top
Avropada keçiriləcək oyunların AFİŞASI İdman.biz
23 noyabr 2024, 14:51
- ↺ +

Avropada keçiriləcək oyunların AFİŞASI

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ölkə çempionatlarında mübarizə davam edir.

İdman.biz xəbər verir ki, İngiltərədə "Mançester Siti" – "Tottenhem" qarşılaşması daha çox maraq doğurur. Oktyabrın 30-da Liqa kubokunun 1/8 finalında London təmsilçisinə uduzduqdan (1:2) sonra Pep Qvardiolanın yetirmələrinin məğlubiyyət seriyası 4 oyuna çatıb. Elə "Tottenhem" özü də son iki matçında məğlub olub.

Turnir cədvəli baxımından "Arsenal" – "Nottingem" oyunu - müvafiq olaraq, 4 və 5-ci pillələrdə qərarlaşan komandaların qarşılaşması da diqqəti cəlb edir.

"Mançester Yunayted" yeni baş məşqçisi Ruben Amorimlə ilk matçına səfərdə çıxacaq və autsayderlər arasında yer alan "İpsviç"in qonağı olacaq.

İspaniya La Liqasında lider "Barselona" bu gecə "Selta"nın qonağı olacaq, barışmaz rəqibindən altı xal geri qalan Madrid "Real"ı isə sabah səfərdə "Leqanes"lə qarşılaşacaq. Viqo təmsilçisi ötən il öz meydanında "Barsa"nı məğlub edib (2:1), Madrid əyalətinə daxil olan Leqanes şəhərinin komandası isə La Liqada debüt etdiyi 2016-cı ildən bəri Kral klubuna qalib gələ bilməyib.

Turnir cədvəlinin üst sıralarında qərarlaşmış komandalardan 5-ci yerdəki "Osasuna" və 4-cü pillədəki "Vilyarreal"ın sabahkı qarşılaşması, həmçinin Bilbaodakı "Atletik" – "Real Sosyedad" Bask derbisi də maraq doğurur.

İtaliya A seriyasında bu axşam "Milan" – "Yuventus" dueli maraqla gözlənilir. "Yuve" hazırkı mövsüm ölkə çempionatında uduzmayan yeganə komanda olsa da, 6-cı pillədədir, amma lider "Napoli"dən cəmi iki xal geri qalır, 7-ci yerdəki Milan klubunu isə altı xal qabaqlayır. Ötən il Turin təmsilçisinin səfərdə "Milan"a 1:0 hesabı ilə qalib gəldiyini də xatırladaq.

Sabah "Napoli" isə işləri yaxşı getməyən "Roma"nı qəbul edəcək. Ardıcıl beş qələbədən sonra Neapol təmsilçisi də iki oyundur üç xallıq nəticə əldə edə bilmir. "Napoli" bu ilin aprelində evdə paytaxt futbolçularının müqavimətini qıra bilməmişdi – 2:2.

Almaniya Bundesliqasında, deyəsən, növbəti çempionun kimliyi şübhə doğurmur. Dünən "Auqsburq"a qalib gəlməklə (3:0) bütün yarışlarda qələbə seriyasını altı oyuna çatdıran "Bavariya" ölkə çempionatında ən yaxın izləyicisindən 8 xal uzaqlaşıb.
Ötən ilki çempion "Bayer"in bu gün "Haydenhaym"ı, Dortmund "Borussiya"sının isə "Frayburq"u qəbul edəcəyini də qeyd edək.

Fransa Liqa 1-də PSJ-nin liderliyi davam edir. Çempionlar Liqasında işləri yaxşı getməsə də, ölkə çempionatında növbəti qələbəsini qazanan Paris təmsilçisi ("Tuluza"ya 3:0) ən yaxın izləyicisindən altı xal uzaqlaşıb.
"Lion" bu gecə "Reims"in qonağı olacaq. "Qarabağ"ın Avropa Liqasındakı rəqibi 5-ci, meydan sahibləri isə 7-ci pillədədirlər və aralarında cəmi bir xal fərq var.
Aparıcı komandalardan "Marsel"in səfərdə "Lans"la oyunu da diqqəti çəkir.

