top
Avropa Liqası: Gecənin nəticələri - PAOK-dan inamlı qələbə, Genkdən səfər qələbəsi və daha çox - YENİLƏNİB Idman.biz
07 noyabr 2025, 02:15
- ↺ +

Avropa Liqası: Gecənin nəticələri - PAOK-dan inamlı qələbə, "Genk"dən səfər qələbəsi və daha çox - YENİLƏNİB

UEFA Avropa Liqasının 4-cü turunda daha 9 oyun baş tutub.

İdman.Biz xəbər verir ki, Yunanıstanın PAOK klubu öz meydançasında İsveçrənin "Yanq Boyz" klubunu qonaq edib.

Oyun 4:0 hesabı ilə PAOK-un xeyrinə qurtarıb.

Şotlandiyanın "Reyncers" komandası doğma meydançada "Roma" ilə üz-üzə gəlib. Oyun 2:0 hesabı ilə İtaliya klubunun qələbəsi ilə yekunlaşıb.

Daha bir qarşılaşma İspaniiyanın "Betis" klubu ilə Fransanın "Lion"u arasında baş tutub. Matç 2:0 hesabı ilə ispaniyalıların qələbəsi ilə sonuclanıb.

Almaniyada yerli "Ştutqart" Niderlandın "Feyenoord" klubunu sınağa çəkib. Meydan sahibləri inamlı qələbə qazanıblar - 2:0.

Bu mövsümdə Çempionlar Liqasının təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olmuş "Ferentsvaroş" öz meydançasında Bolqarıstanın "Ludoqorets" komandası ilə rastlaşıb. Macarıstan klubu oyundan 3:1 hesablı qalibiyyətlə çıxıb.

İngiltərədə "Aston Villa" ilə "Makkabi Təl-Əviv" üz-üzə gəliblər. Oyun meydan sahiblərinin 2:0-lıq qələbəsi ilə qurtarıb.

Turun ən bolqollu oyunu isə Portuqaliyada qeydə alınıb. Burada "Braqa" Belçikanın "Genk" klubunu qonaq edib. Qonaqlar qarşılaşmdan 4:3 hesabı ilə qalib ayrılıblar.

İtaliyada keçirilən "Bolonya" - "Şturm" (Norveç) oyununda hesab açılmayıb.

Türkiyənin "Fənərbaxça" klubu Çexiyada "Viktoriya Plzen"in qonağı olub. Bu matçda da qapılara qol vurulmayıb.

23:56

UEFA Avropa Liqasının 4-cü turunda 9 qarşılaşma keçirilib.

İdman.Biz bildirir ki, Avstriyanın "Şturm" klubu İngiltərənin "Nottingem Forest"ini qəbul edib.

Qratsdakı "Merkur Arena"da keçirilən oyun 0:0 hesabı ilə başa çatıb. 35-ci dəqiqədə "Forest"in yarımmüdafiəçisi Morqan Gibbs-Uayt penaltidən yararlana bilməyib.

Fransanın "Nitsa" klubu öz meydançasında Almaniyanın "Frayburq"unu qəbul edib. Oyun 3:1 hesabı ilə qonaqların qələbəsi ilə qurtarıb.

Xorvatiyada yerli "Dinamo Zaqreb" İspaniyanın "Selta" klubunu qəbul edib. Bu matç da qonaqların qalibiyyəti ilə yekunlaşıb - 3:0.

Qonşu Serbiyada isə "Srvena Zvezda" Fransanın "Lill" klubunu qonaq edib. 85-ci dəqiqədə Marko Arnautoviçin penaltidən vurduğu qol meydan sahiblərinə qələbə gətirib - 1:0.

Danimarkada keçirilən oyunda isə yerli "Midtyullann" Şotlandiyanın "Seltik" klubundan üstün olub. Matç 3:1 hesabı ilə bitib.

İsveçdə isə "Malmö" Yunanıstanın "Panatinaikos" klubunu sınağa çəkib. 85-ci dəqiqədə qonaqların oyunçusu Filipp Curiçiçin vurduğu qol oyunda yeganə olub - 0:1.

Niderlandın Utrext şəhərində isə eyniadlı komanda "Porto" ilə üz-üzə gəlib. Qarşılaşmada qalib olmayıb - 1:1.

Avstriyanın "Zalsburq" klubu Yorbe Vertessenin 59-cu və Aleksa Terziçin 80-ci dəqiqələrdə vurduqları qollarla Niderlandın "Qo Ehed İqls" kollektivini məğlub edib - 2:0.

İsveçrədə isə yerli "Bazel" Rumıniyanın FKSB klubundan üstün olub - 3:1.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Oxşar xəbərlər