"Ayın qolu" layihəsində oktyabr ayının qalibləri müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Münsiflər heyətinin səsinə əsasən, Misli Premyer Liqasında Kahim Parris, I Liqada Nihad Quliyev və II Liqada Sərxan Ağayev birinci olub.
