Bu gün Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.
İdman.biz xəbər verir ki, turun ilk günündə bir matç baş tutacaq.
Yeganə qarşılaşma "ASCO Arena"da keçiriləcək. Çempionatın autsayderləri "Səbail"lə "Kəpəz" üz-üzə gələcək. Meydan sahibləri ilk qələbə, qonaqlar ilk xal üçün mübarizə aparacaq.
Qeyd edək ki, tura avqustun 25-də yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
IV tur
23 avqust (cümə)
19:00. "Səbail" – "Kəpəz"
Baş hakim: Rauf Allahverdiyev
"ASCO Arena"
| 1 | Turan Tovuz | 3 | 2 | 1 | 0 | 4-0 | 7 |
| 2 | Qarabağ | 2 | 2 | 0 | 0 | 7-1 | 6 |
| 3 | Zirə | 2 | 2 | 0 | 0 | 6-1 | 6 |
| 4 | Sumqayıt | 3 | 2 | 0 | 1 | 4-2 | 6 |
| 5 | Sabah | 3 | 1 | 1 | 1 | 4-4 | 4 |
| 6 | Araz-Naxçıvan | 2 | 1 | 0 | 1 | 2-4 | 3 |
| 7 | Neftçi | 3 | 0 | 2 | 1 | 1-3 | 2 |
| 8 | Şamaxı | 2 | 0 | 1 | 1 | 2-3 | 1 |
| 9 | Səbail | 3 | 0 | 1 | 2 | 3-7 | 1 |
| 10 | Kəpəz | 3 | 0 | 0 | 3 | 0-8 | 0 |
Bombardirlər: Davit Volkov ("Zirə") - 3 qol, Riçard Almeyda ("Qarabağ") - 2 qol, Xəyal Nəcəfov ("Turan Tovuz") - 2 qol
İdman.biz