top
Avropanı “topa tutan”lar – TƏHLİL İdman.biz
17 avqust 2024, 12:34
- ↺ +

Avropanı “topa tutan”lar – TƏHLİL

Azərbaycan klubları avrokubokların 2024/25 mövsümündə görünməmiş məhsuldarlıq nümayiş etdirir.

İdman.biz xəbər verir ki, təmsilçiərimiz ilk üç təsnifat mərhələsində 33 qol vurub.

"Qol yağışı"nın əsas səbəbkarı "Qarabağ"dır. Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasında "Linkoln"a (2:0, 5:0) yeddi, "Lüdoqorets"ə (1:2, 7:2) səkkiz qol vurub.

"Zirə" də tarixinin ən yaxşı mövsümündə hücumda özünü yaxşı göstərib. Avropa Liqasında "Şerif"ə (1:0, 1:2) iki qol vuran təmsilçimiz Konfrans Liqasında "Dunayska Streda"nı (4:0, 2:1), "Osiyek"i (1:1, 2:2) üç dəfə məyus edib.

"Qarabağ"ın 15, "Zirə"nin 11 qoluna Konfrans Liqasındakı digər komandalarımız qoşulub. "Sabah" Hayfa "Makkabi"sinə (3:0, 3:6) altı, "Sumqayıt" "Fehervar"a (1:2, 0:0) bir dəfə "mərkəzdən başla" deyib. Yalnız "Sabah"la görüşən "Sent Patriks" (0:1, 0:1) qapısını toxunulmaz saxlayıb.

Avropanı "topa tutan" komandalarımız bununla da tarixinin rekorduna imza atıb. Təmsilçilərimiz indiyədək heç vaxt pley-offa qədər 33 qol vurmayıb. Bu 33 qol isə cəmi 16 matçda qeydə alınıb. Orta məhsuldarlıq da "2"ni keçib – 2,06.

Əvvəlki rekord ötən mövsüm qeydə alınmışdı. Həmin vaxt klublarımız 30 qola sevinib.

Ümumiyyətlə, əsas mərhələlərə qədər mütləq rekord elə 33-ə bərabərdir. 2023/24 mövsümündə təmsilçilərimiz yayda bu qədər qol vurub. İndi isə yayın rekordu da təkrarlanıb. Pley-offdakı 4 matçda 1 qol bu göstəricinin yenilənməsi ilə nəticələnəcək.

Qeyd edək ki, pley-offda "Qarabağ" Zaqreb "Dinamo"su, "Zirə" Kipr "Omoniya"sı ilə görüşəcək. Sonuncular Konfrans Liqası, ağdamlılar Çempionlar Liqasında Liqa mərhələsinə düşmək üçün mübarizə aparacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Gimnastika
Dünən, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gimnastika
Dünən, 22:19

Tofiq Əliyev: Dünya Çempionatında Gümüş Medal Qazandım, Lakin Finalda Risk Etməliydim

Gimnastika
Dünən, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq;

Futbol
Dünən, 22:01

Latsio 23 yaşlı müdafiəçi Romano Floriani ilə müqavilə uzatdı

Futbol
Dünən, 21:49

İtaliya Futbol Federasiyası Qalliani şikayətinə cavab verir

Gimnastika
Dünən, 21:42

Selcan Mahsudova batut gimnastikası üzrə dünya çempionatında gümüş medal qazanmaqla tarixə yönəldikləri üçün sevindiyini bildirib;

Voleybol
Dünən, 21:38

Turanın baş məşqçisi: Bakıda belə ajiotaj yoxdur

Oxşar xəbərlər