Avrokuboklarda 2024/2025 mövsümündə ölkəmizi təmsil edəcək klublar bəlli olub.
İdman.biz xəbər verir ki, Azərbaycan Kubokunun final matçından sonra bütün suallara aydınlıq gəlib.
Çempion "Qarabağ"ın Çempionlar Liqasında ölkəmizi təmsil edəcək. Ölkə kubokunun finalında Ağdam klubunu məğlub edən "Sabah" Avropa Liqasında çıxış etmək hüququ qazanıb.
Azərbaycan Premyer Liqasının gümüş və bürünc mükafatçıları "Zirə" və "Araz-Naxçıvan isə növbəti mövsümdə Konfrans Liqasında yarışacaqlar.
İdman.biz