top
Ayxan Abbasov Azərbaycan - İslandiya oyunu sonrası fikirlərini bildirdi Sport24.az
13 noyabr 2025, 23:41
- ↺ +

Ayxan Abbasov Azərbaycan - İslandiya oyunu sonrası fikirlərini bildirdi

DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan – İslandiya oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– Xal qazanmaq istəyirdik, buna inanırdıq. Lakin alınmadı. Rəqibin gücünü bilirdik. Son oyuna şanslarını saxlamaq üçün motivasiyalı idilər. İslandiya yığması qrupda Ukraynadan daha yaxşı təsir bağışlayır. İkinci hissədə daha yaxşı oynadıq, şanslarımız oldu. Sadə qollar buraxdıq. Bu gün itkilərimiz, həm də yeni oyunçularımız var idi. Son oyunumuz qalıb, ona hazırlaşacağıq.

 

– Penalti epizodu ilə bağlı fikirləriniz nədir?


– Bəhanə kimi fikir bildirmək istəmirəm. Amma bu gün hakimlik bizə qarşı idi. Rüstəmə verilən sarı vərəqə epizodu düzgün deyildi. Təəssüf ki, növbəti matçı buraxacaq. Penalti epizodu da penalti idi…

 

– Müdafiədən hücuma çıxmaqda nə çatmadı?


– Rəqibin pressinqinə hazırlaşmışdıq. Emin Mahmudova təşəkkür etmək istəyirəm. Bir məşqlə bu ağır oyunda iştirak etdi. Onun oynaması vacib idi. Müdafiəçilərimizin daha soyuqqanlılığı çatmadı. Buna görə rəqib ilk hissədə daha gümrah göründü.

 

– Rüfət Abbasovun oyununu necə qiymətləndirirsiniz?


– Bugünkü qazancımız Rüfətin, Xəyalın çıxışı idi.

 

– Rəqib "ikinci mərtəbədə" daha yaxşı idi. Nə üçün standart vəziyyətlərdə hava toplarından istifadə etdiz?


– Müdafiədə çox yaxşı olduqlarını demək olmaz. Onların da standartlar zamanı boşluqları olurdu.

 

– "Qarabağ"da çox şans qazanmayan Abbas bu gün startda idi. Onun oynamasının xüsusi səbəbi var?


– Ona qalsa, bir neçə futbolçu oynamır? Nə üçün demirsiniz ki, Abdulla Xaybulayev startda idi? Bu qədər…

 

– İlk hissədə oyunun alınmaması nə ilə bağlıdır?


– Belə hallar olur. 2-3 futbolçu millidə ilk oyuna çıxdı. 15-20 dəqiqədən sonra oyunumuzu yaxşılaşdırdıq. Toralın keçidini Xəyal dəyərləndirə bilsəydi… Eyni zamanda Xəyal da aktiv idi. İkinci hissədə hesabda üstün olan rəqib müdafiəyə keçdi. Müdafiəni yarmaq istədik, dəyişikliklər etdik, alınmadı. Futbolda mümkün deyil ki, 90 dəqiqə bir tərəf yaxşı oynasın. İslandiyanın əvvəlki matçlarda necə oynadığını görmüşük.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 22:24

Andrea Kimi Antonellinin 2026-cı il üçün qazancı 26 milyon avro təyin olunub

Gimnastika
Bu gün, 22:16

Bakıda 2027-ci ildə idman gimnastikası üzrə Dünya Kuboku mərhələsi keçiriləcək

Futbol
Bu gün, 22:09

Flik: ‘Biz Real və PSG ilə eyni səviyyədə’

Futbol
Bu gün, 21:56

Şəfa-nın baş məşqçisi Zaur Həşimov: “Sumqayıt”la oyunda penalti təyin edilməli və ikinci sarı vərəqə göstərilməli idi

Futbol
Bu gün, 21:48

Mançester Yunayted Bruno Fernandeşin əvəzləyicisini Komonun hücumçusundan tapmağa çalışır

Futbol
Bu gün, 21:48

Filipe Kandido: Nəticə ilə barışmalı, 1:1 heç-heçə istədiyimiz deyildi

Futbol
Bu gün, 21:42

Zaur Həşimov: Sumqayıt ilə 1 xalla ayrıldığımıza görə sevincliyəm

Futbol
Bu gün, 21:38

Zaur Həşimov: Komanda artıq qalibiyyət ümidini bərpa edir

Qarabağ FK
Bu gün, 21:25

“Qarabağ” FK ev oyunlarını yenidən Azersun Arena'da keçirəcək

Futbol
Bu gün, 20:59

“Fənərbağça”nın yeni baş məşqçisi “Milan”ın sabiq sürücüsü Serjiu Konseysau olacaq

Güləş
Bu gün, 20:57

Meryem Cavadova finala yetişə bilmədi, Azərbaycan yalnız bir medal qazanıb

Futbol
Bu gün, 20:41

Messi və Ronaldo 26 namizədli rəmzi komanda siyahısında

Digər
Bu gün, 20:32

Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Serbiyada Açır turnirində qızıl medal qazandı

Futbol
Bu gün, 20:28

İspaniya La Liqasında hakimlər ilk dəfə oyunlardan sonra qərarlarını ənənəvi şəkildə izah etməyə başlayıb

Gimnastika
Bu gün, 20:27

Tamblinq üzrə Azərbaycan millisinin üzvü Tofiq Əliyev Çində keçiriləcək dünya çempionatı öncəsi ilk podium məşqini uğurla başa vurdu

Futbol
Bu gün, 20:27

"Qalatasaray"ın futbolçusu Aleksey Batrakov "Çelsi", "Mançester Siti" və "Mançester Yunayted"in transfer siyahısına daxil olub

Digər
Bu gün, 20:21

Azərbaycanın sambo üzrə dünya çempionatında iştirak edən 7 idmançıdan ibarət heyəti müəyyənləşib

Futbol
Bu gün, 20:11

Karrik: “Mən istefa etməyəcəyəm, bu iddialara inanmıram”

Futbol
Bu gün, 19:58

Bellingem Zinedini 50 Qolla Geridə Qoydu

Futbol
Bu gün, 19:58

Barselona, 70 milyon avro üçün Bastoninin transferi üçün danışıqları yenidən başlatdı

Futbol
Bu gün, 19:44

Estevao ‘Çelsi’də qalmağa qərar verdi, Alonso onun daha çox oynanacağına inanır

Qarabağ FK
Bu gün, 19:29

Gökdeniz Karadeniz: “Azərbaycan klublarının Avropada davamlı olaraq uğur qazanmasını arzulayıram”

Futbol
Bu gün, 19:28

Van Dayk: "VAR işləməyəcəksə, 50 kamera nə üçündür?"

Cüdo
Bu gün, 19:21

Xankəndidə 78 cüdoçu ilk dəfə kəmər dərəcəsi imtahanından keçdi

Oxşar xəbərlər