top
Ayaksın baş məşqçisi Qarabağ matçı haqqında: Sabah elə oyun olacaq ki, qalib gələ də, uduza da bilərik Sport24.az
09 dekabr 2025, 16:47
- ↺ +

"Ayaks"ın baş məşqçisi "Qarabağ" matçı haqqında: "Sabah elə oyun olacaq ki, qalib gələ də, uduza da bilərik"

"Ayaks" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 6-cı turunda sabah Bakıda "Qarabağ"ın qonağı olacaq. Sport24.az xəbər verir ki, Amsterdam təmsilçisinin baş məşqçisi Fred Qrim matçdan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Klubdakılar bizə çox böyük dəstək verirlər. Bu da ümidvericidir. Bizim də öhdəliklərimiz var. Bakıya yaxşı səhayət oldu. Amma ucuz başa gəlmədi. Şadıq ki, azarkeşlərimiz bura gəliblər.

 

- "Qarabağ" haqda fikriniz necədir?

- Onların oyunlarına baxmışam. "Qarabağ" çox yaxşı komandadır, məğlubiyyətləri azdır. Rəqibin sürətli hücumları var. Oyunçuları texniki cəhətdən yaxşıdırlar. Bizim üçün çox ciddi oyundur.

 

- Sizin üçün uzun səyahət oldu. Futbolçuların vəziyyəti necədir?

-  Futbolçular üçün ciddi oyundur. Yol yorğunluğu var. Amma futbolçularıma inanıram. Komanda olaraq enerjimiz kifayət qədərdir. Onlar hamısı aktiv şəkildə oynamaq istəyirlər. Oyunçularım sabahkı matçı səbirsizliklə gözləyirlər.

 

- Vut Veqhorst sabahkı matçda iştirak etməyəcək. Bu haqda nə düşünürsüz?

- Biz Vut haqda dəfələrlə danışmışıq. Zədəsi çox ciddidir. Qış fasiləsindən öncə belə olması üzücüdür. Amma indi biz Kasper Dolberq haqda düşünürük. O da çox oynayıb. 

 

- Kimin oynaya biləcəyi ilə bağlı fikriniz qətiləşib?

- Heç bir problem yoxdur. Bütün oyunçuları kfayət qədər nəzərə almışıq. Müəyyən işlər görürük. Hər futbolçunun neçə dəqiqə oynaya biləcəyi haqda danışırıq. "Ayaks"ın inkişafını düşünürük.

 

- Sabahkı matçdan gözləntiniz nədir?

- Bizim xalımız yoxdur. Amma çox istəyərdik ki, sabah "Qarabağ"la görüşdə xal qazanaq.

 

- "Ayaks"ın xalı yoxdur, Bakıya 6 əsas oyunçunuz gəlməyib. Demək olar ki, daha çox Erediviziyanı düşünürsüz?

- "Ayaks" oyunlara sadəcə qalib gəlmək üçün çıxır. Fərqi yoxdur, hansı oyuna çıxırıq. 7 xalı olan komandaya qarşı oynamaq kifayət qədər ciddiyyət tələb edir. Sabah əlimizdən gələni edəcəyik. Daha sonra çempionat oyunlarına baxacağıq.

 

- "Qarabağ"ın sizinlə müqayisədə hansı üstünlüyü var?

- "Qarabağ"ın bir neçə oyununu izləmişik, təhlil etmişik. Onlar bu mövsüm çox balanslı, böyümüş komandadır. Çox güclü oynayırlar. Kifayət qədər çox kəsərli hücumları var. Buna qarşı planlarımız var. Sabah elə oyun olacaq ki, qalib gələ də, uduza da bilərik. Sabah görəcəyik.

 

- "Qarabağ"da xüsusi olaraq hansı futbolçunu dəyərləndirərdiz?

- Ad deməməyim daha yaxşı olardı. Onların müdafiə xətti çox yaxşıdır. Kifayət qədər bloklar edirlər. Orta sahə oyunçuları da yaxşıdır, çox ağıllı və sürətlidirlər. Ad çəkmək istəməzdim. 

