top
Autsayderin ikinci “qurban”ı: 676 günlük baş məşqçi İdman.biz
04 noyabr 2024, 15:51
- +

Autsayderin ikinci “qurban”ı: 676 günlük baş məşqçi

Misli Premyer Liqasının XII turu növbəti baş məşqçi istefası ilə əlamətdar olub.

İdman.biz xəbər verir ki, Şahin Diniyevin "Səbail"dən ayrılması maraqlı məqamlarla da diqqət çəkib.

Autsayderin ikinci "qurban"ı

Çempionatın autsayderi "Kəpəz" mövsümdə ikinci qələbəsini qazanıb. Bu dəfə də Gəncə təmsilçisinin qalibiyyəti rəqibdəki istefaya səbəb olub. IX turda Roman Qriqorçuku yola salan "Kəpəz" indi də Diniyevi "Səbail"dən göndərib. Qərblilər öncə 4:3, indi 1:0 hesabına sevinib. Maraqlıdır, görəsən gəncəlilərin uduzmadığı növbəti oyunda "qurban" kim olacaq? "Kəpəz"in növbəti üç turdakı rəqibləri "Sabah", "Araz-Naxçıvan" və "Şamaxı" olacaq. Bu üç komandadan yalnız Naxçıvan klubunda istefa "qoxusu" yoxdur. Digər iki komanda isə autsayder "sillə"si ilə baş məşqçisini itirə bilər.

İstefa "üçbucağ"ı

Misli Premyer Liqasında ümumilikdə mövsümün 4-cü istefası gerçəkləşib. "Kəpəz"in qurbanlarından başqa iki klub baş məşqçisini dəyişib. Öncə qərblilərin özü Adil Şükürovu yola salaraq Azər Bağırovu gətirib. "Neftçi" Qriqorçukla vidalaşdıqdan sonra onu əvəzləyən Samir Abasov da "Sumqayıt"dakı postunu tərk edib. Onu da Vaqif Cavadov əvəzləyib. Maraqlıdır ki, bütün istefalar son 3 pillədə qərarlaşan komandalarda baş verib. "Kəpəz" 10-cu, "Neftçi" 9-cu, "Sumqayıt" 8-ci yerdə olduğu vaxt çalışdırıcısını dəyişmişdisə, "Səbail" də 9-cu yerdəykən belə addım atıb. Görünür ki, son üç pillə istefa "üçbucağ"ına çevrilib.

Nəhsdə qalıb

"Səbail" mövsümdəki 13-cü oyunda baş məşqçisi ilə vidalaşıb. Bakı klubu Premyer Liqada 12, kubokda 1 matça çıxıb. Nəhs rəqəm Diniyev üçün sonuncu olub. Sonuncu həm də mövsümdə 9-cu məğlubiyyət kimi yadda qalıb. 2-si çempionat, 1-i kubokda olmaqla 3 qələbəsi olan komanda 1 heç-heçə edib. 21 qol vuran komanda 22 top buraxıb. Amma bu balansın belə olması kubokda II Liqa təmsilçisi "Dinamo" üzərində 6:0 hesablı qələbə sayəsində mümkün olub.

676 günlük baş məşqçi

Diniyevin "Səbail"ə təyinatı 2022-ci il dekabrın 28-də gerçəkləşib. O, həmin vaxt Mahmud Qurbanovu əvəzləyib. 2022/23 mövsümünün ikinci yarısını iş başında olan mütəxəssis 2023/24 mövsümünü əvvəldən sonadək postunda qalıb. Cari çempionatın 1/3 hissəsi isə onun vidası üçün yetərli olub. Diniyev "Səbail"ın sükanı arxasında 676 gün qalıb.

Cəmi 21 qələbə

Paytaxt təmsilçisi sabiq baş məşqçisinin rəhbərliyi altında 73 matça çıxıb. Cəmi 21 qələbəsi olan komanda 14 heç-heçə edib və 38 dəfə uduzub. 106 qol vuran bakılılar 123 top buraxıblar. Premyer Liqadakı 66 matçda 68 xal yığan "Səbail" 18 qələbə və 14 heç-heçəyə sevinib. Məğlubiyyət sayı isə 34 olub. Çempionatdakı top fərqi 84-114-dür. Kubokdakı 7 qarşılaşma 3 qələbə və 4 məğlubiyyətlə bitib. 22 qol vuran komanda 9 top buraxıb.

