İspaniyanın "Atletiko" (Madrid) klubu Belçika təmsilçisi "Brügge"də çıxış edən Kristos Tsolislə maraqlanır.
"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Madrid təmsilçisinin skautları 23 yaşlı yunanıstanlı vingerin oyununu stadiondan izləyiblər.
Paytaxt klubunun rəsmiləri DÇ-2026-nın seçmə mərhələsində keçirilmiş Danimark - Yunanıstan (3:1) matçında olublar. Həmin qarşılaşmada qonaqların yeganə qoluna da Tsolis imza atıb.
Qeyd edək ki, Kristos Tsolis ötən mövsüm "Brügge"nin heyətində bütün turnirlərdə 56 matçda 21 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. O, cari mövsüm 17 qarşılaşmada 6 qol vurub və 8 assistlə yadda qalıb.