Türkiyə Super Liqasında liderlər - "Qalatasaray" və ondan beş xal geri qalan "Fənərbağça" bu gün səfərdə autsayderlər qrupunda qərarlaşan komandalarla qarşılaşacaqlar. "Sarı-qırmızılar" 16-cı yerdəki debütant "Bodrum"un, "sarı-lacivərdlilər" isə 15-ci pillədəki "Kayserispor"un qonağı olacaqlar.

"Qalatasaray" bütün yarışlardakı qələbə seriyasını 7 oyuna çatdırmağa çalışacaq. "Fənərbağça" da Türkiyə çempionatının son üç oyununda qalib gəlib və axırıncı dəfə Super Liqada Kayseri təmsilçisinə 2019-cu ildə məğlub olub (0:1).
Turnir cədvəli baxımından sabah axşam keçiriləcək "Beşiktaş" – "Göztepe" oyunu da maraq doğurur. Meydan sahibləri 5-ci, qonaqlar isə 6-cı yerdədirlər və aralarında üç xal fərq var.

İngiltərə
Premyer Liqa, 12-ci tur
23 noyabr

16:30 Lester - Çelsi
19:00 Arsenal - Nottinqem
19:00 Aston Villa - Kristal Palas
19:00 Bornmut - Brayton
19:00 Everton - Brentford
19:00 Fulhem - Vulverhempton
21:30 Mançester City - Tottenhem
24 noyabr
18:00 Southempton – Liverpul
20:30 İpsviç - Mançester Yunayted
00:00 Nyukasl - Vest Hem

İspaniya
La Liqa, 14-cü tur
22 noyabr

Getafe – Valyadolid 2:0
23 noyabr
17:00 Valensiya - Betis
19:15 Atletiko Madrid - Alaves
21:30 Jirona - Espanyol
21:30 Las Palmas - Malyorka
00:00 Selta - Barselona
24 noyabr
17:00 Osasuna - Vilyarreal
19:15 Sevilya - Rayo Valyekano
21:30 Leqanes - Real Madrid
00:00 Atletik - Real Socyedad

İtaliya
A seriyası, 13-cü tur
23 noyabr

18:00 Verona - İnter
21:00 Milan - Yuventus
23:45 Parma - Atalanta
24 noyabr
15:30 Genoa - Kalyari
18:00 Komo - Fiorentina
18:00 Torino - Monza
21:00 Napoli - Roma
23:45 Latsio - Bolonya
25 noyabr
21:30 Empoli - Udineze
23:45 Venetsiya – Leççe

Almaniya
Bundesliqa, 11-ci tur
22 noyabr

Bavariya – Aysburq 3:0
23 noyabr
18:30 Bayer Leverkuzen - Heydenheym
18:30 Borussiya Dortmund - Frayburq
18:30 Hoffenhaym – Leypsiq
18:30 Ştuttqart - Bohum
18:30 Volfsburq - Yunion Berlin
21:30 Ayntraxt - Verder
24 noyabr
18:30 Kiel - Mayns
20:30 Borussiya Münhenqladbax - Sankt Paulu

Fransa
Liqa 1, 12-ci tur
22 noyabr

Monako – Brest 3:2
PSG – Tuluza 3:0
23 noyabr
20:00 Lans - Marsel
22:00 Sent-Etyen - Monpelye
00:00 Reyms - Lion
24 noyabr
18:00 Lill - Renn
20:00 Oser - Anji
20:00 Nant - Le Havr
23:45 Nitsa – Strasburq

Türkiyə
Super Liqa, 13-cü tur
23 noyabr

14:30 Eyüpspor - Çaykur Rizespor
17:00 Qaziantep - Başakşehir
17:00 Kayserispor – Fənərbaxça
20:00 Bodrum - Qalatasaray
24 noyabr
14:30 Sivasspor - Kasımpaşa
17:00 Konyaspor - Hatayspor
17:00 Samsunspor - Alanyaspor
20:00 Beşiktaş - Göztepe
25 noyabr
21:00 Trabzonspor - Adana Demirspor

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Dünən, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Oxşar xəbərlər