top
Avropa Liqasının ilk turunun liderləri - STATİSTİKA İdman.biz
27 sentyabr 2024, 17:00
- ↺ +

Avropa Liqasının ilk turunun liderləri - STATİSTİKA

Avropa Liqasının Liqa mərhələsinin ilk turunda 18 matç keçirilib.

İdman.biz bu oyunlarda müxtəlif komponentlərdə bütün komandaların statistik göstəricilərini nəzərdən keçirib.

Startda 13 komanda qələbə qazanıb, 10 komanda 1 xalla kifayətlənib.

Ən çox qol vuran "Qarabağ"ın gələcək rəqibləri "Ayaks" və FCSB-dir. Onların hər biri 4 dəfə fərqlənib. Müvafiq olaraq onların məyus etdikləri "Beşiktaş" və RFS də ən çox qol buraxan komandalardır.

Qapıya zərbə sayına görə "Braqa" (30), "Porto" (29) və "Qalatasaraq" (25) öndədir. "Qarabağ" bu göstəricidə 14 zərbə ilə 13-cüdür. Komandamızın rəqiblərindən "Elfsborq" isə cəmisi 3 zərbə endirib.

"Braqa", "Qalatasaray" və "Ayaks"ın 9 zərbəsi qapı çərçivəsinə olub.

"Braqa"nın 10 zərbəsi bloka alınıb.

"Ayntaxt", "Porto", "Malmö", Kiyev "Dinamo"su və "Slaviya"nın ötürmələrinin 89 faizi dəqiq olub. "Elfsborq"un ötürmələrinin cəmi 69 faizi ünvana çatıb.

Ən çox ötürməni "Ayntraxt" verib (665). Dəqiq ötümələrin sayı da alman klubunda çoxdur (592).

Topa sahibolmada yüksək faiz "Ayntraxt" və "Alkmaar"dadır (64). Onlar "Viktoriya" və "Elfsborq"a 36 faiz şans veriblər.

"Lüdoqorets" 29, "Viktoriya" 5 cərimə zərbəsi yerinə yetirib.

"Qalatasaraq" oyun ərzində hamıdan çox – 62 hücum həyata keçirib. Bundan 1 hücum az "Slaviya", "Porto" və "Alkmaar"dadır. "Roma"nın cəmi 16 hücumu olub.

"Mançester Yunayted", "Middtyuland" və "Atletik" 10 fədə künc zərbəsi yerinə yetiriblər. "Qarabağ" onlardan 1 zərbə geri qalan 3 komanda sırasındadır. "Elfsborq" isə künc zərbəsi vurmağın nə olduğunu bilməyib.

Ən çox offsayda düşmə sayında "Qarabağ"a şərik "Olimpiakos" və "Romadır" (6). 6 komnada isə ümumiyyətlə offsayda düşməyib.

Topalmada "Reyncers" liderdir (23). "Lion" isə bunu cəmi 4 dəfə edib.

Ən çox seyvi Tel-Əviv "Makkabi"sinin qolkiperi edib (7). "Alkmaar", "Ayaks", "Braqa" və "Reyncers" qapıçıları isə belə qəhrəmanlığı 1 dəfə də olsun göstərə bilməyiblər.

"Slaviya" futbolçuları 26 dəfə qayda pozublar. "Ayntaxt" və "Mançester Yunayted"in oyunçuları isə cəmisi 5 dəfə buna yol veriblər.

Ən çox sarı vərəqə "Ferensvaroş" (6), qırmızı isə "Makkabi" (1) futbolçularına göstərilib.

Vüqar Məmmədov
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Oxşar xəbərlər