top
“Ayaks”ın “Qarabağ”da oynamış yetirməsi: “Qurban Qurbanov polis kimi məni nəzarətdə saxlayırdı” İdman.biz
22 oktyabr 2024, 15:31
- ↺ +

“Ayaks”ın “Qarabağ”da oynamış yetirməsi: “Qurban Qurbanov polis kimi məni nəzarətdə saxlayırdı”

"Ayaks" karyeramın fərqli alınmasını istərdim. Amma Henk Ten Keytin heyətdəki zədəlilər üzündən komandanı başqa sistemlə oynatmağa başlayanda başa düşdüm ki, gələcəyim bu klubla bağlı olmayacaq".

İdman.biz xəbər verir ki, bunu "Ayaks"ın yetirməsi və "Qarabağ"ın sabiq futbolçusu Raydel Pupon deyib.

2015/16 mövsümündə Ağdam klubunda oynayan niderlandlı hücumçu iki sabiq komandasının Avropa Liqasındakı dueli öncəsi müsahibə verib. O, Azərbaycan klubundan gələn təklifi xatırlayıb: "Ardınca "Villem", "Sparta", "De Qraafşap", "Den Haq", "Breda" və "Valansyen" macəraları yaşadım. Bundan sonra agentim zəng vurdu və "Qarabağ"a keçmək istəyimin olub-olmadığını soruşdu. Bu klubu tanımırdım. Belə bir klubun varlığı belə maraqlı idi. Düşünürdüm ki, məni aldadırlar. Azərbaycan neft ölkəsidir. Başqa heç bir anlayışım yox idi. İnternetdə axtardım. Bakı gözəl şəhər idi. Müəyyən qədər Dubay ruhunda idi. Amma qışda isti olmurdu. Maliyyə baxımından da çox cəlbedici idi".

Pupon "Qarabağ"la avrokuboklarda oynamaqda da maraqlı olub: "İdman planında da maraqlı təklif idi. Klub Çempionlar Liqasının təsnifat mərhələlərində oynayırdı. Mən də sınamaq və macəra yaşamaq qərarına gəldim. Xanımım və bir yaşlı qızımla ora yollandım".

Ölkəmizdə yarım il keçirən niderlandlı ən böyük problemini yada salıb: "Dil məsələsi problem idi. Klubda tərcüməçim vardı. Amma kənarda deyildi. Azərbaycanda türk və rus dillərində danışırlar. Sonradan Türkiyədə də oynadım. Orada sutkanın istənilən vaxtı əlim çatan biri var idi, amma Bakıda yox".

Artıq karyerasını başa vuran 37 yaşlı futbol veteranı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu da xatırlayıb: "O elə fikirləşirdi ki, mən çox kökəm. Mən 83 kq idim. Çəkimi 79 kq salmalı oldum. Əgər bunu riayət etməsəydim cərimə ödəyəcəkdim. Bunu bacardım. Artıq o vaxt məndə belə hiss yarandı ki, bizim münasibətlər alınmayacaq. Mən müqavilə imzalamazdan əvvəl baş məşqçi ilə danışmaq istəyərdim. O, çox ciddi və nüfuzludur. Baş məşqçinin istəyi qanun idi. O, futbolçuların arasında deyil, onlardan çox yüksəkdə idi. Baş məşqçi hər şeyə əhəmiyyət verir, polis kimi məni nəzarətdə saxlayırdı. Mənə deyirdilər ki, onun hər gecə klubunda adamı var. Bəlkə də indi – 9 il sonra bir az dəyişib. İnsanlar dəyişə də bilər. Amma mən ona uyğun gəlmirdim".

Qeyd edək ki, Pupon Premyer Liqada 15 oyunda 1 qol vurub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 16:00

Coşqun Diniyev yeni klub tapmır, karyerası sonlanacaq

Futbol
Bu gün, 15:54

Babək Quliyev UEFA-dan 2027-ci il U-17 Avropa çempionatında hakim‑inspektor təyinatı alıb;

Futbol
Bu gün, 15:41

Matvey Safonovun baqajı Moskvada itir

Futbol
Bu gün, 15:27

Barselona La Liqada ilk 12 turda 48 qolla ən məhsuldar ikinci startı qeydə alıb

Futbol
Bu gün, 15:25

Mesut Ozil FIFA-nı ikiüzlü standartlardan ittiham edib, qara siyahıya alındı

Futbol
Bu gün, 15:20

Lamine Yamal diz əksinə də təəssüflə Çexiyaya qarşı oyuna çıxmayacaq

Futbol
Bu gün, 15:10

Manchester United 40 ildən sonra yenidən düşmə zonasına düşdü

Futbol
Bu gün, 14:58

Mançester Siti və Barselona, Yuventusun müdafiəçisi Andrea Kambyazonun peşəkar keçidində

Digər
Bu gün, 14:54

Real Madrid Iker Kasilyasın oğullarını akademiyadan çıxardı

Futbol
Bu gün, 14:34

Zirə vs Qəbələ maçı: 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş aksiya

Digər
Bu gün, 14:27

UEFA Fransa Futbol Federasiyasını 10 min avro cərimələyib;

Futbol
Bu gün, 14:19

“Kristal Palas”ın baş məşqçisinin işdən çıxması gözlənilir

Futbol
Bu gün, 14:00

“Sabah” klubunun rəhbəri Ramin Həsənov “TransferRoom” mükafatının “İlin rəhbəri” namizədləri arasında!

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Formula 1
Bu gün, 13:33

Liam Louson Racing Bulls müqaviləsini uzatacaq və Braziliya Grand Prix-də 8-ci mövqeyə nail oldu

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Futbol
Bu gün, 13:25

22 yaşlı portuqaliyalı vinger Karlos Forbes üçün yarış: "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Roma" və "Fiorentina" maraqlıdır

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Oxşar xəbərlər