"Püşkün nəticəsi maraqlı oldu. 2 il əvvəl albanlar qrup mərhələsində çıxış edirdilər. Amma biz "Neftçi"yə də yuxarıdan aşağı baxmayacağıq". Sport24.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət "Neftçi"nin rəqibi Avstriya "Sankt Polten"in baş məşqçisi Lize Brakao deyib.
O, Çempionlar Liqasının 1-ci mərhələsinin qrup oyunlarının püşkünü dəyərləndirib. 43 yaşlı mütəxəssis ən ciddi rəqibin Albaniya "Vlajniya"sı olduğunu düşünür: "Matçlara yaxşı hazırlaşacağıq. 2 oyunda da qalib gəlib növbəti mərhələyə yüksəlmək istəyirik".
Qeyd edək ki, 4 komandanın mübarizəsinə Lançxuti şəhəri ev sahibliyi edəcək. "Neftçi" sentyabrın 4-də baş tutacaq yarımfinalda "Sankt Polten"lə (Avstriya) üz-üzə gələcək. Digər matçda yerli "Lançxuti" "Vlajniya" (Albaniya) ilə üz-üzə gələcək. Ayın 7-də final və 3-cü yer uğrunda qarşılaşma təşkil olunacaq. Yalnız qrup qalibi 2-ci mərhələyə yüksələcək.