La Liqanın ikinci turunda Madridin "Atletiko" klubu "Elçe"ni qəbul edib.
İdman.biz xəbər verir ki, görüşdə hesabı 8-ci dəqiqədə Aleksander Sörlot açıb.
"Elçe" Rafael Mir Visente hesabınin sayəsində hesab bərabərləşib – 1:1. "Atletiko"nun builki mövsümdə dalbadal ikinci dəfə heç-heçə oyanyıb.
"Barselona" isə çətin qələbə qazanıb. "Levante" ilə görüşdə 0:2 hesabı ilə uduzan kataloniyalılar fasilədən sonra geridönüş edə biliblər. 3 qol vuran Hans Flikin komandası 3 xal əldə edib.
İspaniya La Liqası
2-ci tur
19:00. Malyorka - Selta - 1:1
21:30. Atletiko - Elçe - 1:1
23:30. Levante - Barselona - 2:3
İdman.biz