İspaniya La Liqasının VIII turunda "Atletiko" səfərdə "Selta" ilə qarşılaşıb.
İdman.biz xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb.
Matçın 6-cı dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Karl Starfelt topu səhvən öz qapısına göndərib və madridlilər önə keçiblər. "Selta" isə 68-ci dəqiqədə Yaqo Aspasın qolu ilə hesabı bərabərləşdirib.
"Atletiko"nun müdafiəçisi Kleman Lenqlenin 40-cı dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulması qonaqları azlıqda qoyub.
Qeyd edək ki, "Atletiko" bütün turnirlərdə məğlubiyyətsiz seriyasını beş oyuna çatdırıb və 13 xalla turnir cədvəlində 5-ci pilləyə yüksəlib. "Selta" isə 6 xalla 16-cı yerdə qərarlaşıb.