Almaniyanın "Bavariya", İspaniyanın "Real", İngiltərənin "Mançester Siti" və "Mançester Yunayted" klubları Fransa təmsilçisi PSJ-də çıxış edən Canluici Donnarummanı transfer etmək istəyirlər.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, Avropanın top komandaları 26 yaşlı qolkiperin parislilərlə yeni müqavilə ilə bağlı danışıqların gedişatını yaxından izləyirlər.
2021-ci ildən PSJ-də çıxış edən italiyalı oyunçunun hazırkı klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir.
Qeyd edək ki, Donnarumma başa çatan mövsümdə Fransa təmsilçisində 40 oyun keçirib və 39 qol buraxıb. O, 12 matçda qapısını toxunulmaz saxlaya bilib. Qolkiper PSJ ilə UEFA Çempionlar Liqasının da qalibi olub.