top
Ayaks yetirməsi Qarabağ-Ayaks oyunundan danışdı: Gözləntilər və proqnozlar Idman.biz
09 dekabr 2025, 14:27
- ↺ +

"Ayaks" yetirməsi "Qarabağ"-"Ayaks" oyunundan danışdı: Gözləntilər və proqnozlar

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Niderland təmsilçisi "Ayaks"ı qəbul edəcək.

Qarşılaşmanın marağını nəzərə alaraq ölkəmizdə çıxış edən "Ayaks"ın yetirməsi olan, hazırda "Karvan-Yevlax"da çıxış edən niderlandlı futbolçusu Şakil Sno teleqraf.az-a müsahibə verib.

29 yaşlı müdafiəçi həm sabiq klubu, həm də Ağdam klubu barədə maraqlı məqamları açıqlayıb.

Həmin müsahibəni təqdim edirik:

- "Qarabağ" - "Ayaks" oyunu ilə bağlı gözləntiləriniz nədir?

- Bu, çox maraqlı qarşılaşma olacaq. Hər iki komanda hücum futbolunu sevir, ona görə meydanda boşluqlar yaranacaq və açıq oyun izləyəcəyik. Nəticə istənilən tərəfə gedə bilər.

- Siz "Ayaks"ın yetirməsisiniz. Bu komanda hansı müsbət cəhətləri ilə Niderland futbolunda seçilir?

- "Ayaks" həmişə cəlbedici futbolu ilə seçilib: topa çox sahib olmaq, hücumameyilli və dominant oyun, hətta bir az da lovğalıq. Mən klubda 11 il keçirmişəm və bu təsirin hələ də oyunumda hiss olunduğunu deyə bilərəm. Son illər səviyyə bir qədər aşağı düşsə də, "Ayaks" Avropanın böyük klublarından biri və Niderlandın ən böyük komandası olaraq qalır.

- Hər iki komandanı yaxşı tanıyırsınız. Hansının qələbə şansı daha yüksəkdir? Hesab proqnozunuz nədir?

- Komandaların səviyyəsi bir-birinə çox yaxındır. "Qarabağ"la bir neçə dəfə oynamışam, güclü komandadır və Avropada özünü sübut edib. "Ayaks" da böyük avrokubok təcrübəsinə malikdir, sadəcə son vaxtlar formaları yaxşı deyil. Əgər yaxşı günlərindən birini gətirsələr, "Qarabağ" üçün çətin olacaq. Məncə, oyun heç-heçə bitəcək.

- Oyunu stadiondan izləyəcəksiniz? Hansı komandaya azarkeşlik edəcəksiniz?

- Niderland televiziyası məni stadiondakı canlı efirə dəvət etmişdi, amma öz məşqimə görə gələ bilmirəm. Mən Mingəçevirdə yaşayıram və Bakı bir qədər uzaqdır. Təbii ki, "Ayaks"a azarkeşlik edəcəyəm.

- Bu oyunla bağlı sizinlə əlaqə saxlayan olubmu?

- Nə "Ayaks", nə də "Qarabağ" tərəfindən mənim oyunla bağlı heç kim əlaqə saxlamayıb. Sadəcə komandadakı uşaqlarla aramızda bir az zarafat var, onlar "Qarabağ"ı, mən isə "Ayaks"ı dəstəkləyirəm.

- "Ayaks"ın baş məşqçisi Fred Grimlə orada olarkən lap əvvəldən birgə işləmisiniz. Yaydan bəri Azərbaycanda olduğunuz üçün Qurban Qurbanovu da müəyyən qədər tanıyırsınız. Hər iki mütəxəssisi necə xarakterizə edərdiniz?

- Bəli, Fred Grimi yaxşı tanıyıram, keçmişdə birlikdə çalışmışıq və münasibətlərimiz əladır. Tez-tez danışmırıq, amma istəsəm, istənilən vaxt zəng edə bilərəm. Hətta bir neçə il oğlu ilə bir komandada oynamışam. Qurban Qurbanovu isə şəxsən tanımıram, amma onun haqqında çox yaxşı sözlər eşitmişəm.

