"Ayaks" rəhbərliyi "WhatsApp" vasitəsilə 7 futbolçusuna əsas komandanın məşqindən kənarlaşdırıldqları barədə mesaj göndərib. Sport24.az xəbər verir ki, bu barədə "De Telegraaf" məlumat yayıb.
Mənbənin sözlərinə görə, texniki direktor Aleks Kruz futbolçulara əsas komanda ilə 2025/26 mövsümünə hazırlaşmayacaqlarını bildirib.
Siyahıya qapıçı Cey Qorter, mərkəz yarımmüdafiəçisi Branko van den Bomen, hücumçu Kristian Rasmussen, sol yarımmüdafiəçi Borna Sosa, mərkəz yarımmüdafiəçisi Kristian Hlinsson, sol cinah yarımmüdafiəçisi Karlos Forbes və hücumçu Çuba Akpom daxildir.
Qeyd edək ki, rəhbərlik futbolçulara transferə çıxarıb.