İspaniya La Liqasının 11-ci turunda "Atletiko Madrid" və "Sevilya" arasındakı oyun bitib.
İdman.Biz bildirir ki, qarşılaşma Madriddəki "Civitas Metropolitano" stadionunda baş tutub.
Oyun 3-0 hesabı ilə ev sahibi komandanın xeyrinə başa çatıb.
Oyunun ilk qolunu Julian Alvarez vurub. Argentinalı hücumçu 64-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib. 77-ci dəqiqədə yarımmüdafiəçi Tiaqo Almada hesab arasındakı fərqi artırıb. 90-cı dəqiqədə Antuan Qrizmann hesabı 3-0 edib.
"Sevilya" İspaniya çempionatının turnir cədvəlində 13 xalla 11-ci yerdədir. "Atletiko Madrid" isə 22 xalla dördüncü yerdədir.