- "Qarabağ"ın 7 xalı, "Ayaks"ın isə 0 xalı var. Bu amil və matçın Bakıda keçirilməsi Azərbaycan təmsilçisinə üstünlük qazandırırmı?

- 7 xal toplamaq və evdə oynamaq "Qarabağ"a üstünlük və böyük inam verir. "Ayaks" hazırda həm Avropada, həm də liqada çətin dövr yaşayır, amma yenə də üç xal üçün sonadək mübarizə aparacaqlarına inanıram. Məncə, Amsterdam klubu buradan xalla dönmək üçün hər şeyini ortaya qoyacaq.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:44

İspaniya milli komandası baş məşqçisi Luis de la Fuente 'İlin məşqçisi' mükafatını qazanıb

Futbol
Bu gün, 01:30

PSJ, ‘Lion’u 2:0 məğlub edərək Liqa 1 liderliyini ələ alıb

Futbol
Bu gün, 01:25

Britaniyalı yuxu məşqçisinin Cristiano Ronaldonun qeyri‑adi vərdişləri barədə açıqlamaları

Futbol
Bu gün, 01:20

Lamin Yamal, Üçüncü Dəfə Yılın Ən Yaxşı Gənc Futbolçusunu Qazanır

Futbol
Bu gün, 01:00

Lamin Yamal "İlin gənc istedadı" mükafatını üçüncü dəfə qazanaraq tarix yazdı

Qarabağ FK
Bu gün, 00:59

Qarabağ – Dinamo matçının hakimləri: Estoniyalı Karl Koppel, Riivo Stolts, Tor Vaas və dördüncü Ali Əliyev

Futbol
Bu gün, 00:43

Xankəndi baş məşqçisi: Kubokda rotasiya, əsas hədəf liqada qalmaq

Futbol
Bu gün, 00:32

Qalatasaray 2-1 Fənərbağça: Osimhenin qolları liderliyini qorudu

Futbol
Bu gün, 00:28

İstanbul derbisində Qalatasaray 2-1 qalib gəldi

Şahmat
Bu gün, 00:07

Murad İbrahimli “Şirvan Open” beynəlxalq şahmat festivalının A qrupunda birincilik qazandı

Futbol
Dünən, 23:43

Mbappe "Qızıl Top" tarixində ilk onluğa ardıcıl doqquzuncu dəfə daxil olan ilk fransalı futbolçu oldu

Futbol
Dünən, 23:30

İspaniya mətbuatı Bakıda yeni U-15 futbolistlərini axtarır

Futbol
Dünən, 23:17

Qızıl Top rəsmi saytının səhv paylaşımı: 2026-cı ilin qalibləri barədə yanlış məlumat

Futbol
Dünən, 23:15

Cristiano Ronaldo 30 günlük qəsdən sonra Portuqaliya milli komandasında oyuna qayıdır

Futbol
Dünən, 22:58

Qızıl Top rəsmi saytında qalibin fotoşəkili erkən yayımlandı

Futbol
Dünən, 22:40

Napoli baş məşqçisi Massimiliano Alleqri iki oyunluq diskvalifikasiya və 10 min avroluq cərimə aldı;

Futbol
Dünən, 22:35

Arsen Venger: VAR artıq futbolun ayrılmaz hissəsidir

Futbol
Dünən, 22:17

Manchester United futbolçuları Michael Carrickin vəzifəsindən kənarlaşdırılmasını gözləyir

Futbol
Dünən, 22:02

Trabzonspor 4-3 Rize, Beşiktaş 2-0 Başakşehir: Türkiyə Super Liqası

Futbol
Dünən, 21:57

Murad Məmmədov zədəni sağaldı və Pafos üçün növbəti oyunda çıxdı

Güləş
Dünən, 21:56

Azərbaycan güləşçiləri Estoniyada turniri çempion bitirdi

Futbol
Dünən, 21:55

İtalyan futbol hakimi Pyerluici Kollina Bakıda FIFA U-15 Çempionatına gəlir

Qarabağ FK
Dünən, 21:47

“Qarabağ – Dinamo (Xorvatiya) oyunu üçün bilet satışa çıxarıldı”

Futbol
Dünən, 21:44

Martin Subimendi üçün “Real Madrid” və “Çelsi” mübarizəyə başladı

Oxşar xəbərlər