"Atletiko" İspaniya La liqasının 35-ci turunda "Real Sosyedad"ı məğlub edib – 4:0. Sport24.az xəbər verir ki, qarşılaşmanın 7, 10 və 11-ci dəqiqəsində madridlilərin hücumçusu Aleksander Sörlot qol vurub.
O, La Liqa tarixində ən sürətli het-trik edən oyunçu olub.
Sörlota bunun üçün 3 dəqiqə 57 saniyə lazım olub.
"Atletiko" 70 xalla 3-cü sıradadır. "Real Sosyedad" isə 43 xalla 12-cidir.