"Barselona"nın yarımmüdafiəçisi Aytana Bonmati 2024/25 mövsümünün ən yaxşı futbolçusu adına "Qızıl top"un sahibi olub. Sport24.az xəbər verir ki, Bonmati qadın futbolu tarixində üç dəfə "Qızıl top"u qazanan ilk xanımdır.
O,bunu ardıcıl üç dəfə qazanıb. Mükafat uğrunda mübarizədə ispaniyalı "Arsenal"ın hücumçusu Marion Kaldenteyi geridə qoyub.
Qeyd edək ki, Aytana ötən mövsüm bütün turnirlərdə 44 oyun keçirib və 15 qol vurub. Futbolçu 2024/25 mövsümündə "Barselona" ilə İspaniya çempionluğunu, İspaniya Kubokunu və İspaniya Super Kubokunu qazanıb.