top
Aydın Bayramov Zirənin hazırlığı, Qarabağa məğlubiyyəti, Konfrans Liqası və transferlər barədə Idman.biz
08 iyul 2025, 12:03
- ↺ +

Aydın Bayramov "Zirə"nin hazırlığı, "Qarabağ"a məğlubiyyəti, Konfrans Liqası və transferlər barədə

"Zirə"nin qapıçısı Aydın Bayramovun QOL.az saytına müsahibəsi

- Artıq bir neçə gündür Türkiyə toplanışına başlamısınız. Hazırlıqlar necə keçir, komandada ab-hava necədir?

- Hər şey qaydasındadır. Komandada pozitiv, ailə ab-havası var. Məşqlərdə tam gücümüzlə çalışırıq. Əlimizdən gələni edirik ki, yeni mövsümə ən yaxşı şəkildə hazırlaşaq.

- Yoxlama oyununda "Qarabağ"a 0:4 hesabı ilə uduzdunuz. Rəsmi matç olmasa belə, böyük hesabla uduzmaq komandada gərginlik yaratmır?

- Xeyr, heç bir gərginlik yoxdur. Bu, yoxlama görüşüdür, fasilədən sonra ilk oyunumuz idi. Belə matçlarda nəticə önəmli deyil, əsas komandanın tezliklə formaya düşməsidir.

- Qarşıdan UEFA Konfrans Liqasının oyunları gəlir. Xorvatiya "Hayduk"u ilə matçlardan gözləntiləriniz nədir?

- Futboldur, əvvəlcədən nəsə demək çətindir. Əsas bizim yaxşı hazırlıq keçməyimizdir. "Hayduk" güclü rəqibdir. Bununla belə, qarşıdakı matçlarda maksimum gücümüzü ortaya qoyacağıq.

- Şansları necə dəyərləndirirsiniz?

- 50-nin 50-yə. Rəqib kifayət qədər güclü, təcrübəlidir. İşimiz heç də asan olmayacaq. Bununla belə, indiki məqamda şansları bərabər sayıram.

- Rəqibin oyunlarını izləmisinizmi, əsas üstünlük kimi nələri qeyd edə bilərsiniz?

- Hələ oyunlara var. Qarşıdakı günlərdə məşqçilər korpusu rəqibi analiz edib, bizə lazımi məlumatları çatdıracaqlar. Dediyim kimi, məqsədimiz maksimum gücümüzü meydanda qoymaqdır.

- Suma və Utziqin gedişi gündəmdədir. İki aparıcı futbolçunun yoxluğu Konfrans Liqasında işinizi nə dərəcədə çətinləşdirəcək?

- Həm Utsiq, həm də Suma bizim üçün vacib futbolçulardır. Eyni zamanda şəxsiyyət kimi də çox yaxşı insandırlar. Lakin futbol komanda oyunudur, bir nəfərdən asılı deyil. İnanıram ki, onların mümkün gedişi özünü çox da hiss etdirməyəcək.

- Ötən mövsüm "Zirə"nin "1 nömrə"si idiniz. Legioner limitinin ləğvindən sonra yenə sizi əsas qapıçı kimi görə biləcəyik?

- Bizim komandada rəqabət həmişə var, limit olsa da, olmasa da. Hamımız çalışırıq ki, özümüzü doğruldaq. Bunun üçün əlimizdən gələni edirik. Yekun qərarı məşqçilər korpusu verir. Biz də verilən qərara hörmətlə yanaşırıq. Əsas komandanın yaxşı nəticə göstərməsidir. İstər meydanda, istərsə də meydandan kənarda bunun üçün hər birimiz əlimizdən gələni edirik.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:43

Mbappe "Qızıl Top" tarixində ilk onluğa ardıcıl doqquzuncu dəfə daxil olan ilk fransalı futbolçu oldu

Futbol
Dünən, 23:30

İspaniya mətbuatı Bakıda yeni U-15 futbolistlərini axtarır

Futbol
Dünən, 23:17

Qızıl Top rəsmi saytının səhv paylaşımı: 2026-cı ilin qalibləri barədə yanlış məlumat

Futbol
Dünən, 23:15

Cristiano Ronaldo 30 günlük qəsdən sonra Portuqaliya milli komandasında oyuna qayıdır

Futbol
Dünən, 22:58

Qızıl Top rəsmi saytında qalibin fotoşəkili erkən yayımlandı

Futbol
Dünən, 22:40

Napoli baş məşqçisi Massimiliano Alleqri iki oyunluq diskvalifikasiya və 10 min avroluq cərimə aldı;

Futbol
Dünən, 22:35

Arsen Venger: VAR artıq futbolun ayrılmaz hissəsidir

Futbol
Dünən, 22:17

Manchester United futbolçuları Michael Carrickin vəzifəsindən kənarlaşdırılmasını gözləyir

Futbol
Dünən, 22:02

Trabzonspor 4-3 Rize, Beşiktaş 2-0 Başakşehir: Türkiyə Super Liqası

Futbol
Dünən, 21:57

Murad Məmmədov zədəni sağaldı və Pafos üçün növbəti oyunda çıxdı

Güləş
Dünən, 21:56

Azərbaycan güləşçiləri Estoniyada turniri çempion bitirdi

Futbol
Dünən, 21:55

İtalyan futbol hakimi Pyerluici Kollina Bakıda FIFA U-15 Çempionatına gəlir

Qarabağ FK
Dünən, 21:47

“Qarabağ – Dinamo (Xorvatiya) oyunu üçün bilet satışa çıxarıldı”

Futbol
Dünən, 21:44

Martin Subimendi üçün “Real Madrid” və “Çelsi” mübarizəyə başladı

Digər
Dünən, 21:31

Voleybol üzrə Super Liqada ikinci turun oyunlarının vaxtı açıqlanıb

Futbol
Dünən, 21:30

AFFA prezidenti Rövşən Nəcəf Honduras qarşısında zədələnən futbolçuya meydanı tərk etməkdə yardım edib

Şahmat
Dünən, 21:18

Karlsen Sindarovu Qukəşdən üstün tutur: Novbrda Cenevədə 2,5 milyon dollarlıq dünya şahmat çempionluğu matçı

Futbol
Dünən, 21:10

Bakıda U-15 Çempionatı matçında İngiltərə millisi irqçilik ittihamı ilə meydanı tərk etdi

Futbol
Dünən, 21:06

FİFA prezidenti Canni İnfantino Hövsan Yarış Kompleksini ziyarət edib

Futbol
Dünən, 21:06

Vinisius "El-Klasiko"dan sonra "Barselona"ya münasibətini açıqladı

Futbol
Dünən, 20:57

Qəbələ-2 əvəzediciləri Sumqayıt-2-ni 2:0 hesabı ilə məğlub edib

Futbol
Dünən, 20:53

Barselona müdafiəçisi Kubarsi ‘Qızıl Top’ mərasiminə aparmayıb

Futbol
Dünən, 20:52

Portuqaliyalı futbolçu Nani Qazaxıstanın "Aktobe" klubundan ayrıldığını bəyənib

Futbol
Dünən, 20:43

U-15 Azərbaycan milli komandası Haiti qarşısında 4:0 hesabla məğlub oldu

Oxşar xəbərlər