azərbaycanlı sərbəst güləşçi bu gün Astanada bürünc medal üçün xalçaya çıxır

Qarabağ FK
Bu gün, 09:15

Azərbaycan U-21 Milli futbolçusu Lorenzo Mezzotero “Sampdoriya”da ilk qolunu vurdu

Futbol
Bu gün, 09:08

Marotta Prezident seçkiləri haqqında yanlış məlumatlara cavab verir

Digər
Bu gün, 09:01

Fərman Həsənov UFC-də ilk məğlubiyyətini yaşadı

Futbol
Bu gün, 09:00

Kepez, 10-cu turda İmişliyi qonaq edir

Digər
Bu gün, 08:40

Ballon d'Or mərc skandalı: Bukmeker izi və polis araşdırması

Qarabağ FK
Bu gün, 08:20

"Neftçi Şamaxıda qalib gələrsə, liderliyə yüksələ bilər"

Futbol
Bu gün, 08:03

Roma Endricki transferə yenidən baxır, Real Madrid çıxışı istəmir

Futbol
Bu gün, 08:00

Yuventusun yeni baş məşqçisi üçün üç əsas namizəd

Futbol
Bu gün, 07:09

İnter, Milan qarşısında məğlubiyyətlərlə səkkiz oyuna çatdı

Futbol
Bu gün, 06:13

Barcelona baş məşqçisi Hans-Dieter Flik 100-cü qələbəsini qazandı, Luis Enrikenin rekordunu keçə bilmədi

Futbol
Bu gün, 05:18

Harri Keyn ilk 13 oyunda ötən mövsümün asist göstəricisini keçdi

Futbol
Bu gün, 04:13

PSJ yeni üçüncü formasını Roma qarşılaşmasında nümayiş etdirə bilər

Futbol
Bu gün, 03:21

De Dzerbi Kristal Palas qalibiyyətindən sonra məmnunluğunu, amma daha çox qol vura biləcək ehtiyacı vurğuladı

Oxşar xəbərlər