top
Avropa qatarı: Üç yer üçün 5 namizəd - ANALİZ Idman.biz
24 aprel 2025, 10:33
- ↺ +

Avropa qatarı: Üç yer üçün 5 namizəd - ANALİZ

Azərbaycan kubokunun yarımfinal mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, "Qarabağ"la "Sabah"ın finala çıxması, "Araz-Naxçıvan"la "Neftçi"nin kubok xəyalının suya düşməsi avrokubok mübarizəsinə də müəyyən dərəcədə təsir edib.

Amma hələ də qitə səhnəsindəki 4 yerə 6 iddiaçı qalıb. "Qarabağ"ın artıq bu vəzifənin öhdəsindən gəldiyini, amma qatılacağı turnir dəqiqləşmədiyini nəzərə alsaq, üç yerə beş iddiaçı qalıb. Yarımfinal Avropa qatarının sakinlərini dəyişməyib.

"Qarabağ" kimin yolunu açacaq?
Avrokuboklara vəsiqəni hamıdan öncə həll edən "Qarabağ"ın hansı turnirə qatılacağı dəqiqləşməyib. Amma Qurban Qurbanovun yetirmələri artıq bu tur Çempionlar Liqasında yerini təmin edə bilər. Ağdamlıların cari mövsümdə çempion olmaması möcüzə sayılar ki, yalnız həmin halda komanda kuboku qazanmaqla Avropa Liqasına yollanması mümkündür. Əgər "Qarabağ" mövsümü titulsuz bitirsə, onda Konfrans Liqasında oynayacaq. Amma sonuncu iki variant real deyil. Ən inandırıcı ehtimal 12-ci çempionluğun təmin edilməsi ilə bağlıdır. Bundan sonra Çempionlar Liqasına yollanacağı dəqiqləşəcək "Qarabağ" kuboku qazanıb-qazanmaması Avropa Liqasına kimin gedəcəyinə aydınlıq gətirəcək.

"Zirə"nin "Qızıl dubl" ümidi
"Zirə"nin də qitə miqyaslı turnirlərdə olacağı şübhə doğurmur. Rəşad Sadıqovun yetirmələri bu vəsiqəni hələ təmin etməsə də, artıq həftəsonu avrokubok biletini rəsmiləşdirə bilər. Amma Bakı klubu mayın 31-dək hansı turnirə gedəcəyini bilməyəcək. "Zirə" həmin gün kubokun "Qarabağ"la "Sabah" arasındakı finalını izləməli olacaq. Qəsəbə klubu "Qarabağ"ın "Qızıl dubl"u sayəsində Avropa Liqasına, əks halda isə Konfrans Liqasına gedəcək.

Avropanın 5 addımlığında
Yarımfinalda uduzmaqla Avropa Liqası arzusundan əl çəkən "Araz-Naxçıvan" artıq iki deyil, bir cəbhədə vuruşur. Elmar Baxşıyevin yetirmələri Konfrans Liqasına yollanmaq üçün indi qərarlaşdığı 3-cü pilləni qorumalıdır. Ən yaxın izləyicisi "Turan Tovuz"u 5 xal qabaqlayan Naxçıvan təmsilçisi bu üstünlüyü son 5 turda qorumalıdır ki, tarixində ilk dəfə Avropaya çıxsın. Bölgə təmsilçisi 3-cü pilləni əldən versə də, Konfrans Liqası şansını qoruyacaq. Amma onda "Araz-Naxçıvan" da mayın 31-də "Qarabağ"a azarkeşlik etməlidir.

Taleyi əlində olmayan "Turan Tovuz"
Ümumiyyətlə, finalda Ağdam klubuna azarkeşlik edənlər çox olacaq. "Zirə" Avropa Liqasına düşmək üçün "Qarabağ"dan qələbə gözləyəcəksə, Konfrans Liqasındakı ikinci yerə iddiaçı da "Sabah"ın məğlubiyyətini istəyəcək. Əgər "Turan Tovuz" son 5 turda "Araz-Naxçıvan"ı keçə bilməsə, 4-cü yerin sahibi kimi Avropaya çıxmaq üçün "Qızıl dubl" arzulamalı olacaq. Bir sözlə, "Turan Tovuz"un taleyi öz əlində deyil. Onlara çempionatda "Araz-Naxçıvan"ın büdrəmələrini gözləmək və yararlanmaq lazımdırsa, kubokda "Sabah"ın məğlubiyyətinə ümid etmək qalır.

Revanş, titul və Avropa
"Sabah"ın bütün fikirləri finala bağlanıb. Hətta mövsümün əvvəlki son oyunlarında da yalnız kuboka köklənən Vasili Berezutskinin komandası finişdəki 5 turu da final xəyalı ilə keçəcək. Mayın 31-də "Qarabağ"la qarşılaşacaq Bakı klubunun taleyi öz əlindədir. Avropa Liqasına yollanmaq üçün ilk titul qazanılmalıdır. Bu, həm də Berezutskinin həmyerlisi Murad Musayevin istefası ilə nəticələnən kubokdakı darmadağının revanşı olacaq. Əslində, "Sabah" özünü sığortalamaq üçün 4-cü yer uğrunda döyüşməlidir. Çünki "Turan Tovuz"u keçmək mümkün olsa, finalın nəticəsi Avropaya vəsiqəyə təsir etməyəcək və ən pis halda Konfrans Liqası imkanı verəcək. Hərçənd Tovuz klubu ilə 9 xallıq fərqi aradan qaldırmaq da asan deyil

Nağıl və ya "Neftçi"yə Allah kömək etməlidir
Yarımfinal Avropaya çıxmaq üçün son şansı olan "Neftçi"nin qitə kuboklarına yolu düyünə düşüb. Samir Abasovun komandası hətta Konfrans Liqası ümidi ilə vidalaşsa da, bakılıların kağız üzərində şansları qalıb. Amma bu, yalnız möcüzə, hətta möcüzədən də artığından asılıdır. Bir neçə gün əvvəl müsahibəsi zamanı "Fransaya qarşı oyunda bizə Allah kömək etməlidir" deyən Emin Mahmudovun sözləri "Neftçi"nin avrokubok şanslarına da şamil olunur. "Ağ-qaralar" həm "Sabah"ı, həm də 13 xal gerisində olduğu "Turan Tovuz"u keçərək 4-cü yerə yüksəlməli, üstəlik "Qarabağ"ın "Qizil dubl"unu arzulamalıdır. Bu isə möcüzədən çox nağıla oxşayır. "Neftçi"nin avrokubok şansı isə artıq XXXII turda bitə bilər.

Qeyd edək ki, yarımfinalda "Qarabağ" "Araz-Naxçıvan"ı (0:1, 3:0), "Sabah" "Neftçi"ni (2:1, 1:1) mübarizədən kənarlaşdırıb.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər