top
Avroviziya: Mamagama qrupunun üzvləri kimə dəstək verir? Idman.biz
13 may 2025, 16:10
- ↺ +

"Avroviziya": "Mamagama" qrupunun üzvləri kimə dəstək verir?

Bu gün İsveçrənin Bazel şəhərində "Avroviziya 2025" mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq. Azərbaycan təmsilçisi olan "Mamagama" qrupu yarımfinalın ikinci hissəsində 10 nömrə altında səhnəyə çıxacaq. Qrupun Asəf Mişiyev, Həsən Heydər və Arif İmanovdan ibarət üzvləri "Run with U" mahnısını ifa edəcəklər.

Avroviziya təmsilçilərimizin idmanla da araları çox yaxşıdır.

İdman.biz "Mamagama" qrupunun üzvləri ilə söhbəti təqdim edir.

Futbol azarkeşi olan "Mamagama"nın solisti Asəf Mişiyev idmanın bir çox sahələri ilə maraqlanır: "Altı yaşımdan İtaliyanın "İnter" klubunun azarkeşiyəm. Əynimdəki formanı iki ay gözləmişəm. Orijinal 1998-ci ilin formasıdır. "İnter"ə bütün qəlbimlə bağlıyam. Komandamız uduzanda onlara hirslənirəm, ancaq bir gün keçən kimi yenidən sevməyə başlayıram. İllər boy "İnter"in tarixinə dair bir çox mənbələri araşdırmışam, ən çox da onların tarixinə vurulmuşam. Xüsusilə də İkinci Dünya Müharibəsi dövründə komandanın sərgilədiyi mövqe mənim diqqətimi çəkir. "İnter" həmişə demokratik komanda olub. Mənim üçün artıq bir fərqi yoxdur, onlar çempion olur, yoxsa yox. Məsələn, bu komanda "Barselona", "Real Madrid", "Mançester Siti" kimi həmişə qalib olub böyük titullar qazanmır. Buna baxmayaraq, həmişə bu komandanı sevmişəm və sevirəm. Böyük komandalar üçün "İnter" böyük problem olmağı bacarıb".

O bildirib ki, Azərbaycan klublarından "Neftçi"ni dəstəkləyir: "Bakılı olduğum üçün "Neftçinin yeri mənim üçün bir başqadır. Həmçinin kiberidman azarkeşiyəm. Özüm professional şəkildə məşğul ola bilməsəm də, çempionatlarını daim izləyirəm. Çox istərdim ki, bizdə də böyük və professional komandalar olsun. Bəlkə indi də belə komandalar var, ancaq biz onları tanımırıq. Musiqiçi olmaq məndən alınsa da, kiberidman alınmadı. Bu işlə gərək uşaqlıqdan məşğul olasan. Gələcəkdə övladım desə ki, ata bu sahə ilə məşğul olmaq istəyirəm, ona əlimdən gələn dəstəyi göstərərəm. Bəzən valideynlər övladlarının kompüter oyunları ilə çox maraqlandığını görüb narahat olur və başqa sahəyə yönləndirməyə çalışırlar. Halbuki həmin uşaq böyüyəndə yaxşı kiberidmançı ola bilər. Bu sahə kifayət qədər perspektivlidir, qazanc da yüksəkdir. Bunu çempionatların mükafat fonduna baxanda görə bilərsiniz. Çox istəyərdim ki, ölkəmizdə kiberidman inkişaf etsin, çempionatlar keçirilsin. Sponsorlar da bu sahəyə diqqət göstərsinlər. Belə olan halda kiberidmana maraq artacaq və yeni komandalar meydana çıxacaq. Rəqabət inkişaf üçün olduqca vacib faktordur".

Gitara ifaçısı Həsən Heydər isə qaydasız döyüşlə maraqlanır: "Uşaq vaxtı "Barselona" azarkeşi idim. Məktəbi bitirəndə isə artıq "Tottenhem"i dəstəkləyirdim. 2010-2011-ci illərdən sonra nədənsə futbol izləməyə son qoydum. Futbol artıq mənim üçün öz marağını itirdi. O vaxtdan daha çox UFC və MMA-ya həvəs yarandı. Daim izlədiyim azərbaycanlı MMA döyüşçüləri var. Bunlara misal olaraq Rafael Fiziyevin və Tofiq Musayevin adını çəkə bilərəm. Tofiqin döyüşü mənim çox xoşuma gəlir. O, çox sürətli və cəlddir".

Barabançı Arif İmanov idmanla məşğul olmağı izləməkdən üstün tutur: "Uzun müddət basketbol və üzgüçülüklə məşğul olmuşam. Baraban ifa etmək özü də idman kimi ağır fiziki məşğuliyyətdir. Vaxtım olduqca zala gedirəm. Bir sözlə, idmanı çox sevirəm".

Aytac Sahəd
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Oxşar xəbərlər