 

- "Qarabağ"la matç sizi qorxutmurki?

- Xeyr, qorxmuruq. Baxmayaraq ki, xalımız yoxdur. Canımızı sıfır xaldan qurtarmağa çalışacağıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:25

Britaniyalı yuxu məşqçisinin Cristiano Ronaldonun qeyri‑adi vərdişləri barədə açıqlamaları

Qarabağ FK
Bu gün, 00:59

Qarabağ – Dinamo matçının hakimləri: Estoniyalı Karl Koppel, Riivo Stolts, Tor Vaas və dördüncü Ali Əliyev

Futbol
Bu gün, 00:43

Xankəndi baş məşqçisi: Kubokda rotasiya, əsas hədəf liqada qalmaq

Futbol
Bu gün, 00:32

Qalatasaray 2-1 Fənərbağça: Osimhenin qolları liderliyini qorudu

Futbol
Bu gün, 00:28

İstanbul derbisində Qalatasaray 2-1 qalib gəldi

Şahmat
Bu gün, 00:07

Murad İbrahimli “Şirvan Open” beynəlxalq şahmat festivalının A qrupunda birincilik qazandı

Futbol
Dünən, 23:43

Mbappe "Qızıl Top" tarixində ilk onluğa ardıcıl doqquzuncu dəfə daxil olan ilk fransalı futbolçu oldu

Futbol
Dünən, 23:30

İspaniya mətbuatı Bakıda yeni U-15 futbolistlərini axtarır

Futbol
Dünən, 23:17

Qızıl Top rəsmi saytının səhv paylaşımı: 2026-cı ilin qalibləri barədə yanlış məlumat

Futbol
Dünən, 23:15

Cristiano Ronaldo 30 günlük qəsdən sonra Portuqaliya milli komandasında oyuna qayıdır

Futbol
Dünən, 22:58

Qızıl Top rəsmi saytında qalibin fotoşəkili erkən yayımlandı

Futbol
Dünən, 22:40

Napoli baş məşqçisi Massimiliano Alleqri iki oyunluq diskvalifikasiya və 10 min avroluq cərimə aldı;

Futbol
Dünən, 22:35

Arsen Venger: VAR artıq futbolun ayrılmaz hissəsidir

Futbol
Dünən, 22:17

Manchester United futbolçuları Michael Carrickin vəzifəsindən kənarlaşdırılmasını gözləyir

Futbol
Dünən, 22:02

Trabzonspor 4-3 Rize, Beşiktaş 2-0 Başakşehir: Türkiyə Super Liqası

Futbol
Dünən, 21:57

Murad Məmmədov zədəni sağaldı və Pafos üçün növbəti oyunda çıxdı

Güləş
Dünən, 21:56

Azərbaycan güləşçiləri Estoniyada turniri çempion bitirdi

Futbol
Dünən, 21:55

İtalyan futbol hakimi Pyerluici Kollina Bakıda FIFA U-15 Çempionatına gəlir

Qarabağ FK
Dünən, 21:47

“Qarabağ – Dinamo (Xorvatiya) oyunu üçün bilet satışa çıxarıldı”

Futbol
Dünən, 21:44

Martin Subimendi üçün “Real Madrid” və “Çelsi” mübarizəyə başladı

Digər
Dünən, 21:31

Voleybol üzrə Super Liqada ikinci turun oyunlarının vaxtı açıqlanıb

Futbol
Dünən, 21:30

AFFA prezidenti Rövşən Nəcəf Honduras qarşısında zədələnən futbolçuya meydanı tərk etməkdə yardım edib

Şahmat
Dünən, 21:18

Karlsen Sindarovu Qukəşdən üstün tutur: Novbrda Cenevədə 2,5 milyon dollarlıq dünya şahmat çempionluğu matçı

Futbol
Dünən, 21:10

Bakıda U-15 Çempionatı matçında İngiltərə millisi irqçilik ittihamı ilə meydanı tərk etdi

Oxşar xəbərlər