UEFA Avropa Liqasında mövsümün ən yaxşıları açıqlanıb. Sport24.az xəbər verir ki, turnirin qalibi olan "Tottenhem"in müdafiəçisi Kristian Romero mövsümün ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Argentinalı futbolçu Avroliqada 7 oyunda iştirak edib və 1 qol ötürməsi edib.
Avropa Liqasının ən yaxşı gənc oyunçusu adına isə "Lion"un 21 yaşlı vingeri Rayan Çerki layiq görülüb. Fransalı futbolçu turnirdə keçirdiyi 12 oyunda 4 qol və 8 assistlə yadda qalıb.