"Auqsburq" Bundesliqanın 22-ci turunda "Haydenhaym" üzərində 1:0 hesablı qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, oyunun taleyini penalti həll edib. Görüşün 80-ci dəqiqəsində Aleksis Klod-Moris yeganə qolu vurub.
Bu qələbədən sonra xalını 25-ə çatdıran komanda turnir cədvəlində 11-ci pilləyə yüksəlib və növbəti turda səfərdə "Volfsburq"la üz-üzə gələcək. "Haydenhaym" isə 13 xalla sonuncudur.