İspaniyanın "Atletiko" klubu yarımmüdafiəçisi Markos Llorente ilə müqavilənin müddətini uzatmağı planlaşdırır.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı oyunçu ilə yeni sözləşmə 2030-cu ilin yayına kimi qüvvədə olacaq.
O, yay "transfer pəncərəsi" zamanı Səudiyyə Ərəbistanı klublarından birinə keçməkdən imtina edib.
Qeyd edək ki, M.Llorente ötən mövsüm 49 matçda 5 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
Futbol transfer "Atletiko" müqavilə müddəti