İspaniyanın "Atletiko" klubu "Tottenhem"in (İngiltərə) yarımmüdafiəçisi Rodriqo Bentankuru transfer etmək istəyir.
"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, La Liqa təmsilçisi 28 yaşlı yarımmüdafiəçini azad agent kimi sıralarına cəlb etməyi planlaşdırır.
Uruqvay millisinin üzvünün klubu ilə olan müqaviləsinin müddəti isə gələn ilin yayında başa çatacaq.
2022-ci ildən "Tottenhem"də çıxış edən Rodriqo Bentankur 117 matçda meydana çıxıb.
Futbol transfer Premyer Liqa La Liqa Avropa futbolu