Qeyd edək ki, "Səbail" Diniyevsiz ilk oyununa noyabrın 9-da çıxacaq. Bakı klubu evdə "Turan Tovuz"la üz-üzə gələcək.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:47

İngiltərə millisinin beş futbolçusu zədələr səbəbindən düşərgəni tərk etdi

Futbol
Dünən, 23:39

“Liverpool” Barcelona müdafiəçisini birdəfəlik transfer etmək istəyir

Futbol
Dünən, 23:24

Markizionun 17 yaşlı oğlu Davide Markizio “Yuventus”da 2028-ci ilə qədər peşəkar müqavilə imzaladı

Futbol
Dünən, 20:27

“Turan Tovuz” – “Fənərbağça” matçının başlama saatı 20:00, oktyabrın 3-də müəyyən edildi

Voleybol
Dünən, 19:58

U-18 çimərlik voleybol komandaları Avropa çempionatında iştirak etdi

Futbol
Dünən, 18:29

İspaniya milli futbol komandası baş məşqçisi Luis de la Fuente ilə müqavilə uzadıldı

Futbol
Dünən, 18:17

Manchester United beş oyunda Premyer Liqada rekord dərəcədə az xal topladı

Futbol
Dünən, 16:52

Neftçi futbolçusu Sessi D'Almeyda Benin millisinə dəvət olundu, Argentina ilə dostluq matçı keçiriləcək

Basketbol
Dünən, 16:31

Sumqayıt basketbol klubunun yeni baş məşqçisi Uğur Özdemir təyin edildi

Basketbol
Dünən, 16:02

“Neftçi” basketbol klubu Monteneqro hücumçusu Miliç Starovlah ilə müqavilə imzaladı

Futbol
Dünən, 15:48

“Araz-Naxçıvan” klubunun baş məşqçisi Zaur İsmayılov və məşqçi Cavid Hüseynovla yollarını ayırdı

Futbol
Dünən, 15:15

“Sumqayıt”ın iki futbolçusu milli komandalarına dəvət alıb

Cüdo
Dünən, 11:34

Nazim Umbayev Bakıda keçiriləcək cüdo dünya çempionatının hakimi seçildi

Futbol
Dünən, 11:16

Qadınlar Super Liqası 2026/2027 püşkatması: ilk tur cütlükləri və oyun tarixləri açıqlanıb

Boks
Dünən, 11:09

Avropa çempionatının 1/4 finalında Azərbaycan üç boksçusunun rəqibləri müəyyənləşdi

Basketbol
Dünən, 10:44

“Sumqayıt” basketbol komandası iki ABŞlı oyunçunu rəsmi olaraq transfer etdi

Qarabağ FK
Dünən, 10:26

“Neftçi” 1000-ci oyununu Qəbələyə 3:0 qalib gələrək 550-ci qələbəsi ilə qeyd etdi

Futbol
Dünən, 03:37

“Bavariya” prezidenti: “Lamin Yamal yaxşıdır, amma Harri Keyn Ballon d'Or-ə layiqdir”

Futbol
Dünən, 02:40

Barselona 18 yaşlı Alman futbolçu Lennart Karlı izləyir – qiyməti 100 milyon avro

Futbol
Dünən, 01:32

Zamiq Əliyev “Eqnatiya”nın 2:1 qələbəsində mühüm rol oynadı

Futbol
20 sentyabr 2026, 22:21

“Kəpəz”in baş məşqçisi: “Qalibiyyət üçün son nöqtəni qoymaqda çətinlik var, hələ də işlənməsi lazım olan məqamlar mövcuddur”

Futbol
20 sentyabr 2026, 22:13

Sumqayıt baş məşqçisi Kəpəzlə oyunda tribundan gələn səs-küyü “futbola qarşı hörmətsizlik” adlandırdı

Boks
20 sentyabr 2026, 21:56

Şamaxıda Azərbaycan və Əlcəzair boks komandaları 10 günlük təlim‑məşq toplanışına başladı

Futbol
20 sentyabr 2026, 21:37

Filipe Kandido: Premyer Liqanın inkişafı üçün futbola hörmət vacibdir

Oxşar xəbərlər